Ana səhifə »  Qəzetin pdf formatı »  Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
A+   Yenilə  A-
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq

Bu ilin altı ayında 1 milyon 324 min 75 halda 827 min 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 milyon 199 min 770 halda 747 min 107 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artımın olduğunu göstərir. Hesabat dövründə 347 min 767 (2017-ci ilin müvafiq dövründə 315 min 736) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumun aylıq fəaliyyətinə dair iyulun 19-da təşkil olunan mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, bu ilin altı ayında Dövlət Miqrasiya Xidməti fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflığın tam təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması istiqamətində davam etdirib. Qurumun fəaliyyət istiqamətləri olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, ölkə ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin, qaçqın statusunun alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı birinci yarım il ərzində Xidmətə 38 min 360 müraciət daxil olub.

Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 (1487) olub. Bu il iyulun 1-nə olan məlumata görə, ölkəmizdə 32 min 648 nəfər müvəqqəti, 11 min 288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.

Hesabat dövründə Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13 min 341 (15 min 675) müraciət daxil olub.

Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib.

Əsas fəaliyyət istiqamətlərindən biri qanunsuz miqrasiyaya qarşı mübarizə aparılması olan Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 (9396) əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan Respublikası vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdır.

Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin (DMX-nin qeydiyyatında olanlar) sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı (46 nəfər ərizəçi 29 nəfər ailə üzvü ilə birlikdə) 75 nəfərdir (2017-ci ilin müvafiq dövründə (43 nəfər ərizəçi 18 nəfər ailə üzvü ilə birlikdə) 61 nəfər olub).

Bildirilib ki, “Çağrı mərkəzi şöbəsi”nə daxil olmuş zənglərin sayı 10 faiz artaraq, cari ilin birinci yarısında 51 min 394 (2017-ci ilin müvafiq dövründə 46 min 992) təşkil edib. Canlı rejimdə cavablandırılan müraciətlərin 18 faizi (9377) müvəqqəti yaşamaq üçün icazə, 10 faizi (5383) olduğu yer üzrə qeydə alınma ilə bağlı zənglər olub.

Hazırda miqrasiya ilə bağlı elektron xidmətlərin imkanlarının genişləndirilməsi üçün iş aparılır. Dövlət Miqrasiya Xidməti tərəfindən daha bir elektron xidmət – ölkəyə gəlişə və ölkədən gedişə məhdudiyyəti yoxlamağa imkan verən sistem istifadəyə verilib. Həmçinin Xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib. Yeni bölmələr və altbölmələr yaradılıb. İstifadə imkanları rahatlaşdırılıb. Xidmətdə sosial şəbəkələrin imkanlarından da geniş istifadəyə başlanılıb. Bu ilin mayında qurumun rəsmi “Facebook” səhifəsi yaradılıb ki, buradan da məlumatlar mütəmadi olaraq yenilənir və daxil olan suallar operativ cavablandırılır.

Xidmətdə iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət imkanı verən qaynar xətt yaradılıb. “ASAN Viza” sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib.

DMX-nin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələr keçirilib. Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır.

Hesabat dövrü ərzində ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə də mütəmadi iş aparılır. Belə ki, bir neçə gün əvvəl qanunvericiliyə edilmiş dəyişikliklərə görə müddəti 10 gündən 15 günədək artırılan olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində yeni dizaynda hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir. Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmaları məqsədilə 3 dildə yeni videoçarx hazırlanıb, Xidmətin qəbul şöbələrində, hava limanında və digər müvafiq yerlərdə yerləşdirilib.

Diqqətə çatdırılıb ki, cari ilin altı ayı ərzində miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın genişləndirilməsi, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin inkişafı diqqətdə saxlanılıb. Xidmət tərəfdaş ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda, beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələri davam etdirib. Beynəlxalq qurumların nümayəndələri, o cümlədən bir sıra dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində işlər görülür.

V.Hüseynov bildirib ki, hesabat dövründə DMX regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 34 maarifləndirmə-məlumatlandırma tədbiri, 14 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edib. Xidmətin internet səhifəsində (www.migration.gov.az) 140 (ötən ilin müvafiq dövründə 87) məlumat yerləşdirilib. Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, 2018-ci ildə DMX qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq.

Sonra media və QHT nümayəndələrinin sualları cavablandırılıb.

Sonda KİV nümayəndələri Dövlət Miqrasiya Xidmətinin Qəbul Şöbəsində yaradılan şəraitlə tanış olublar.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  19-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA