Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
18.07.2018 [17:45]
“Hər zaman müasir dövrün qlobal çağırışlarını əsas tutan Azərbaycan bu gün demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Bütün vətəndaşlar rahat şəkildə öz fikirlərini ifadə edə bilir, kütləvi informasiya vasitələri isə müstəqil şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur. Bu gün ölkəmizdə qeydiyyatdan keçən və fəaliyyət göstərən çoxlu sayda kütləvi informasiya vasitəsinin mövcudluğu bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olunduğunu nümayiş etdirir.” Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır: “Dövlətimizin başçısı cənab İlham Əliyev KİV-in inkişafına, maddi-texniki bazasının möhkəmləndiriləməsinə hər zaman həssas yanaşır. Elə ötən gün möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manatın ayrılması dediklərimizin əyani sübutudur. Bu fakt bir daha onu göstərir ki, dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, cənab Prezidentimizin təşəbbüsü ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması artıq sistemli xarakter alıb. Öz növbəmizdə bizə göstərilən maddi və mənəvi dəstəyə, diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlətin KİV-ə dəstəyi təkcə bidəfəlik yardımlarla yekunlaşmır: “Bu gün Azərbaycanda jurnalistlərə təmənnasız olaraq mənzillərin verilməsi dünyada bir ilkdir. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Bakının Bibiheybət qəsəbəsində 2013-cü ildə 156 mənzilli, 2017-ci ildə isə 255 mənzilli yaşayış binalarının açılış mərasimlərinin keçirilməsi və 400-dən çox jurnalist ailəsinə böyük sevincin bəxş edilməsi hər birimizin yaddaşındadır. “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür.” Jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Onun həqiqətən jurnalistlərin dostu olduğunu və bu sahəyə isti, xoş münasibətini, diqqət və qayğısını göstərdi”.
V.Rəhimzadə qeyd edib ki, mətbuata göstərilən bu diqqət və qayğı jurnalistlərin də üzərinə böyük məsuliyyət qoyur: “Biz unutmamalıyıq ki, jurnalist olmaqdan əvvəl bu ölkənin vətəndaşıyıq, bu Vətənin övladıyıq. Milli və dövlətçilik maraqları bizim üçün hər şeydən öndə olmalıdır. Möhtərəm Prezidentimizin “...Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır” fikirləri biz jurnalistlər üçün fəliyyətimizin bütün dövrlərinin mühüm tezisi olmalıdır. Yalnız bu halda dövlətimizin inkişafına, milli maraqlarımızın daha etibarlı şəkildə qorunmasına öz töhfəmizi vermiş olarıq”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27