Ana səhifə »  Qəzetin pdf formatı »  Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
A+   Yenilə  A-
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iyulun 17-də keçirdiyi mətbuat konfransında bildirib.

V.Qasımlı deyib: "Bütün Strateji Yol xəritələri üzrə icra səviyyəsi bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar kursu 2017-ci ildə də uğurla davam edib. Prezident İlham Əliyev 2017-ci ili dərin və sistemli islahatlar ili adlandırib. 2017-ci ilin sabitləşdirmə və 2018-ci ilin isə iqtisadi inkişaf ili olmasında Prezidentin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol xəritələrinin xüsusi rolu olub".

"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" üzrə monitorinq və qiymətləndirmə barədə məlumat verən Vüsal Qasımlı qeyd edib ki, bu xəritə üzrə ümumi icra səviyyəsi 92 faizdir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib. 2017-ci il ərzində Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol xəritəsinin ilk hədəfi - Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi üzrə tam icra 67 faiz, qismən icra 25 faiz olunub, cəmi 8 faiz tədbir icra edilməyib. Bu istiqamətdə makroiqtisadi koordinasiyanın təmin edilməsi, "Qızıl qayda" prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi, yeni alternativ lövbərin hədəflənməsi, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi, banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilib və ilin yekunu üzrə bu proqrama əməl edilib.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində ikinci hədəf - Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə icra səviyyəsi belədir: 71 faiz tam icra və 29 faiz qismən icra.

Diqqətə çatdırılıb ki, dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı" yenilənib. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib və onlardan 13-ü özəlləşdirilib. Özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərə dair vahid məlumat bazası, "Özəlləşdirmə Portalı" və 2018-ci il üzrə "Özəlləşdirmə Gündəliyi" hazırlanib. Nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə, əsasən prioritet sektorları əhatə edən müəssisələrin qiymətləndirilməsi aparılib və potensial inkişaf istiqamətləri təhlil edilib. Yeni yanaşma hesab olunacaq daha bir məqam ondan ibarətdir ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək və bu zaman potensial alıcılardan İnvestisiya Proqramı (biznes-planın) icra olunması tələb olunacaq.

İcraçı direktor deyib ki, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində üçüncü hədəf - İnsan kapitalının inkişaf etdirilməsi üzrə icra səviyyəsi 100 faiz olub. 2017-ci ildə "Məktəbəqədər təhsil haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul olunub, "Ümumi təhsildə keyfiyyət ili" elan edilib, müəllimlərin diaqnostik qiymətləndirilməsi davam etdirilib, "Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları" təsdiq edilib və təşkil olunan müsabiqə nəticəsində 198 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Habelə "Peşə təhsili haqqında" qanun layihəsi işlənib hazırlanıb, "Ali təhsil müəssisələrinə tədqiqat universiteti statusunun verilməsinə dair Tələblər" təsdiq edilib və "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi" keçirilib. Ölkədə innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi istiqamətində beynəlxalq təcrübə öyrənilməklə, Azərbaycan Respublikasının milli innovasiya sisteminin formalaşması və inkişafına dair proqramın layihəsi hazırlanib.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində dördüncü hədəf - əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə 2017-ci ildə nəzərdə tutulan hissənin 94 faizinin icrası tamamlanıb, 6 faizi qismən icra edilib. Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanib. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Bu tədbirlər planı çərçivəsində beş mötəbər beynəlxalq hesabat üzrə 18 istiqamətdə biznes mühitinin əlverişliliyinin artırılması üçün fəaliyyətlər həyata keçirilir. 2017-ci ildə səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılib. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi", "Açıq hökumət məlumatlarından istifadə edilməsi" və "Elektron hökumət həlləri" kimi araşdırmalar aparılib. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, "Dünya Bankı"nın "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik" prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik" prinsipləri təhlil edilib. Dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları"ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılib, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. Ötən il oktyabrın 31-də Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb.

V.Qasımlı onu da qeyd edib ki, Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin ictimaiyyətə təqdim edilməsi açıq hökumət, yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıq meyarlarına uyğundur: "Beləliklə, iqtisadi islahatların nəticələrinin açıq ictimai müzakirəsi aparılır ki, bu da bütün maraqlı tərəflərin rəy və təkliflərinin qərarların qəbulu prosesində nəzərə alınmasına zəmindir. Prezident İlham Əliyevin rəhbərliyi altında Strateji Yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir".

Hesabatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://azertag.az/xeber/Strateji_Yol_Xeritesinin_2017_ci_il_uzre_illik_monitorinq_ve_qiymetlendirme_hesabati-1180332 

 
  • Oxunub:  2910  |  
  • Tarix:  17-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

17:43
19 Yanvar
İtaliyada 20 Yanvar Şəhidlərinin əziz xatirəsi anılıb
17:30
19 Yanvar
Pərvin Kərimzadə: Avropa Parlamentinin bu qərəzli addımı erməni lobbisinin təsiri altına düşən dairələrin növbəti oyunudur
17:28
19 Yanvar
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
17:26
19 Yanvar
Məcburi köçkün uşaqları üçün intensiv tədris düşərgəsinə seçimlər başa çatıb
17:15
19 Yanvar
AZƏRTAC-ın kollektivi Qanlı Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edib
17:14
19 Yanvar
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir
16:56
19 Yanvar
Deputat: Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
16:44
19 Yanvar
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
16:27
19 Yanvar
20 Yanvar faciəsi milli istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir
16:23
19 Yanvar
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
16:20
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib
16:15
19 Yanvar
Ankarada keçirilən konfrans “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusuna həsr olunub
16:12
19 Yanvar
Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib
16:09
19 Yanvar
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
16:06
19 Yanvar
UNEC-də hər bir tələbə müraciəti araşdırılır
16:01
19 Yanvar
Yaqub Mahmudov: 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı
15:59
19 Yanvar
Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
14:25
19 Yanvar
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub
13:43
19 Yanvar
MM-in deputatı: Erməni diasporu korrupsiya üsullarından istifadə edərək bəzi Avropa siyasətçilərini bu prosesə cəlb edir
13:38
19 Yanvar
Fəzail İbrahimli: 20 Yanvar faciəsi Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi
13:36
19 Yanvar
Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
13:26
19 Yanvar
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
12:56
19 Yanvar
Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
12:54
19 Yanvar
Azərbaycan ötən il Gürcüstana 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edib
12:51
19 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində anılıb
11:00
19 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 89 faizində torpaq örtüyü bərpa olunub
10:53
19 Yanvar
Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
10:51
19 Yanvar
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
10:32
19 Yanvar
Çində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:22
19 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
10:21
19 Yanvar
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
10:16
19 Yanvar
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
10:12
19 Yanvar
20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
10:10
19 Yanvar
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib
10:07
19 Yanvar
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları
10:03
19 Yanvar
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
10:01
19 Yanvar
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA