Ana səhifə »  Qəzetin pdf formatı »  Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar
A+   Yenilə  A-
Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyevin Trend-ə müsahibəsi
- Azay müəllim, Siz iyulun 5-dən 13-nə kimi Almaniyanın paytaxtı Berlin şəhərində səfərdə oldunuz. Bizdə olan məlumata görə, səfər çərçivəsində ATƏT Parlament Assambleyasının 27-ci illik sessiyasında iştirakla yanaşı, sessiyadan əvvəl və sonra bir sıra görüşlər keçirmiş və tədbirlərə qatılmısınız. İlk növbədə, bu görüşlər və tədbirlər barədə məlumat verərdiniz, sonra isə biz illik sessiya barədə söhbətimizi davam etdirək.
- Doğrudur, 5-6 iyulda Berlində bir sıra hökumət və parlament rəsmiləri ilə ikitərəfli görüşüm oldu və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələləri müzakirə etdik. Keçirilən görüşlər mətbuata qapalı olduğundan bu barədə ətraflı məlumat vermək istəməzdim. Yalnız bu görüşlərin faydalı olduğunu və orada müzakirə olunan məsələlərə Almaniya tərəfinin anlayışlı və müsbət münasibətini qeyd edə bilərəm.
Bundan başqa, ATƏT PA-nın illik sessiyası başa çatdıqdan dərhal sonra Almaniyanın 3 il bundan əvvəl təşəbbüsü və ATƏT PA-nın təşkilati dəstəyi ilə ənənəvi olaraq keçirilən “Laynsvayler seminarı”na qatıldım. 11-12 iyulda baş tutan iki günlük seminarda 12 ölkədən 20 deputat, ATƏT PA-nın prezidenti və baş katibi daxil olmaqla, 7 nəfər büro üzvü də iştirak edirdi. “Ən yaxşı təcrübəni bölüşmək və milli azlıqların hüquqlarını qorumaqla etnik münaqişələrin qarşısını necə almaq olar” mövzusuna həsr olunmuş seminarda çox maraqlı təqdimatlar və müzakirələr oldu.
Azərbaycan üçün önəmli təqdimatlardan biri “Münaqişələrin həllində Aland adaları təcrübəsi” idi. İsveç və Finlandiyanın parlament üzvlərinin təxminən 100 il bundan öncə hər iki ölkə arasında böyük bir münaqişəyə çevrilmiş Aland adaları məsələsini sülh yolu ilə necə həll etdiklərini bizə danışdılar. Bilirsiniz ki, o zaman adada referendum keçirilmiş və isveçdilli əhali 95% səslə adanın İsveçə birləşdirilməsinə səs vermişdi. Finlandiya da öz növbəsində, səsvermənin legitimliyini şübhə altına alaraq Millətlər Liqasına şikayət etmiş və Millətlər Liqasının müdaxiləsindən sonra Aland adalarına Finlandiyanın tərkibində yüksək muxtariyyət verilmiş, sonda İsveç də bunu qəbul etmişdi. Həm İsveç hökuməti və xalqının, həm də Finlandiya hökuməti və xalqının müdrikliyi və uzaqgörənliyi sayəsində münaqişə qanlı mərhələyə keçməmiş və sülh yolu həll olunmuşdu. İndiyə kimi hər iki tərəf qəbul olunmuş anlaşmaya əməl edir və məmnun görünür.
Bir sıra ümumi oxşarlıqları nəzərə alaraq, Aland adaları təcrübəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür. Bu fikri mən Ermənistan nümayəndələrinin daxil olduğu seminar iştirakçılarının diqqətinə çatdırdım və təklif etdim ki, gələn il “Laynsvayler seminarı”nı məhz bu mövzuya həsr edək. Təklif ümumən bəyənildi və əgər hər hansı bir kənar müdaxilə olmasa, bu tədbiri gələn il Laynsvaylerin özündə təşkil edəcəyik.
- İndi də keçək ATƏT PA-nın 27-ci illik sessiyasının gedişinə, orada qəbul olunan qərarlara. Ümumiyyətlə, Berlin sessiyası nə ilə yadda qaldı?
- İlk növbədə onu deyim ki, Berlin sessiyası çox önəmli bir mövzuya - “ATƏT öhdəliklərinin icrası: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Azərbaycan nümayəndə heyəti olaraq, başda Bahar Muradova olmaqla, bütün müzakirə olunan məsələlərdə fəal iştirak etdik və ölkəmizin maraqlarını maksimum müdafiə etməyə çalışdıq.
Bilirsiniz ki, ATƏT öhdəliklərinin icrası məsələsi daima Azərbaycan üçün aktual olub və biz hər zaman bir çox ATƏT öhdəliklərinin yerinə yetirilməməsindən, qəbul olunan qərarların kağız üzərində qalmasından ciddi narahatlığımızı ifadə etmişik. Bu baxımdan Berlin sessiyası bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Qısa olaraq onu deyim ki, 27-ci sessiya ATƏT ərazisində olan bütün problemlərə və çağırışlara kompleks və obyektiv yanaşma sərgiləyə bildi. Yekun olaraq qəbul etdiyimiz Berlin Bəyannaməsində münaqişələr, beynəlxalq terrorizm, silahlara nəzarət, nüvəsizləşdirmə, miqrasiya, qaçqın və məcburi köçkün, insan hüquqları, milli azlıqlar və digər bu kimi problemli məsələlərin həllində qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətinin vahid platformadan çıxış etməsi və birgə səylərinin artırılması haqqında razılığa gəlindi. Berlin Bəyannaməsi ATƏT-in Nazirlər Şurasına baxılmaq üçün göndərildi. Ümid edirəm ki, bu ilin dekabrında Milanda bir araya gələn ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Parlament Assambleyasının qəbul etdiyi qərarlara və tövsiyələrə adekvat yanaşacaq və mümkün qədər onları nəzərə alacaq.
- Sessiya çərçivəsində ATƏT PA müəllifi olduğunuz qətnamə layihəsini müzakirə edərək yekdilliklə (Ermənistan xaric) qəbul etdi. Bəzi beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın və “qarayaxma kampaniyası”nın davam etdiyi bir vaxtda bunu Azərbaycanın ciddi uğuru hesab etmək olar. Qətnamə Azərbaycana nə verəcək?
- Bilirsiniz ki, ötən il iyulun 8-də Minksdə “ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu”nun yaradılması haqqında irəli sürdüyüm təşəbbüs 17 ölkə tərəfindən dəstəkləndi və belə qrup təsis edildi. Qrup yaranandan sonra növbəti əsas vəzifə onun dayaqlarını möhkəmləndirmək, qrupa Parlament Assambleyası səviyyəsində rəsmi dəstəyi təmin etmək və bu barədə ayrıca bir qətnamənin qəbul olunmasına nail olmaqdan ibarət idi. Bu kontekstdə bir məsələni ilk dəfə olaraq mətbuata açıqlamaq istərdim. Qrup yaranandan dərhal sonra Ermənistan və onun havadarları qrupun əleyhinə işlər aparmağa və onun legitimliyini zədələməyə çalışdılar, hətta ATƏT PA-nın prezidenti və baş katibinə məndən şikayət də etdilər. Onları narahat edən o idi ki, niyə qrupun əsasnaməsində yeni üzvlərin qəbulu üçün “Helsinki prinsiplərinə, xüsusilə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edən ölkələr üzvlüyə qəbul oluna bilər” müddəası əsas müddəa kimi əks olunub. Yəni işğalçı Ermənistan başa düşür ki, o bu müddəlara əməl etmədiyinə görə İpək Yolu Qrupuna daxil olmaq şansı sıfırdır. Ona görə də Ermənistan və onun kimi düşünən bəzi ölkələr qrupa qarşı ciddi iş aparırdılar.
Buna görə də gələcəkdə mümkün destruktiv addımların qarşısını almaq, İpək Yolu Qrupuna davamlı siyasi dəstəyi təmin etmək, eyni zamanda Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində irəli sürdüyü çoxsaylı təşəbbüsləri dəstəkləmək məqsədilə tərəfimdən hazırlanan “Nəqliyyat yolları və dəhlizlərinin inkişafı, o cümlədən tarixi İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda əlaqəliliyin təşviqi” adlı qətnamə layihəsi ATƏT PA-nın Berlin sessiyasına təqdim edildi. Sevindirici haldır ki, Ermənistandan başqa bütün ölkələr tərəfindən qətnamə layihəsi yekdilliklə dəstəkləndi və Berlin Bəyannaməsinə daxil edildi. Qətnamə bütövlükdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bütün regional nəqliyyat və tranzit layihələrini, xüsusilə “Şərq-Qərb və Şimal-Cənub” ticarət və nəqliyyat dəhlizlərini tam olaraq dəstəkləyir, Çinin müəllifi və Azərbaycanın da maraqlı olduğu “Bir kəmər, Bir Xətt” təşəbbüsünün əhəmiyyətini vurğulayır, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun yaranmasını alqışlayır və qrupa tam dəstəyini ifadə edir. Bundan başqa, qətnaməyə işğalçı Ermənistan tərəfindən bir sıra düzəlişlər təklif edildi. Düzəlişlərin əsas mahiyyəti Ermənistanın düşdüyü izolyasiyadan və özünütəcriddən çıxması üçün müəyyən əsaslar yaratmaqdan ibarət idi, lakin mən buna etiraz etdim və onların heç bir düzəlişi qəbul olunmadı. Sonda isə sənəd bütövlükdə səsə qoyularaq qəbul edildi.
Hesab edirəm ki, ATƏT PA-da belə bir mühüm qətnamənin qəbulu ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin, Azərbaycan diplomatiyasının uğuru, etirafı və dəstəklənməsidir.
- Azay müəllim, Berlində həm də rəhbərlik etdiyiniz “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu”nun növbəti iclası olub və bildiyimiz qədər orada da maraqlı qərarlar qəbul olunub. Bu qərarlar hansılardır?
- İyulun 8-də Berlində İpək Yolu Qrupunun növbəti iclası keçirildi və qeyd etdiyiniz kimi, bir sıra vacib qərarlar qəbul edildi. İlk növbədə onu deyim ki, həmin gün Qrupun yaradılmasının 1 ili tamam olurdu və biz bu əlamətdar günü təntənəli şəkildə qeyd etdik.
Bundan başqa, Fransanın üzvlük haqqında müraciətinə baxıldı və Fransa konsensusla üzvlüyə qəbul edildi. Beləliklə, üzv ölkələrin sayı 23-ə çatdı.
Təşkilati məsələlər çərçivəsində İsveçrənin nümayəndə heyətinin üzvü və ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər komitəsinin sədri Filippo Lombardi və Avstriyadan olan deputat Roman Hayder qrupun sədr müavinləri seçildilər.
Önəmli qərarlardan biri də o oldu ki, İpək Yolu Qrupunun 2019-cu il üzrə tədbirlər planı təsdiq edildi, Belarus və İsveçrə parlamentlərinin müraciətləri nəzərə alınaraq, müvafiq olaraq gələn ilin aprel və sentyabr aylarında bu ölkələrdə müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi haqqında qərar qəbul edildi.
Bundan başqa, ilk dəfə idi ki, Rusiya nümayəndə heyəti qrupun işinə maraq göstərərək Berlin iclasında müşahidəçi qismində iştirak etdi. Ümumiyyətlə, Berlində keçirilən iclası və qəbul olunan qərarları çox yüksək qiymətləndirirəm və bütün bunları Qrupun fəaliyyətinə və missiyasına artan marağın təzahürü hesab edirəm.
- Son sualı vermək istərdim. Bir müddətdir ölkə gündəliyini zəbt edən və dövlətçiliyimiz əleyhinə yönələn Gəncə hadisələri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Bu terror hadisəsi haqqında Berlində olarkən mətbuatdan öyrəndik və çox böyük üzüntü və narahatlıqla qarşıladıq. İstər Gəncənin icra başçısı Elmar Vəliyevə atılmış güllə, istərsə də iki polis polkovnikimizin xəncərlənərək şəhid edilməsi Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına, inkişafına, sabitliyinə və nəhayət, Qarabağ uğrunda apardığı qanlı mücadiləyə atılan güllə, arxadan vurulan xəncər idi. Bunun başqa adı yoxdur.
Bu terrorun kənardan idarə olunduğu, milli maraqlarımızın qorunması və təminatında dövlətimizin sərgilədiyi prinsipial və dönməz siyasətin sarsılması üçün həyata keçirilməsi də heç kimdə şübhə doğurmur. Bu hadisənin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilməsi səbəbi və onun arxasında duran məkirli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar.
Bu gün Azərbaycanda sabitliyin pozulması və hər hansı bir qarşıdurmanın olması yalnız Ermənistanın marağındadır və onun xeyrinədir. 1988-1993-cü illərdə torpaqlarımızın işğal edilməsinin əsas səbəblərindən biri də məhz həmin dövrdə ölkədə hökm sürən anarxiya və siyasi sabitliyin olmaması idi. Biz o dövrü yaxşı xatırlayırıq və hələ də unutmamışıq. Təəssüflər olsun ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində baş vermiş mənfi halların təkrarlanmasında maraqlı olan qüvvələr var.
Yeri gəlmişkən, bu hadisəyə ermənilərin reaksiyası da çox düşündürücü idi. Belə ki, Gəncədə iki polis polkovnikinin şəhid edildiyi günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə heyətinin üzvü mənə yaxınlaşaraq Gəncə hadisələri ilə maraqlandı. Elə bil bu adam bir gün öncə Azərbaycan Ordusunun gücündən və aldığı silahların Ermənistan üçün ağır nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə danışan, Azərbaycandan ATƏT-ə şikayət edən erməni nümayəndə heyətinin üzvü deyildi. Mən onun gözlərində bu terror hadisəsinin Azərbaycanda qarışıqlığın, Ermənistanda isə sanki nicat yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc hissini gördüm. O, sevinc hissini heç gizlətmirdi və bu hadisədən çox məmnun görünürdü.
Azərbaycan xalqı, ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də dövlətimizə sədaqət nümayiş etdirdilər və cinayətkarların tutulması və zərərsizləşdirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Təmizləmə işi bu gün də hüquq-mühafizə orqanları tərəfindən uğurla davam etdirilir və əminəm ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planı indiyədək olduğu kimi bundan sonra da puç olacaq.
Mən fürsətdən istifadə edib Elmar Vəliyevə tezliklə sağalmağı arzulayır, iki şəhid polis polkovnikimizə isə Allahdan rəhmət diləyirəm.

 
  • Oxunub:  4500  |  
  • Tarix:  16-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

20:55
10 Dekabr
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir
20:52
10 Dekabr
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
20:50
10 Dekabr
Azərbaycanla Türkiyə arasında ekologiya sahəsində əməkdaşlıq müzakirə olunub
20:47
10 Dekabr
Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub
20:45
10 Dekabr
Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində keçirilən tədbirlərdə iştirak edib və konqresmenlərlə görüşüb
20:41
10 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
20:29
10 Dekabr
ADU-da ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
20:27
10 Dekabr
Ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığının inkişafı üçün möhkəm bünövrə yaradıb
20:24
10 Dekabr
Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib
20:23
10 Dekabr
Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib
20:21
10 Dekabr
Ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir
20:18
10 Dekabr
Hikmət Babaoğlu: Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya ola bilməz
19:03
10 Dekabr
Azərbaycanlı gənclər Moskvada Sergey Lavrovla görüşüb
18:55
10 Dekabr
Ulu Öndər hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaq!
18:05
10 Dekabr
Vüqar Rəhimzadə: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir
17:57
10 Dekabr
Hesablama Palatası ilə Dünya Bankı arasında qarşılıqlı anlaşma sazişi imzalanıb
17:55
10 Dekabr
“Komsomolskaya pravda” Ermənistanda hökm sürən yoxsulluqdan yazır
17:52
10 Dekabr
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
17:49
10 Dekabr
“Uşaq hüquqları uşaqların gözündə” mövzusunda tədbir keçirilib
17:48
10 Dekabr
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşkıq protokolu imzalanıb
17:46
10 Dekabr
Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı müzakirələr aparılıb
17:45
10 Dekabr
Akif Əlizadə: Ümummilli lider Heydər Əliyev elmə böyük etimad göstərib
17:42
10 Dekabr
Heydər Əliyev – Azərbaycanın müstəqillik məfkurəsi
17:40
10 Dekabr
Yevda Abramov: Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur
17:37
10 Dekabr
Azərbaycan beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür
17:35
10 Dekabr
Elmira Süleymanova: Ölkəmizdə insan hüquqları ilə bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub
17:26
10 Dekabr
Eldar İbrahimov: Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxarmaq üçün böyük üstünlüklərə malikdir
17:00
10 Dekabr
Ulu öndər Heydər Əliyev elm və təhsil sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini təmin edib
16:58
10 Dekabr
Dmitri Savelyev: Azərbaycan öz regionunda təhlükəsizliyin qarantıdır
16:53
10 Dekabr
Diasporla İş üzrə Dövlət Komitəsi və Xaricdəki Rumınlarla İş üzrə Nazirlik arasında əməkdaşlığa dair müzakirələr aparılıb
16:50
10 Dekabr
İnam Kərimov: İnnovasiyaların tətbiqi məhsulun maya dəyərini 50 faizədək ucuzlaşdıra bilər
16:27
10 Dekabr
Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idi
16:23
10 Dekabr
Jurnalistlər hər zaman ulu öndər Heydər Əliyevdən atalıq qayğısı, doğmalıq hiss ediblər
16:16
10 Dekabr
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub
15:58
10 Dekabr
Rusiyalı şagirdlər ölkəmizdə informatika üzrə keçiriləcək beynəlxalq olimpiadayaya dəvət olunublar
15:50
10 Dekabr
2019-cu ildə tikinti sektoruna dövlət investisiyalarının artması iqtisadi və sosial sahələrə yeni nəfəs verəcək
15:49
10 Dekabr
Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan qadınları müxtəlif sahələrdə böyük uğurlara imza atıblar
15:33
10 Dekabr
Sergey Markov: Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir
15:25
10 Dekabr
Fuad Nağıyev: Turizm ölkəmizin əsas prioritet sahələrindən biridir
15:03
10 Dekabr
Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri ilə görüşüb
14:53
10 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Varşavada anılıb
14:49
10 Dekabr
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi
14:38
10 Dekabr
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir
14:36
10 Dekabr
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda sərgi açılıb
14:26
10 Dekabr
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb
14:15
10 Dekabr
YAP Sumqayıt şəhər təşkilatının Heydər Əliyev Məktəbi növbəti məşğələsini Ümummilli Liderin anım gününə həsr edib
14:09
10 Dekabr
Sarayevoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans təşkil edilib
14:04
10 Dekabr
“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
13:52
10 Dekabr
Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə seminar keçirilir
13:50
10 Dekabr
Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
13:04
10 Dekabr
Bahar Muradova: Ermənistanda "seçki oyunu" oynanıldı
12:52
10 Dekabr
YAP Ağstafa rayon təşkilatında “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda anım tədbiri keçirildi
12:48
10 Dekabr
Türkiyəli nazir: Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır
12:46
10 Dekabr
Səbail rayonunda payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı iclas keçirilib
12:33
10 Dekabr
Şamil Ayrım: Heydər Əliyev şəxsiyyətinin ucalığı hər zaman xalqlarımız tərəfindən ehtiramla xatırlanacaq
12:26
10 Dekabr
Pərviz Şahbazov: 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır
12:24
10 Dekabr
Ölkəmiz Vyanada “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub
12:18
10 Dekabr
Misir və Livan mətbuatı ulu öndər Heydər Əliyev haqqında silsilə məqalələr yayıb
12:16
10 Dekabr
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
12:04
10 Dekabr
AMEA-da “Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda elmi konfrans keçirilib
11:51
10 Dekabr
BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda müzakirələr aparılıb
10:54
10 Dekabr
Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb
10:51
10 Dekabr
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:49
10 Dekabr
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10:47
10 Dekabr
Hafiz Paşayev: ADA Universitetinin kampusu yaşıl enerji və smart texnologiyası əsasında qurulub
10:46
10 Dekabr
Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya müxtəlif sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verəcək
10:43
10 Dekabr
Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:35
10 Dekabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunub
10:30
10 Dekabr
Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər
10:14
10 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8