Ana səhifə »  Qəzetin pdf formatı »  Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
A+   Yenilə  A-
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri kifayət qədər uğurlu oldu. Bu səfər Azərbaycan-NATO münasibətlərinin bu gününə və perspektivlərinə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi və Azərbaycanın bu prosesə töhfəsinin qiyməti baxımından səfər böyük məna və əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin bu səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə apardığı danışıqlar və bu danışıqların nəticəsi olaraq “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması, sözün həqiqi mənasında, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər. Çünki bu sənəddə ilk dəfə ikitərəfli formatda belə bir bənd öz yerini tapıb ki, münaqişələrin həll edilməsi prosesində dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsas götürülür. Bu, əslində o deməkdir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlülüyü prinsipi çərçivəsində həllini dəstəkləyir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, ikinci mühüm diplomatik uğurumuz NATO-nun yekun sənədində öz əksini tapıb. Həmin sənəddə belə bir bənd yer alıb ki, münaqişələr beynəlxalq hüququn ərazi bütövlülüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır. Bu da bizim çox mühüm diplomatik qələbəmizdir. Məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan səfər öncəsi bildirib ki, əgər yekun sənəddə Ermənistanın milli maraqlarına uyğun gəlməyən bəndlər öz əksini taparsa, o səfərini təxirə sala bilər. Hər kəs bilir ki, bu kimi mühüm sənədlər ən azı bir həftə öncə qarşı tərəfə göndərilir. Paşinyan Brüsselə gedərkən çox gözəl bilirdi ki, o sənəddə məhz belə bir bənd öz əksini tapıb. Amma buna baxmayaraq o, getməyə məcbur oldu. Heç bir müqavimət göstərmək iqtidarında da deyildi. Eyni zamanda, Paşinyan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişaf etdirilməsi xəttinə sadiq qalacağını hər zaman bəyan edib. O, güman edirdi ki, bu reallıq fonunda yəqin ki, Azərbaycan ilə Aİ arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanmasına mane ola bilər. Amma bu arzu onun ürəyində qaldı və həmin sənəd imzalandı. Hər iki mühüm sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı məsələsi öz əksini tapıb. İki mühüm sənəd ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri danışıqlara getdi. Qarşı tərəfin isə heç bir arqumenti yox idi. Qarşı tərəf artıq məğlub statusunda Azərbaycanın xarici işlər naziri ilə görüş keçirdi. Bütün bunlar onun sayəsində baş verdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərlə, beynəlxalq təşkilatlarla, o cümlədən NATO, Aİ ilə münasibətlərə bərabər tərəfdaşlıq münasibətləri kimi baxır, bərabərhüquqlu prinsiplərdən çıxış edərək münasibətləri qoruyur, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında münasibətləri qurur və eyni zamanda, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə hər zaman üstünlük verir. Azərbaycan Prezidentinin siyasəti müstəqil siyasətdir. Bunu həm NATO, həm də Aİ çox gözəl bilir. Onlar həm də görürlər ki, Azərbaycan Prezidenti təkcə mövqe bildirmir, təkcə söz söyləmir, eyni zamanda, konkret əməli və addımları ilə işlər görür.

Prezident İlham Əliyev Sammitdəki çıxışında qeyd etdi ki, Azərbaycan bütün fundamental məsələlərlə bağlı beynəlxalq kürsüdən öz səsini ucaldır, ədalətin və qanunun aliliyinin təmin edilməsi ilə bağlı işini görür və bu ideyaları müdafiə edir. Məsələyə bu məntiqlə yanaşdıqda, həqiqətən də İlham Əliyevin bu mövqeyi dünyada qəbul edilib, dəstəklənib. Azərbaycan Prezidentinin şəxsi nüfuzu, intellekti, təşkilatçılıq qabiliyyəti, erudisiyası həm NATO, həm də Aİ rəhbərliyinə məlumdur.

Elman Nəsirov, həmçinin bildirib ki, Paşinyan məğlub statusundadır. O, imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətindədir. Paşinyan Aİ ilə Azərbaycan arasında imzalanmış yeni sənədə qarşı heç bir müqavimət göstərmək iqtidarında deyil. O, bir arzu ilə yaşayırdı ki, heç olmasa ölkəsində keçiriləcək parlament seçkilərində Aİ-dən maliyyə dəstəyi ala bilsin. Görün dövlət hansı səviyyədədirsə, kiçik bir ölkədə parlament seçkilərinin keçirilməsinə belə vəsaiti yoxdur. Bu təkliflərlə və xahişlərlə o, Avropa liderləri qarşısında çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə qlobal sülh və təhlükəsizlik problemlərinin həlli, Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesində iştirakının daha da genişləndirilməsi kimi fundamental məsələləri qoyur və eyni zamanda, konkret addımlar atır. Buna görə də Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş statusuna malikdir, beynəlxalq sülhün, təhlükəsizliyin təmin edilməsinə çox böyük töhfələr verir. Bunu bütün dünyada görürlər və yüksək qiymətləndirirlər. Brüsseldə həmin sənədlərin imzalanmasında bu amillər mühüm rol oynayıb.

İndiyə qədər imzalanmış müvafiq sənədlərdə bu cür aydın şəkildə ərazi bütövlülüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl olunması məsələsinə rast gəlinməyib. Bir çox hallarda ona şahid olmuşuq ki, bir tərəfdən ərazi bütövlüyündən, bir tərəfdən güc tətbiq etməmə və güclə hədələməmə prinsiplərindən bəhs olunurdu, bir tərəfdən isə xalqların öz müqəddəratlarını təyinetmə prinsiplərindən söhbət gedirdi. Üç müxtəlif prinsipi təqdim edib, süni şəkildə bir qarışıqlıq yaradılırdı, sonda isə heç bir nəticə əldə olunmurdu. Bu dəfə isə heç bir halda Ermənistanın əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipindən bir kəlimə belə olsa söz getmədi. Yalnız və yalnız ərazi bütövlüyü, beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi öz əksini tapdı. Bu, Prezidentimizin müəyyən etdiyi Azərbaycanın xarici siyasətin növbəti mühüm uğuru kimi dəyərləndirilməlidir.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  13-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib
16:33
15 Oktyabr
Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
16:29
15 Oktyabr
Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb
16:20
15 Oktyabr
Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanışlıq
16:12
15 Oktyabr
UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır
16:10
15 Oktyabr
“YARAT” da əlliliyi olan insanların iştirakı ilə tamaşa təqdim olunub
15:52
15 Oktyabr
Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllində fəallıq göstərirlər
15:44
15 Oktyabr
Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi müzakirə olunub
15:42
15 Oktyabr
Rusiyalı tarixçi-alim Oleq Kuznetsov Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşüb
15:39
15 Oktyabr
“Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb
15:36
15 Oktyabr
Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək
15:22
15 Oktyabr
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib
15:05
15 Oktyabr
İqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdədir
14:50
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib
14:44
15 Oktyabr
Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
14:27
15 Oktyabr
Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək
14:21
15 Oktyabr
“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
14:07
15 Oktyabr
Dünyanın gənc geoloq alimləri Bakıda toplaşıblar
14:04
15 Oktyabr
Siyavuş Novruzov: Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır
14:02
15 Oktyabr
Ali Məhkəmənin sədri İstanbul beynəlxalq sammitində çıxış edib
13:55
15 Oktyabr
Hikmət Hacıyev: Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
13:48
15 Oktyabr
Vüsal Qasımlı: Dövlətimizin başçısının rəhbərliyi ilə "Doing Businnes" islahatlarının ölkədə yeni istiqamətləri müəyyənləşəcək
13:43
15 Oktyabr
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir
13:37
15 Oktyabr
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi
13:32
15 Oktyabr
On beş il: sabit və təhlükəsiz Azərbaycan
13:27
15 Oktyabr
Azərbaycan “National Geographic Traveler Awards 2018” mükafatının ekskursiya turizmi üzrə ilk üçlüyündədir
12:41
15 Oktyabr
Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq
12:35
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
12:26
15 Oktyabr
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib
12:24
15 Oktyabr
Azərbaycandan MDB ölkələrinə 728 milyon dollar dəyərində məhsul ixrac olunub
12:17
15 Oktyabr
Səyyar “ASAN xidmət” davam edir
12:12
15 Oktyabr
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq
11:48
15 Oktyabr
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
11:25
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib
11:17
15 Oktyabr
18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa
11:08
15 Oktyabr
Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib
11:03
15 Oktyabr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "BP Azərbaycan" arasında anlaşma memorandumu imzalanıb
10:38
15 Oktyabr
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
10:04
15 Oktyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
09:28
15 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
15:50
13 Oktyabr
Seçenov Universitetinin rektoru: Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir
15:48
13 Oktyabr
Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir
15:43
13 Oktyabr
Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir
15:29
13 Oktyabr
İlham Əliyev: Möhtəşəm və dayanıqlı inkişaf
15:24
13 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib
15:20
13 Oktyabr
Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur
15:16
13 Oktyabr
Kamilə Əliyeva: Həyata keçirilən siyasət ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır
15:13
13 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib
13:32
13 Oktyabr
Avstriya BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib
13:13
13 Oktyabr
Elçin Mirzəbəyli: Beynəlxalq Frankofoniya Təşkilatına sahibliklə bağlı qarşıdurmanın Ermənistanda baş verməsi təsadüfi deyil
13:07
13 Oktyabr
Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb
12:51
13 Oktyabr
Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək
12:45
13 Oktyabr
Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb
12:41
13 Oktyabr
Azərbaycanla Pakistan arasında ticarət missiyalarının mübadiləsi müzakirə olunub
12:36
13 Oktyabr
Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb
11:55
13 Oktyabr
Tahir Rzayev: Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur
11:32
13 Oktyabr
MM-in deputatı: Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib
10:49
13 Oktyabr
Səfir: Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir
10:48
13 Oktyabr
SOCAR “Gazprom”la əməkdaşlığın perspektivlərini müzakirə ediblər
10:44
13 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
17:52
12 Oktyabr
On beş ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması sahəsində ardıcıl tədbirlər görülüb
17:50
12 Oktyabr
Xırdalanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA