Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır
A+   Yenilə  A-
Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır

İyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələri Azərbaycana düşmən olan qüvvələr dini etiqad azadlığı uğrunda mübarizə kimi qələmə verməyə çalışır. Lakin əslində bu hadisələr öz mahiyyəti etibarı ilə din qiyafəsi altında radikal yönümlü bir qrup tərəfindən həyata keçirilən terrordur.

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və bu ilin əhəmiyyətini vurğulayan müxtəlif tədbirlərin keçirilməsi, xüsusən Milli Ordumuzun 100 illiyinin möhtəşəm paradla qeyd edilməsi fonunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə məlum son hadisələrin yaşanması hər bir vətənpərvər azərbaycanlının qəlbində dərin təəssüf hissi doğurur. Lakin əminliklə demək olar ki, xalqımız bu dəfə də tarixi sınaqdan üzüağ çıxdı, ölkə rəhbərinin ətrafında sıx birləşərək dünyəvi və demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, xaricdən sırınan yad dini ideologiyalara ikrah hissi ilə yanaşdığını göstərdi. Təəssüf ki, dünyəvi dövlətçiliyimizin, ictimai-siyasi sabitliyimizin və ələlxüsus qanunun aliliyinin təmin olunması uğrunda aparılan bu mübarizə qurbansız ötüşmədi, şəhid verdik.

AZƏRTAC Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun “Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır” adlı məqaləsini təqdim edir.

Gəncə hadisələrini təhlil etdikdə qarşımıza çıxan mənzərə aydın şəkildə göstərir ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədilər, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulan ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncədəki İmamzadə ziyarətgah kompleksinin yenidən qurulması, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas Cümə və Həzrət Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi deyilənlərə əyani sübutdur. Qeyd edək ki, hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.

Lakin təəssüf ki, Gəncədə ölkədəki mövcud etiqad azadlığından sui-istifadə edən, xaricdən idarə olunan azsaylı radikal dini qrup da var ki, rəsmi din xadimlərini qəbul etmir, məscidlərə gəlmir, mötədil dindarlarla eyni səfdə ibadət etmək istəmir. Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır. İğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır. Buna misal olaraq, həmin qrupun üzvləri tərəfindən Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etmək yolu ilə ictimai asayişi pozmaları, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələri və analoji hadisənin ötən il Tasua axşamı İmamzadə ziyarətgahında təkrarlanması göstərilə bilər.

Əslində, bu radikal qrupun fəaliyyəti 2015-cı ilin noyabrında Nardaranda terror hadisəsi törədən qeyri-qanuni Müsəlman Birliyi Hərəkatının fəaliyyəti fonunda dəyərləndirilməlidir. Belə ki, məlumatlara görə, həmin terror hadisəsi ilə əlaqədar Gəncə şəhərində 11 nəfər barədə cinayət işi qaldırılıb, onlardan beş nəfəri həbs olunub. Bununla yanaşı, Gəncədəki sözügedən ekstremist dini qrupun üzvləri arasında Müsəlman Birliyi Hərəkatının ifrat ideyalarına bağlılıq və liderlərinə rəğbət hissi 2018-ci il iyulun 3-də Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsddə də özünü göstərdi. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında göstərildiyi kimi, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb və onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib.

Məlum olduğu kimi, terror öz tələblərinə nail olmaq məqsədilə qarşı tərəfdə qorxu hissinin yayılmasına yönələn və məqsədyönlü şəkildə həyata keçirilən zorakılıq aktıdır. Lakin Azərbaycanda xaos və hərc-mərcliyin yaranmasında maraqlı olan xaricdəki və daxildəki qüvvələr Y.Səfərovun dövlət nümayəndəsinə qarşı törətdiyi terror əməlini tam başqa ampluada təqdim edərək buna qəhrəmanlıq donu geyindirib öz təxribatçı planlarını həyata keçirmək üçün bir fürsət bildilər. Həmin qüvvələr geniş xalq kütlələrini Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq məqsədilə sosial şəbəkələrdə bu cinayət əməlinə “Yunis hərəkatı”, “Yunis müqaviməti” adları qoydular. Diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdə siyasi sığınacaq almış, özlərini Avropa dəyərlərinin müdafiəçiləri və liberal düşərgənin təmsilçiləri kimi təqdim edən bəzi qruplar, habelə erməni və digər dövlətlərin xüsusi xidmət orqanları ilə işbirliyi quran separatçı dairələr Gəncədəki hadisədən öz maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Onlar bəyan etdikləri demokratik prinsiplərə xilaf çıxaraq radikal dini baxışlarına görə cinayət törətmiş Y.Səfərovun guya pozulmuş hüquqları uğrunda dəstək kampaniyasına start verərək əhalini hakimiyyətə qarşı qaldırmağa çalışdılar. Azərbaycan xalqına öz mənfur separatçı əməlləri ilə yaxşı məlum olan Ələkrəm Hümbətovun Hollandiyada Yunis Səfərovun İctimai Müdafiə Komitəsini yaratması, Ermənistandan yayımlanan separatçı verilişlərin müəllifi Zabil Məhərrəmovun, yaxud özünü Kanada Radikal Hərəkatının rəhbəri kimi təqdim edən Sahib Teymurovun provokasiya mahiyyətli videomüraciətləri bunun əyani sübutudur. Sadalanan faktlar bir daha Qərbdə özlərini “siyasi mühacir” kimi qələmə verənlərin iç üzünü göstərdi. Onlar “məqsədə çatmaq üçün hər vasitə məqbuldur” prinsipi ilə hərəkət edərək Azərbaycan hakimiyyətinin devrilməsi naminə terrorçu ünsürlərlə belə işbirliyi qurmağa hazırdırlar.

Vətəndaşlarımız dövlətimizin sütunlarının yıxılmasına yönələn bütün bu səylərin əsl mahiyyətini siyasi müdrikliklə sezərək birmənalı şəkildə təxribatçı çağırışları rədd etdi. Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Gəncə sakinləri polis zabitlərindən birinin qətlində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımovun tutularaq istintaqa təhvil verilməsində yaxından kömək göstəriblər. Digər qatil isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhv edildi.

Xaricdən idarə olunan ekstremistlərin Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə qarşı törətdikləri bu cinayət, bu terror aktı iqtidar- xalq birliyinin gücü ilə yatırıldı. Onların iqtidar-xalq birliyinin dağıdılmasına, ölkədə vətəndaş qarşıdurmasına yönəlmiş cəhdləri puça çıxdı. Bu, gözlənilən və qanunauyğun bir sonluq idi. Başqa cür ola bilməzdi, çünki müdrik Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində yaşadığı acı təcrübədən, həmçinin müasir dövrdə Yaxın Şərq, Şimali Afrika və dünyanın digər ölkələrində baş verən hərbi münaqişələrdən sabitliyin, əmin-amanlığın əhəmiyyətini yaxşı dərk edir. Azərbaycan xalqının dövlətçiliyimizin müdafiəsinə qalxması bir daha onu sübut etdi ki, o, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasət nəticəsində sabitlik adasına çevrilmiş Azərbaycanı canı və qanı bahasına müdafiə edəcək.

Özlərini din təəssübkeşləri kimi təqdim edən Gəncə hadisələrində iştirak edən ekstremist qüvvələr öz çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə üzləşdilər. Onların dini etiqad azadlığı uğrunda mübarizə apardıqları iddiası gerçəkliyə uyğun deyil.

Azərbaycanda dini etiqad azadlığı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət azərbaycançılığın tərkib hissəsi kimi olaraq cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir. Multikulturalizm siyasəti qeyd olunan müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Multikulturalizm siyasətinin əsas təzahür formalarından biri dünyada mütərəqqi model hesab olunan Azərbaycandakı dövlət-din modelidir.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və ölkəmizin digər normativ hüquqi aktlarına əsaslanır.

Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin (“Bərabərlik hüququ”) 3-cü bəndinə əsasən, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyasının 48-ci maddəsinin (“Vicdan azadlığı”) 1-ci və 2-ci bəndlərində isə qeyd olunub: “Hər kəsin vicdan azadlığı vardır”, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

“Dini etiqad azadlığı haqqında” Qanunun 1-ci maddəsində (“Dini etiqad azadlığı”) qeyd olunub: “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır”.

Azərbaycan Respublikasında dini etiqad azadlığının təmin edilməsi ilə bağ¬lı Prezident İlham Əliyev 2014-cü ilin dekabrında Bakıda Hey¬dər məscidinin açılışında qeyd edib ki, “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümu¬mi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

Beləliklə, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınmış və gələcəkdə də alınacaq. Təəssüf ki, bu pozucu ünsürlərin Gəncədə törətdikləri cinayət əməlləri itkisiz ötüşmədi. Sözügedən hadisələr zamanı qəhrəmancasına şəhid olmuş polis zabitlərinə – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova Uca Yaradandan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə şəfa diləyirik.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  13-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +29
gecə+21 +24