Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eldar İbrahimov: Sarsılmaz vətəndaş həmrəyliyi və milli birlik bütün təxribatların qarşısını alan əsas faktordur

Eldar İbrahimov: Sarsılmaz vətəndaş həmrəyliyi və milli birlik bütün təxribatların qarşısını alan əsas faktordur

12.07.2018 [12:39]

«Müstəqil Azərbaycan bu gün güclü dövlətdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müstəqil dövlətimiz möhkəm təməllər üzərində qurulub və bu gün uğurla inkişaf edir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir və beynəlxalq müstəvidə mövqeləri güclənir. Təbii ki, bütün bunlar müəyyən beynəlxalq dairələr tərəfindən qıcıqla qarşılanır». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sahələrdə yenilənməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu inkişafa sevinənlər olduğu kimi, uğurlarımızı həzm edə bilməyən, bizə xaincəsinə zərbələr vurmağa çalışan qüvvələr də var.
«Gəncədə baş verən hadisələr də Azərbaycanın inkişafını istəməyən qüvvələrin təxribatıdır. Şübhəsiz ki, hüquq mühafizə orqanları qısa müddətdə həmin təxribatçıların hamısını ifşa edib layiqli cəzalarını verəcək. Ölkəmizin suverenliyinin qorunması uğrunda şəhid olan iki polis zabitimizə Allahdan rəhmət diləyirəm. Şəhid polislərimiz iğtişaşlar zamanı ölümü belə gözə alaraq vəzifə borclarını şərəflə yerinə yetirdilər. Ölkəmizdə vətəndaş həmrəyliyi mövcudur. Bu dəfə də pozucu qüvvələrin məkrli niyyəti baş tutmadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi var və xalq Prezidentimizin, dövlətimizin yanındadır. Son hadisələr cəmiyyətimizi daim ayıq-sayıq olmağı, vətəndaş həmrəyliyinin daha da güclənməsini zəruri edir. Məhz bu həmrəylik və birlik bütün təxribatların qarşısını alan əsas faktordur»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 290 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30