Ana səhifə »  Qəzetin pdf formatı »  “Şahdəniz” layihəsinin icrası Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıdır
A+   Yenilə  A-
“Şahdəniz” layihəsinin icrası Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıdır

İndiyədək “Şahdəniz”dən çıxarılan 94 milyard kubmetr qazın 7,3 milyard kubmetri Gürcüstana, 53 milyard kubmetri isə Türkiyəyə göndərilib
Azərbaycanın neft strategiyasının son illər qazandırdığı böyük dividendlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı, məhz nəhəng “Şahdəniz” qaz-kondensat yatağının kəşfi və işlənməsi, eləcə də yeni boru kəmərlərinin inşası ilə ərsəyə gələn “Cənub Qaz Dəhlizi” layihəsini icra etməklə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsinə öz töhfəsini verir. “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıdır. Bəs necə oldu ki “qara qızıl”ın vətəni sayılan Azərbaycan təbii qaz hasilatçısı və ixracatçısı oldu? Tarixə nəzər salaq.

“Şahdəniz” yatağının kəşfi

1996-cı il iyunun 4-də SOCAR xarici tərəfdaşlarla perspektivli “Şahdəniz” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalayır. Həmin ilin oktyabrında Azərbaycan Parlamenti HPBS-i ratifikasiya edir. Bundan 3 il sonra - 1999-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən, ehtiyatları bu günə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barrel kondensatdan ibarət olan nəhəng “Şahdəniz” qaz-kondensat yatağı kəşf olunur.

2001-ci ilin martında Azərbaycan və Türkiyə rəsmiləri Türkiyənin Azərbaycandan qaz almasına imkan yaratmaq üçün Ankarada Hökumətlərarası Saziş və Alqı-Satqı Sazişi imzalayırlar. Həmin il sentyabrın 29-da isə Azərbaycan və Gürcüstanın rəsmi təmsilçiləri təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Hökumətlərarası Saziş və müvafiq müqavilələri imzalayırlar.

2002-ci ilin fevralında həm Azərbaycan Hökuməti, həm də Gürcüstan Hökuməti Şahdəniz üzrə tərəfdaşlarla təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Tranzit Ərazisinə Malik Ölkə Hökuməti ilə Saziş imzalayıb və bununla da mühəndis-konstruktor, tender və kommersiya işlənməsinin yekun mərhələsinə keçid başlanır. 2003-cü ilin fevralında dəniz platformasının və yeni qaz ixrac sisteminin – Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək uzanan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası daxil olan “Şahdəniz-1” layihəsinə sanksiya verilir. Həmin il “İstiqlal” yarımdalma qazma qurğusu “Şahdəniz” yatağında işləmək üçün yola salınır, birinci və ikinci öncəqazma quyusunun qazılmasına başlanılır, “Şahdəniz-1” üzrə müqavilələr bağlanılır, Sinqapurda platformanın inşası üçün “Şahdəniz” layihəsinin ilk polad lövhəsi kəsilir və Səngəçal terminalında “Şahdəniz” üçün inşaat işlərinə başlanır.

2004-cü ilin əvvəlində CQBK-nin birinci borusu Azərbaycana daxil olur, üçüncü öncəqazma quyusunun qazılmasına başlanılır. İlin ortalarında “Şahdəniz Alfa” platformasının gövdəsi Sinqapurdan yola salınır və bu platforma üçün qazma avadanlığı dəsti Azərbaycana gətirilir. Həmçinin həmin ilin sonlarında Azərbaycanda CQBK-nin inşasına başlanılır və “Şahdəniz Alfa” platformasının gövdəsi Azərbaycana gətirilir.

2005-ci ildə “Şahdəniz-1” layihəsi üzrə sualtı boru kəmərinin inşası başa çatdırılır, “Şahdəniz Alfa” platforması dənizdə quraşdırılır, CQBK-nin istismara verilməsinə və hasilatına başlanılır.

“Şahdəniz” yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir.

Yatağı özünün Şahdəniz üzrə hasilatın pay bölgüsü sazişi tərəfdaşları adından BP şirkəti işlədir. Şahdəniz struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur. “Şahdəniz” layihəsində iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

“Şahdəniz-1” üzrə bu vaxtadək Türkiyəyə 53 milyard kubmetr, Gürcüstana isə 7,3 milyard kubmetr qaz göndərilib

Nəhayət 2006-cı ildə “Şahdəniz-1” üzrə əməliyyatlara başlanılır və yataqdan hasilat həyata keçirilir. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilir. 2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. 2007-ci il iyulun 4-də isə ilk “Şahdəniz” qazı Türkiyəyə çatır.

Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

2011-ci ildə “Şahdəniz” yatağında ümumi qaz hasilatı 1 trilyon standart kubfuta çatdırılır. 2012-ci ildə “Şahdəniz-1” çərçivəsində rekord hasilat tempinə - gündəlik 905 milyon standart kubfuta nail olunur. 2014-cü ildə isə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılır.

“Şahdəniz- 1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir.

Cari ilin birinci rübündə yataqdan 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton, yəni təqribən 5 milyon barrel kondensat hasil edilib. İşlənmənin əvvəlindən bu vaxtadək “Şahdəniz” qaz-kondensat yatağından 94 milyard kubmetr təbii qaz və 25 milyon tonadək kondensat çıxarılıb. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 7,3 milyard kubmetr, Türkiyəyə isə 53 milyard kubmetr qaz verilib. Təkcə bu ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 2,1 milyard kubmetr qaz göndərilib.

Bu ilin ilk rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat xərcləri və təqribən 415 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün “BTC” şirkətinə qaz çatdırılması davam edib.

“Şahdəniz-2” qazı TANAP-la Türkiyə nəql edilir

“Şahdəniz-2” layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilib və Türkiyəyə kommersiya məqsədilə ilk təbii qazın nəqli planlaşdırıldığı kimi bu il iyunun 30-da başlayıb.

“Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 milyard kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 min barrel kondensat həcminə çatdırılacaq.

2010-cu il iyunun 7-də Azərbaycan və Türkiyə hökumətləri “Şahdəniz-2” layihəsi üzrə Anlaşma Memorandumu imzalayır. 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanır. 2012-ci il iyunun 26-da Azərbaycan və Türkiyə hökumətləri yeni Trans-Anadolu (TANAP) boru kəmərinin inşasına dair hökumətlərarası saziş imzalayır. 2013-cü ilin sentyabrda Şahdəniz konsorsiumu Avropa alıcıları ilə qazın satışı üzrə sazişlər bağlayır və dekabrda isə “Şahdəniz” yekun investisiya qərarı elan edilir.

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanda, Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrastrukturudur. Layihə “Şahdəniz” qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsini (CQBKG) də əhatə edir.

28 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 kilometr sualtı boru kəməri və körpü ilə birləşdirilmiş 2 platforma daxildir. Qaz quru ilə 85 kilometrlik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Səngəçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa olunub.

“Şahdəniz-2” çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3 min 500 kilometrlik boru kəməri zənciri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini – Azərbaycanda 428 kilometr üzrə 48 düymlük, Gürcüstanda 59 kilometr üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 kilometr üzrə 56 düymlük, 476 kilometr üzrə 48 düymlük və 34 kilometr üzrə 36 düymlük TANAP və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 kilometr üzrə 48 düymlük “Trans-Adriatik” boru kəmərini (TAP) əhatə edir.

Rövnəq Abdullayev: “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb

“TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”, - deyə SOCAR-ın prezidenti bildirib.

BP-nin regional prezidenti: 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcəyik

“2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqli bizim layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regional hökumətlər və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksəkkeyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik”, - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib.

Növbəti hədəf - “Şahdəniz-3”

2010-cu il noyabrın 11-də BP şirkəti, SOCAR və Şahdəniz üzrə tərəfdaşlar “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 2031-ci ildən 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayırlar. Bu da onu deməyə əsas verir ki, qarşıdakı illərdə “Şahdəniz”in yeni mərhələsinin işlənməsi perspektivləri var. SOCAR “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin üçüncü mərhələsini nəzərdən keçirir. 2025-ci ilədək “Şahdəniz-3” üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir. “Şahdəniz-3” çərçivəsində ilkin olaraq ildə təxminən 5 milyard kubmetr qaz hasil edilməsi gözlənilir.

Ekspertlərin qənaətinə görə, “Şahdəniz-3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur.

Hazırda Azərbaycanın 2,5 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən təbii qaz ehtiyatı var. Ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatı isə 3,4 trilyon kubmetrdir.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  11-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub
15:26
15 Noyabr
“Ölkəmizi tanıyaq”: Məktəblilər Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar
15:23
15 Noyabr
Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb
15:17
15 Noyabr
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
15:07
15 Noyabr
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
14:43
15 Noyabr
Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
14:25
15 Noyabr
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13:52
15 Noyabr
Bişkekdə MDB-nin iştirakçısı olan dövlətlərin sərhədlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparılıb
13:46
15 Noyabr
Los Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13:36
15 Noyabr
AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
12:39
15 Noyabr
Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb
12:34
15 Noyabr
Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib
12:30
15 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir
12:17
15 Noyabr
Alim Quliyev: İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq
12:10
15 Noyabr
Bakı Ali Neft Məktəbi və “British Council” təşkilatı əməkdaşlığı genişləndirir
12:04
15 Noyabr
Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
12:01
15 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
11:45
15 Noyabr
Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun
11:38
15 Noyabr
Hikmət Babaoğlu: “Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir”
11:17
15 Noyabr
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
11:13
15 Noyabr
Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib
11:08
15 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
11:02
15 Noyabr
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları ilə təmin olunması istiqamətində layihələr həyata keçirib
10:58
15 Noyabr
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
10:41
15 Noyabr
Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib
10:32
15 Noyabr
15 noyabr – Dünya Fəlsəfə Günüdür
10:24
15 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:21
15 Noyabr
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir
10:16
15 Noyabr
Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilir
19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9