Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sədaqət Vəliyeva: Sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil

Sədaqət Vəliyeva: Sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil

11.07.2018 [15:34]

"Anti-Azərbaycan qüvvələrinin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur. Çünki, Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir. Biz bunu Gəncə hadisələri zamanı da gördük". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Gəncədəki təxribat xarakterli hadisələrin nəticəsində həm radikal müxalifət, həm radikal dindarlar, həm də onların havadarları bir daha Azərbaycan xalqının iqtidarına olan etimadını, dəstəyini, eyni zamanda, ölkənin ictimai sabitliyini, insanların təhlükəsizliyini təmin edən polisimizin şücaətini, qətiyyətini gördü: "Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Elə Gəncə əhalisi də 1993-cü ildə anti-milli ünsürlərin fəaliyyəti nəticəsində küçə döyüşlərinin, silahlı hücumların, vətəndaş müharibəsinin şahid olublar".
"Gəncədə də təxribat törətməyə çalışan bir qrup anti-milli ünsürə insanların dəstək verməməsi, onları etdikləri hərəkətlərə görə qınaması isbatladı ki, gəncəlilər Heydər Əliyev siyasətinə sadiqdirlər, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər" – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Gəncə daim vətənpərvər insanların yurdu olub. Bu səbəbdən də, düşünürəm ki, daim dövlətlə və dövlətçiliklə birgə olan Gəncə sakinləri bu proseslərdən də qətiyyətlə çıxacaq, sabitliyi pozamağa çalışan qüvvələrə yox deyəcək və bununla da anti-Azərbaycan qüvvələrinin cəhdləri nəticəsiz qalacaq.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31