Ana səhifə »  Qəzetin pdf formatı »  Dünya Bankı Qrupu Azərbaycanda nağdsız ödənişləri dəstəkləyəcək layihəyə Naxçıvan Muxtar Respublikasından başlayacaq
A+   Yenilə  A-
Dünya Bankı Qrupu Azərbaycanda nağdsız ödənişləri dəstəkləyəcək layihəyə Naxçıvan Muxtar Respublikasından başlayacaq

Beynəlxalq Maliyyə Korporasiyası və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən layihə ilə yaradılacaq yeni nağdsız ödəniş infrastrukturu sakinlərə mobil telefonlardan istifadə edərək maliyyə əməliyyatları, o cümlədən faktura ödənişlərini və pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Belə imkanların mövcud olması qloballaşan dünyaya inteqrasiya üçün xüsusilə önəmlidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Naxçıvan Muxtar Respublikasında elektron və rəqəmsal maliyyə xidmətləri pilot layihəsi”nə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, müasir iqtisadi inkişafın mühüm tələblərindən biri elektron ödənişlərin həcminin daha da artırılması və nağdsız hesablaşmaların miqyasının genişləndirilməsidir. Çünki nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirməklə bu sahədə çevik idarəetmənin həyata keçirilməsinə və şəffaflığa imkan yaradır. Bu baxımdan muxtar respublikada əhaliyə müasir səviyyəli keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi həyata keçirilən prioritet tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası uğurla davam etdirilir.

Səbuhi Məmmədov qeyd edib ki, haqqında bəhs olunan layihə muxtar respublikada nağdsız və rəqəmsal ödənişləri gücləndirmək səylərinin bir hissəsi olaraq maliyyə sektorunun inkişafını sürətləndirməklə yanaşı, əhalinin rahatlığının təmin olunmasına da öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, hazırda muxtar respublika informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində yeni inkişaf mərhələsini yaşayır. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulub, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənib. Muxtar respublika üzrə fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1570 kilometrə yaxındır. Bu da diyarımızda rabitə əlaqələrinin kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir.

Nazir qeyd edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində də əhaliyə müasir poçt xidmətləri təqdim edir. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə baş meneceri Yesper Kyaer bildirib ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın hər bir bölgəsində yaşayan insanlar üçün maliyyə xidmətlərini əlçatan etməkdir. Birgə səylərimiz Naxçıvan sakinlərinə ödənişləri daha rahat həyata keçirmək üçün şərait yaratmaq və nəticədə maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaq məqsədi daşıyır. Həyata keçiriləcək layihəyə yerli hökumətin dəstəyi bu sahədə işlərin keyfiyyətlə və vaxtında icra olunacağına böyük ümidlər yaradır.

Naxçıvana ikinci dəfə səfər etdiyini deyən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz üzrə direktor müavini Simana Haeberi bildirib ki, bundan əvvəl təmsil olunduğu qurum Naxçıvan Muxtar Respublikasında tarixi kəhrizlərin bərpa olunmasında da uğurla iştirak edib.

Sonra Naxçıvan Muxtar Respublikasında nağdsız zona yaradılması üzrə pilot layihənin icrasına dair Beynəlxalq Maliyyə Korporasiyası və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən icra olunan “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə nağdsız ödənişlər üzrə müvafiq təlimatlar işləniləcək. Layihə muxtar respublikada mobil ödənişlər üçün şərait yaratmaq məqsədilə məlumat emalı mərkəzlərini və mobil operatorları cəlb edərək nağdsız ödənişlər sahəsində Azərbaycanı regionun lider ölkəsinə çevirəcək.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  11-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5