Ana səhifə »  Qəzetin pdf formatı »  Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
A+   Yenilə  A-
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır

Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi qeyd olunub
İyunun 22-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi barədə sərəncamlarının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, bu mühüm sənədlər həmin dövrdəki tarixi hadisələrin, o cümlədən hərb tariximizin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və öyrədilməsi baxımından böyük önəm daşıyır.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışan Tofiq Ağahüseynov deyib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən, 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradıldı. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi, ordumuz Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı.

T.Ağahüseynov əlamətdar yubiley münasibətlə tədbir iştirakçılarını təbrik edib və hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinə yeni qələbələr arzulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də nümayiş etdiriblər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq bəşəriyyəti faşizm taunundan xilas edib. 124 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə azərbaycanlı orden və medallara layiq görülüb.

Vurğulanıb ki, hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin təşkilinə nail olub. Ulu Öndər azərbaycanlı gənclərin SSRİ-nin ixtisaslaşdırılmış hərbi məktəblərində təhsil almasına da çalışırdı. O dövrdə ali hərbi məktəbləri bitirmiş zabitlər müstəqilliyin bərpasından sonra müasir Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında müstəsna rol oynadılar. Bu məktəblərin məzunları habelə erməni təcavüzkarlarına qarşı döyüşlərdə mərdliklə vuruşdular.

C.Xəlilov deyib: "Hazırda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müasir və qüdrətli ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalı altındakı ərazilərimizi azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri Silahlı Qüvvələrimizin gücünü, döyüş qabiliyyətini və əzmini aydın nümayiş etdirdi. Biz veteranlar ordumuza inanırıq və həmişə onun yanındayıq".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin və milli ordumuzun yaradılmasının 100 illiyi münasibətilə təbrik edib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub. Bunlardan biri də Azərbaycan milli ordusudur.

Milli ordumuzun yaranması tarixindən danışan Ərəstun Mehdiyev deyib: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranlar çətin vəzifə ilə üzləmişdilər. Qarşıda duran dövlət quruculuğu məsələlərini həyata keçirmək üçün əsas dövlət atributlarından biri olan milli ordunun mövcudluğu çox böyük əhəmiyyət kəsb edirdi. Lakin o dövrdə yenicə yaranmaqda olan, qeyri-sabit ictimai-siyasi mühitdə formalaşan dövlətin bu vəzifəni həll etməsi çox çətin idi. Bunu çətinləşdirən əsas amillərdən biri də o idi ki, ordu quruculuğu sahəsində fəaliyyət göstərəcək ixtisaslı kadrlar çatışmırdı”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə vaxtilə çar Rusiyasının görkəmli sərkərdələrindən biri olmuş Əliağa Şıxlinskinin rəhbərik etdiyi korpus əsasında Əlahiddə Azərbaycan korpusu yaradıldı. Dövrün çətinliklərinə baxmayaraq, ordu quruculuğu sahəsində aparılan ardıcıl tədbirlər Azərbaycan ordusunun Cümhuriyyətin qarşısında duran əsas vəzifələrin həlli proseslərinə cəlb olunmasına və çox böyük işlər görməsinə imkan yaratdı.

“Həmin dövrdə ordunun inkişaf etməsi və qarşıdan duran vəzifələrin həlli üçün çox böyük səylər göstərilirdi. Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, ordu quruculuğu prosesində bir çox nailiyyətlər əldə olundu. O dövrdə qazanılan ənənələr və hərbi təcrübə sonrakı illərdə də mühüm rol oynadı. Biz məhz bu təcrübədən bəhrələnərək ordu quruculuğu sahəsində böyük vəzifələrin həllinə nail ola bildik”, - deyə Ə.Mehdiyev vurğulayıb.

Prezident Administrasiyasının müdir müavini vaxtilə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı hərbi məktəblərin, o cümlədən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bütün bunlar dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə milli ordunun formalaşmasında önəmli rol oynadı. Bu gün Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən hazırlıqlı orduları səviyyəsinə yüksəlib. Dövlətimizin və xalqımızın birgə səyləri ilə yaradılmış bu güclü ordu qarşımızda duran əsas vəzifənin həllinə - torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.

Son dövrdə Azərbaycan ordusunda çox böyük dəyişikliklər baş verdiyini diqqət çatdıran Ə.Mehdiyev deyib: “Azərbaycan əsgərinin gücünü aprel döyüşləri də aydın şəkildə göstərdi. Biz böyük qürur duyuruq ki, bugünkü Azərbaycan gənci ordu sıralarında xidmətə çox böyük həvəslə gedir, Vətəni və xalqı qarşısında vəzifəsini şərəflə yerinə yetirir.

Son günlər Naxçıvanda keçirilən əməliyyat bir daha təsdiqlədi ki, Azərbaycan əsgəri istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadirdir”.

Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, veteranlardan general-mayor Vladimir Timoşenko və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli tarixi yoldan, Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən, ordumuzun sön dövrlərdə qazandığı uğurlardan, veteranların ordumuzun formalaşmasında verdiyi töhfələrdən danışıblar.

 
  • Oxunub:  3090  |  
  • Tarix:  22-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

26 Aprel 15:41
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib
26 Aprel 15:38
Formula 2: sıralanma turuna start verilib
26 Aprel 15:30
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
26 Aprel 15:19
Türkiyənin CNN Türk kanalı Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri haqqında reportaj yayımlayıb
26 Aprel 15:17
Paytaxtın inkişafı mərkəzdən kənarlara doğru irəliləyir
26 Aprel 15:15
Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edib
26 Aprel 15:03
Rauf Əliyev: İşğalçı ölkə çox yaxşı başa düşür ki Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir
26 Aprel 14:51
Azərbaycan-Türkiyə İstehsalat Birliyinın “Belarus” markalı traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq
26 Aprel 14:50
“Vüqar Həşimov” şahmat klubu təsis edilib
26 Aprel 14:46
İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda iştirak edib
26 Aprel 14:42
DİA-da “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
26 Aprel 14:28
Nazir İnam Kərimov: Subsidiyaların ödənilməsi gələn ildən elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək
26 Aprel 14:26
Bakıda Formula 1 pilotlarının ilk avtoqraf sessiyası təşkil olunub
26 Aprel 14:17
Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçiriləcək
26 Aprel 14:14
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub
26 Aprel 14:10
Nazir müavini: Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır
26 Aprel 13:35
Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb
26 Aprel 13:17
Elman Rüstəmov: Azərbaycanda dövriyyədə 213 milyon pul nişanı var
26 Aprel 13:11
Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik
26 Aprel 13:04
DİA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün ixtisasartırma kursu təşkil edilib
26 Aprel 13:00
Cəbhəboyu zonada tikintisi davam etdirilən hərbi obyektlərdə inşaat işlərinin gedişi yoxlanılıb
26 Aprel 12:52
Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında görülən işlər müzakirə olunub
26 Aprel 12:49
Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir
26 Aprel 12:40
Azərbaycanda qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək
26 Aprel 12:24
Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar
26 Aprel 12:16
Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb
26 Aprel 12:13
Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib
26 Aprel 12:07
"Anti-Azərbaycan qüvvələr ölkəmizin nüfuzuna xələl gətirə bilməz"
26 Aprel 11:55
“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda konfrans panel iclaslarla davam edib
26 Aprel 11:38
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
26 Aprel 11:31
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb
26 Aprel 11:26
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb
26 Aprel 11:19
Naxçıvan Dövlət Universitetində startap layihələrin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib
26 Aprel 11:13
Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib
26 Aprel 10:35
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir
26 Aprel 10:32
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
26 Aprel 10:28
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir
26 Aprel 10:23
Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq
26 Aprel 10:17
Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
26 Aprel 10:16
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub
26 Aprel 10:14
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb
26 Aprel 10:12
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
26 Aprel 10:11
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir
26 Aprel 10:07
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
26 Aprel 09:53
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır
26 Aprel 09:50
Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
26 Aprel 09:48
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:44
“Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”
26 Aprel 09:43
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:40
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünü qeyd edib
26 Aprel 09:38
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
26 Aprel 09:36
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
26 Aprel 09:33
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
26 Aprel 09:32
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
26 Aprel 09:30
Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12