Ana səhifə »  Qəzetin pdf formatı »  Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
A+   Yenilə  A-
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi qeyd olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov yubiley münasibətilə Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

Nazir vurğulayıb ki, bu gün 100 yaşını qeyd etdiyimiz Milli Ordumuzun yaradılması, formalaşması və döyüşlərdə bərkiməsi hələ keçən əsrin əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.

Tarixi ənənələrin, varislik prinsiplərinin yaşadılması baxımından ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixi ilk ordu hissəsi Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu gün əsas tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir.

“Qeyd etdiyimiz bayram təkcə hərbçilərin deyil, ümumilikdə bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Ordumuz bu yubileyi konkret uğurlar, qələbələr və böyük yeniliklərlə qarşılayır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir”, - deyə Azərbaycanın müdafiə naziri qeyd edib.

General-polkovnik Zakir Həsənov vurğulayıb ki, islahatların kompleks şəkildə həyata keçirilməsi Ordumuzun aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə şərait yaradıb. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar ölkəmizin bütün sahələrdə inkişafına təkan verdiyi kimi, hərbi büdcəmizin də qısa müddətdə dəfələrlə artmasına imkan yaradıb: “Fəaliyyətimizi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Silahlı Qüvvələrin Ali Baş Komandanının fərman və sərəncamları, habelə digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçiririk. Əməliyyat və döyüş hazırlığı tədbirləri, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, kadrların hazırlanması, maddi-texniki təminat məsələləri və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər planlı şəkildə davam etdirilir”.

Qeyd edilib ki, 2018-ci il orduda komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarəedilməsi üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi ili elan olunub.

Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir.

Ərazinin real şəraiti nəzərə alınmaqla qoşunların müasir döyüşün aparılması tələblərinə cavab verən qüvvə və vasitələrlə hərtərəfli təmin olunması məqsədilə əsas tədbirlər həyata keçirilir. Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə onların hazırlıq səviyyəsi planlı şəkildə və müxtəlif vaxtlarda qəfil yoxlamalarla hərtərəfli təftiş edilir.

Müdafiənin ön xəttində bütün istiqamətlər üzrə zəruri fortifikasiya işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb. Görülən bu işlər şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi imkanlarını xeyli dərəcədə artırıb.

Çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə, o cümlədən kolonların maneəsiz və təhlükəsiz hərəkəti üçün yolların çəkilişi davam etdirilib, müasir tələblərə cavab verən rabitə və digər kommunikasiya vasitələri quraşdırılıb və yenilənib. Bu fəaliyyətlər əməliyyat şəraiti nəzərə alınmaqla bu gün də davam etdirilir.

Eyni zamanda, bölmələrin döyüş qabiliyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə onların təşkilat-ştat strukturu optimallaşdırılıb. Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb, lazım olan bütün tədbirlər həyata keçirilib. Azərbaycan Ordusunun inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını və digər sahələri əhatə edib.

Nazir bildirib ki, ordunun inkişafını müəyyən edən əsas amillərdən biri də şəxsi heyətin 80 faizinin müqavilə əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi olub. Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların təyin edilməsi Ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən azad olunmasını təmin etmək məqsədilə yardımçı təminat sahələrinə 21 min nəfərədək mülki işçi qəbul edilib. Bu, döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardandır.

Hazırlıq planına əsasən qoşun növlərinin, qərargahların, komandir-rəis heyətinin və şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığının yüksəldilməsi, döyüş və xüsusi texnikanın bacarıqla tətbiqi, bölmələrin uyarlığının təmin edilməsi məqsədilə hər il müxtəlif ümumqoşun poliqonlarında, təlim mərkəzlərində irimiqyaslı strateji, əməliyyat-strateji, əməliyyat-taktiki, taktiki, xüsusi taktiki, komanda-qərargah təlimləri və komanda-qərargah hərbi oyunları keçirilir.

Əməliyyat və döyüş hazırlığının təşkili və keçirilməsində əsas diqqət müasir müharibə və lokal silahlı münaqişələrdə tətbiq olunan müsbət döyüş təcrübəsinin öyrənilməsinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Təkcə 2017-ci il ərzində qoşunların hazırlıq planına uyğun olaraq ümumilikdə 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib.

Keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib.

Qeyd olunub ki, cari ilin martında Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrin iştirakı ilə cəbhə bölgəsində yerləşən müxtəlif poliqonlarda genişmiqyaslı döyüş atışlı təlimlər keçirilib. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, ordu və cəbhə aviasiyasının 50-dək müxtəlif təyinatlı təyyarə və helikopterləri iştirak edib.

Döyüş şəraitinin modelləşdirilməsi və real atışların icrası ilə keçirilən təlimlərdə məqsəd idarəetmə orqanları və qoşunların öz peşəkarlıqlarını və döyüş bacarıqlarını nümayiş etdirməsi, gələcək müharibəyə hazırlaşması olub.

İl ərzində ikitərəfli əməkdaşlıq planları və “Sülh Naminə Tərəfdaşlıq” proqramları çərçivəsində, xarici ölkələrdə keçirilmiş 200-dək tədbirdə 1300 nəfərədək, Azərbaycanda keçirilmiş 140-dək tədbirdə isə 2000 nəfərədək hərbi qulluqçumuz və mülki heyət iştirak edib.

Hərbçilərimiz regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli irimiqyaslı təlimlərdə mütəmadi olaraq iştirak edirlər. Ötən il ərzində Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Gürcüstan, İordaniya və digər ölkələrdə təşkil olunan təlimlərdə yüzlərlə hərbi qulluqçumuzun iştirakı təmin edilib.

Cari ilin mayında İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimində və iyun ayında Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan birgə taktiki təlimində də hərbçilərimiz yüksək nəticələr əldə ediblər. Azərbaycan əsgərinin hazırlıq səviyyəsini xarici ölkələrin yüksək rütbəli hərbçiləri, mütəxəssisləri, müstəqil ekspertləri yüksək qiymətləndirir, müxtəlif ölkələrin ordularının reytinqlərini müəyyən edən beynəlxalq araşdırma mərkəzləri isə öz sənədlərində dərc edirlər.

2018-ci il ərzində Almaniya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, İrlandiya, Yunanıstan, Norveç və digər ölkələrdə keçiriləcək müxtəlif təlimlərdə hərbi qulluqçularımız qüvvə qismində və qərargah zabitləri səviyyəsində təmsil olunacaqlar.

General-polkovnik Zakir Həsənov bildirib ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir.

Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.

Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.

Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.

“Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk.

Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir”, - deyə general-polkovnik Zakir Həsənov bildirib.

Nazir vurğulayıb ki, ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər.

Ordunun zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və kadr orqanları tərəfindən həyata keçirilir.

Məzunlara olan yüksək tələblər nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Eyni zamanda, prioritet yüksək biliyə, intellektual səviyyəyə, o cümlədən xarici dilləri bilən və kompüter bacarıqlarına malik abituriyentlərə verilir. Təhsil alan kursantların çöl-səhra vərdişlərinə və taktiki biliklərinə üstünlük verildiyi üçün, onlar elə birinci kursdan cəbhə xəttində yerləşən hərbi hissələrə staj keçməyə göndərilirlər. Məqsəd peşə praktikasının artırılması və gələcək xidməti vəzifələrinin icrası ilə əyani tanışlıqdır.

Hərbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi və ali təhsil müəssisələrində hazırlanan kadrlardan ölkənin müdafiəsində daha səmərəli istifadə olunması məqsədilə müxtəlif universitetlərlə qarşılıqlı əlaqə yaradılaraq əməkdaşlıq həyata keçirilir. Mütəmadi olaraq xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin planlaşdırılmasının, həmçinin tədrisin vəziyyətinin və dərslərin keçirilməsinin yoxlanılması təşkil olunur.

Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə aparılan layihələr əsasında bəzi müdafiə təyinatlı məhsullar sınaqdan keçirilib və hazırda təkmilləşdirmə işləri davam etdirilir.

Şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsinin də Müdafiə Nazirliyi rəhbərliyinin əsas prioritetlərindən olduğunu vurğulayan Zakir Həsənov qeyd edib ki, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri ordunun şəxsi heyətinin və ümumiyyətlə vətəndaşların sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə, özünəinama və vətənpərvərlik hisslərinə hakim olmalarıdır. Bu gün Azərbaycan cəmiyyətində, Ordumuzda məhz belə bir əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız Ordumuza istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. 2016-cı ilin aprel ayında cəbhədə baş verən gərginlik zamanı yüzlərlə, minlərlə gənc, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlı vətəndaşlarımız Müdafiə Nazirliyinə müraciət edərək erməni işğalçılarına qarşı döyüşə hazır olduqlarını bildirdilər. Bu döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə Ordumuzda ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbi qulluqçular arasında təbliğ edilir.

Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, qüdrətlənməsi uğrunda apardığı daxili və xarici siyasət, ordunun qüdrətli bir qüvvəyə çevrilməsi üçün fəaliyyəti, öz xalqına, torpağına məhəbbəti, ərazilərimizin erməni işğalından azad olunması naminə apardığı mübarizə daim təbliğ edilir, Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqlar Ordu rəhbərliyi və şəxsi heyətə çatdırılır.

Müdafiə Nazirliyinin digər dövlət orqanları ilə birgə tədbirlər planına əsasən hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması və aradan qaldırılması, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri, qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması, dini radikalizmə qarşı mübarizə və digər mövzularda yüzlərlə tədbirlər həyata keçirilir.

Prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır. Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə cəbhəboyu zonada 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib, hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır. Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub.

Stasionar və çöl şəraitdə yerləşən hərbi hissələrin, xüsusilə də ön xətdəki bölmələrin hərbi qulluqçularının sosial-məişət, əşya-əmlak və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə planlı surətdə müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş normalara və təminat planına əsasən hərbi hissələr mövsümə uyğun əşya əmlakları ilə tam təmin olunub.

General-polkovnik Zakir Həsənov bildirib ki, relyefinə görə çətin keçilən ərazilər və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilib. İçməli su mənbəyi olmayan yerlərdə yerləşən bölmələr və mövqelər isə, orada xidmət edən və döyüş növbətçiliyi aparan hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litr, qış mövsümündə isə 1 litr qablaşdırılmış su ilə təmin edilib. Eyni zamanda döyüş mövqelərindəki postlara su xətlərinin çəkilməsi həyata keçirilib.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması, xüsusilə ön xətdə yerləşən hərbi hissələrdə tibbi təminatın müasir tələblərə uyğun təşkili və yaxşılaşdırılması sahəsində kompleks tədbirlər icra edilib.

Qarnizonların ərazilərində poliklinikalar inşa edilib, hərbi hissələrdə, o cümlədən cəbhəboyu zonada müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş onlarla tibb məntəqəsi tikilərək istifadəyə verilib.

Cəbhəboyu zonada müxtəlif istiqamətlərdə müasir tibbi avadanlıqla tam təchiz edilmiş və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş stasionar və mobil səhra hospitalları və səhra tibb qrupları yaradılıb. Ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslar ilə təmin olunub.

“Bir sözlə, Ordumuzun hərbi potensialını gücləndirmək üçün nə lazımdırsa Azərbaycan dövləti onu edir. Biz müharibə şəraitində yaşayırıq və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və silahların modernləşdirilməsi üçün 2014-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da dövlətimizin dəstəyi ilə bu addımlar davam etdiriləcək.

Məhz bu səbəbdən bu gün tam əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir.

Bu əlamətdar bayramda mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, ölkəmizin xarici dövlətlərdəki nümayəndəliklərində xidmət edən şəxsi heyəti təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətlərində uğurlar arzulayıram.

Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Ali Baş Komandanın gərgin əməyi və davamlı qayğısı dayanır. Bu münasibəti daim öz üzərində hiss edən Azərbaycan Ordusunun şəxsi heyəti və öz adımdan cənab Ali Baş Komandanı yubiley münasibətilə təbrik edirəm.

Əmin edirəm ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daim doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsinə tam hazırdır. Qələbə əzmi ilə xidmət edən Ordumuz xalqımızı gələcəkdə də əldə edilən uğurlar və nailiyyətləri ilə daim sevindirəcək”, - deyə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

 
  • Oxunub:  3090  |  
  • Tarix:  22-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

25 Aprel 09:48
Akademik Zərifə Əliyeva Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biridir
25 Aprel 09:46
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk təqdimatını BDU-da keçirib
25 Aprel 09:44
Tərtərdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
25 Aprel 09:40
Nazir Azad Rəhimov Formula 1 SOCAR Qran-Prisi ərəfəsində jurnalistlərlə görüşüb
25 Aprel 09:38
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə görüş keçirilib
25 Aprel 09:36
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
25 Aprel 09:34
Pərvin Kərimzadə: Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir
25 Aprel 09:31
Mario İzola: Bakı şəhər halqası Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir
25 Aprel 09:28
Məşhur britaniyalı müğənni Cessi Cey Formula 1 SOCAR Azərbaycan Qran-Prisində çıxış edəcək
25 Aprel 09:24
Əbu-Dabidə İƏT festivalında AZƏRTAC-ın fotoşəkilləri nümayiş etdirilir
25 Aprel 09:22
Azərbaycanın regionlarında turizmin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür
24 Aprel 17:56
Əli Kərimlinın adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur
24 Aprel 15:28
Vyetnamda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
24 Aprel 15:27
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
24 Aprel 15:26
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
24 Aprel 15:17
Azərbaycanla Səudiyyə Ərəbistanının investisiya sahəsində əlaqələrinin genişləndirilməsi müzakirə olunub
24 Aprel 15:05
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq
24 Aprel 15:03
Fuad Muradov: Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin ölkəmizə qarşı kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi
24 Aprel 14:19
Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
24 Aprel 14:14
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
24 Aprel 14:09
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq
24 Aprel 13:45
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
24 Aprel 13:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
24 Aprel 13:35
Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 Aprel 13:25
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
24 Aprel 13:19
Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb
24 Aprel 13:09
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
24 Aprel 12:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
24 Aprel 12:53
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
24 Aprel 12:44
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
24 Aprel 12:39
VII Muğam Televiziya Müsabiqəsi davam edir
24 Aprel 12:36
Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir
24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +19
gecə+7 +9