Ana səhifə »  Qəzetin pdf formatı »  TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
A+   Yenilə  A-
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti

Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq layihələrin təşəbbüskarıdır. Onların sırasında TANAP ayrıca yer tutur. Çünki bu layihədən öncə gözlər "Nabucco" adlanan enerji layihəsinə dikilmişdi. Ancaq Qərb ölkələrinin günahı ucbatından "Nabucco"dan imtina edildi. O zaman Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyədə yeni layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İki qardaş ölkə rəhbərliyi TANAP adlanan layihəni hazırlamaq qərarına gəldilər. O zaman buna qarşı da inamsızlıq yaratmağa və onun qeyri-real olduğu fikrini aşılamağa çalışanlar tapıldı. Lakin Azərbaycan və Türkiyə liderlərinin siyasi qətiyyəti nəticəsində proses dayanmadı. İyunun 12-də isə Əskişəhərdə TANAP-ın açılış mərasimi baş tutdu! Bu hadisənin geosiyasi və tarixi əhəmiyyəti üzərində dayanmağa böyük ehtiyac duyuruq.

Geosiyasi reallıq və siyasi iradə: Azərbaycan-Türkiyə əməkdaşlığının enerji aspekti

Türkiyənin Əskişəhər şəhəri iyunun 12-də tarixi bir gün yaşadı. Orada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuciç və Şimali Kipr xalqının lideri Mustafa Akıncı Trans-Anadolu qaz boru kəməri layihəsinin açılışını etdilər. Təntənəli mərasimdə çıxış edən ölkə rəhbərləri bu layihənin geosiyasi, iqtisadi və mədəni töhfələrindən bəhs etdilər. Ekspertlərin marağına səbəb olan açılış mərasimində ifadə edilən fikirlər söhbətin kifayət qədər ciddi bir prosesdən getdiyini təsdiq edir.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi və geosiyasi əhəmiyyətli bir sıra maraqlı məqamları vurğulayıb (AZƏRTAC, 13 iyun 2018" target="_blank">bax: Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür / AZƏRTAC, 13 iyun 2018).

Öncə Azərbaycan Prezidenti Türkiyənin dünyada oynadığı geosiyasi rolu vurğulayıb. Bakı Ankaranın hər bir uğuruna sevinir. Hazırda Türkiyə dünya çapında böyük gücə çevrilib və "dünya gündəliyini müəyyən edən" ölkələrdən biridir. "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir" (bax: əvvəlki mənbəyə). İlham Əliyevin Türkiyənin qlobal geosiyasi nüfuzunun artmasını ifadə etməsi əhəmiyyətli məqamdır.

Bu, ilk növbədə, Türkiyənin dünyada söz sahibi olan ölkələr sırasına daxil olmasının Azərbaycanı çox məmnun etdiyini ifadə edir. Yalnız ona görə yox ki, Türkiyə Azərbaycana qardaş dövlətdir. Burada daha çox Türkiyənin qarşılıqlı faydalı əməkdaşlıq kursu yeridən ölkə kimi uğur qazana bilməsi önə çəkilir. Başqalarına əzələ nümayiş etdirib və ya hədə gəlib nəyəsə nail olmaq yolunun sonu puçdur. O, bütövlükdə bəşəriyyəti faciəyə aparır. Bu səbəbdən həmin kursu seçən ölkələrin uğuru davamlı ola bilməz.

Türkiyə isə öz ədaləti və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə dünya miqyasında nüfuzunu yüksəldən dövlətdir. Və buna Azərbaycan çox sevinir, çünki Azərbaycan da bərabərhüquqlu, faydalı əməkdaşlığa dayanan inkişaf kursu seçib. Bu mənada "Türkiyənin gücü bizim gücümüzdür" və "bizim gücümüz birliyimizdədir". Əlbəttə, qarşılıqlı faydalı əməkdaşlığı inkişafın əsas punktu hesab edən ölkələrin birləşməsi gərəkdir. Bu, bəşəriyyəti ədalətsiz ikili standartlar siyasətindən xilas edə və insanlara rifah gətirə bilər.

Deməli, Azərbaycan Prezidenti məsələyə çox geniş və əhəmiyyətli bir mövqedən yanaşır. İlham Əliyev uzaqgörən dövlət xadimi kimi Azərbaycan-Türkiyə əlaqələrini dövlətçilik prizmasından qlobal gerçəkliklər kontekstində qiymətləndirir. Burada rasional və ədalətli yanaşma özünü göstərir. Azərbaycan münasibətləri keçici emosional faktorlar üzərində deyil, ciddi dövlətçi prinsiplər əsasında beynəlxalq hüquqa uyğun qurmaqdadır. Həm də məhz bu səbəbdəndir ki, "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir" (bax: əvvəlki mənbəyə).

Azərbaycanın dövlət başçısının bu geniş geosiyasi baxış bucağı altında TANAP-ı tarixi bir layihə kimi Azərbaycanla Türkiyənin növbəti zəfəri olaraq qiymətləndirməsi çox əhəmiyyətlidir və tam qəbul ediləndir. "Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür" (bax: əvvəlki mənbəyə).

Növbəti mərhələ: yeni layihələrə aparan yol

İlham Əliyevin bu fikirləri işığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışında ifadə etdiyi bir sıra tezisləri daha aydın dərk etmək imkanı yaranır. R.T.Ərdoğan TANAP-ı "Enerjinin İpək yolu" adlandırıb (bax: Muhteşem açılış / "Milliyet", 13 iyun 2018). Sözlərinə davam edərək Türkiyə dövlət başçısı, bunun Azərbaycanla Türkiyənin enerjini savaş yaradan amil kimi deyil, əməkdaşlıq, inkişaf, xalqların rifahına xidmət etmək imkanı olaraq görməsi nəticəsində həyata keçdiyini ayrıca vurğulayıb.

Həmin tezisdən çıxış edən R.T.Ərdoğan TANAP-ın yeni-yeni böyük layihələrin reallaşmasına təkan verəcəyini ifadə edib (bax: əvvəlki mənbəyə). Deməli, iki qardaş ölkə başladıqları bu faydalı əməkdaşlıq kursunu nümunə kimi daha geniş miqyasda tətbiq etməkdə qərarlıdırlar. Bunu bütövlükdə bəşəriyyətin sabitliyi və rifahı naminə etməkdə israrlıdırlar. Təsadüfi deyil ki, həm Türkiyə, həm də Azərbaycanın dövlət başçıları TANAP-ın regional əhəmiyyətini, çoxlu sayda xalqlara verəcəyi töhfəni mütləq şəkildə vurğulayıblar.

Azərbaycan və Türkiyə liderləri TANAP-ın həyata keçməsində qətiyyətli siyasi iradənin oynadığı böyük rolu vurğulayıblar. İki strateji tərəfdaş dövlətin rəhbərlərinin nümayiş etdirdikləri yüksək siyasi iradə bu layihəyə mane olmağa çalışanların yaratdıqları əngəlləri uğurla aradan qaldırıb. R.T.Ərdoğan bununla bağlı Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. Azərbaycan Prezidenti də öz çıxışında R.T.Ərdoğanın yüksək xidmətlərini ayrıca vurğulayıb.

TANAP bütövlükdə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində konkret əhəmiyyət kəsb edir. "Cənub Qaz Dəhlizi" dörd elementdən ibarətdir: birincisi, "Şahdəniz-2" yatağı, ikincisi, Cənubi Qafqaz boru xətti, üçüncüsü, TANAP və dördüncüsü – TAP. Trans-Adriatik (TAP) qaz boru kəməri Türkiyə-Yunanıstan arasında inşa edilən boru xəttidir və onun 82 faizi artıq hazırdır. Bununla da Xəzərdən başlayan yol Avropaya qədər uzanır. Azərbaycan nefti, R.T.Ərdoğanın ifadəsi ilə desək, "Xəzər nefti Avropaya nəql edilir”. Bu prosesdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir neçə Avropa ölkəsi də iştirak edir. Açılış mərasimində isə Serbiya və Ukraynanın dövlət başçıları iştirak ediblər. Ukrayna Prezidenti Petro Poroşenko bu layihədən faydalanmaq istədiklərini ifadə edib. O, həm də bu kimi layihələrin bütövlükdə Avropanı enerji asılılığından xilas etdiyini söyləyib.

Bütün bunların fonunda TANAP-ın Avropa üçün oynadığı geosiyasi rol əhəmiyyətli görünür. Hər şeydən əvvəl, TANAP Avropanın enerji ilə təchizatını şaxələndirir. Müxtəlif qaynaqlardan alınan enerji riskli situasiyaların sayını azaldır. Bu mənada TANAP Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayır.

Bundan başqa, TANAP Avropa ilə Asiya arasında səmərəli əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirir. Onun verəcəyi töhfələr mütləq daha geniş miqyasda analoji əməkdaşlıq variantlarının işlənməsi zərurətini dünyaya sübut edəcək. Bu baxımdan TANAP həm də qlobal əməkdaşlıq üçün yeni bir motivasiyadır.

Nəhayət, ekspertlərə görə, TANAP daha çox sayda Avropa ölkəsini bu layihəyə qoşulmağa təhrik edir. TANAP-ın ilk mərhələdə nəql gücü 16 milyard kubmetr qazdırsa, üçüncü mərhələdə o, 31 milyard kubmetr səviyyəsinə çıxa bilər. Bu da bir layihə üçün geniş imkanlar deməkdir. Əgər Mərkəzi Asiyadan gələ biləcək enerji nəqli TANAP-a qoşulsa, daha güclü bir beynəlxalq layihə alınar. Bu da sözün əsl mənasında dünyanın enerji xəritəsində əsaslı dəyişiklik deməkdir. Dünya enerji nəqlinin diversifikasiyası nəticəsində xeyli təhlükəsiz enerji modelinə sahib olacaq.

Vurğulanan fikirlərin işığında Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışında ifadə etdiyi aşağıdakı tezislər son dərəcə qiymətlidir: "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. "Cənub Qaz Dəhlizi"nin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. "Cənub Qaz Dəhlizi" həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir" (bax: Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür / AZƏRTAC, 13 iyun 2018). Deməli, TANAP bir prosesin sonudursa, digərinin başlanğıcıdır. Azərbaycan-Türkiyə əməkdaşlığının əsl mahiyyəti də bundan ibarətdir!

Newtimes.az

 
  • Oxunub:  1590  |  
  • Tarix:  14-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır

11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
10:56
20 İyul
Hikmət Hacıyev: Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır
10:55
20 İyul
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
10:50
20 İyul
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
10:37
20 İyul
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:20
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub
18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib
15:13
19 İyul
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb
15:09
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub
14:58
19 İyul
İordaniya Şahzadəsi Cocuq Mərcanlıya səfər edib
14:53
19 İyul
Qubada keçirilən humanitar aksiyada 200-dən çox donor könüllü qan verib
14:47
19 İyul
143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
14:41
19 İyul
Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb
14:38
19 İyul
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır
14:23
19 İyul
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 44 faizinin icrası tamamlanıb
14:19
19 İyul
Daşkəsənin kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb
14:02
19 İyul
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İmişlidə vətəndaşları qəbul edib
12:49
19 İyul
“Kodeks Alimentarius”un cari sessiyasında ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib
12:22
19 İyul
DMX rəisi: Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb
12:07
19 İyul
Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu
11:48
19 İyul
Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var
11:24
19 İyul
Qida Təhlükəsizliyi Agentliyindən ixracatçı sahibkarlara peşəkar dəstək
11:14
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 90 dəfə pozub
11:09
19 İyul
Ağdaşda cari mövsümdə 33 min 926 ton taxıl istehsal olunub
10:57
19 İyul
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub
10:40
19 İyul
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
10:24
19 İyul
Dövlət İmtahan Mərkəzi abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb
09:58
19 İyul
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub
09:52
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib
17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+24 +27