Ana səhifə »  Qəzetin pdf formatı »  Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir
A+   Yenilə  A-
Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir

Son illər Türkiyə ətrafında baş verən hadisələri, bölgədə cərəyan edən ziddiyyətli geosiyasi prosesləri, regional güc mərkəzlərinin qlobal geoiqtisadi proseslərin, meqaenerji və nəqliyyat layihələrinin istiqamətini dəyişmək cəhdlərini nəzərə alsaq, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışını mühüm hadisə kimi qiymətləndirmək olar.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindən sonra TANAP-ın açılışının keçirilməsinə Azərbaycanla Türkiyənin, təbii ki, Gürcüstan da daxil olmaqla, enerji dəhlizlərinin diversifikasiyası istiqamətində illər öncə başladığı və pozuculuğu dövlət siyasətinə çevirən bəzi ölkələrin skeptik yanaşdığı prosesin növbəti dəfə öz məntiqi nəticəsinə varması və nəticənin bayram edilməsi kimi yanaşmaq daha doğru olar. Region dövlətlərinin iqtisadi gücə çevrilməsinə, müstəqil siyasət yürütməsinə ən müxtəlif ölkələrdən və ən müxtəlif nüfuz müvəkkilləri vasitəsilə mane olmağa çalışan dairələr hələ də bu prosesə qarşı müqavimət göstərməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin söylədiyi kimi, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün oldu. Cənub Qaz Dəhlizi ilə bağlı ilk bəyannamənin imzalandığı 2011-ci ilədək Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edilməsi ilə bağlı çoxsaylı müzakirələr aparılıb, Mərkəzi Asiya da daxil olmaqla daha geniş bir ərazini əhatə edəcəyi bildirilən layihə təşəbbüsləri irəli sürülüb. Azərbaycanın iştirakının nəzərdə tutulduğu və tutulmadığı çoxsaylı ideyalar dilə gətirilib və hətta uzunmüddətli müzakirələrin predmetinə çevrilib. Nəzərə alsaq ki, bütün bu təşəbbüslərin ideya müəllifləri hansısa marginal qruplar, yaxud beynəlxalq arenada hər hansı bir təsir gücünə malik olmayan ölkələr deyil, tarixboyu dünyanın enerji xəritəsini cızan, istiqamətləri və hədəfləri müəyyənləşdirən dövlətlər və transmilli şirkətlər olub, o zaman Azərbaycan və Türkiyənin liderlərinin qətiyyətli mövqeyinin, gərgin əməyinin, siyasi manevr potensialının miqyasını müəyyənləşdirmək mümkündür. Azərbaycan Prezidenti TANAP-ın açılış mərasimindəki çıxışında bu layihənin ərsəyə gəlməsində göstərdiyi fədakarlıq barədə olduqca böyük təvazökarlıqla danışsa da, geridə qalan zaman kəsiyində baş verən tarixi proseslər, qlobal qarşıdurmalar, soyuq enerji və ticarət müharibələri müstəvisində dəyərləndirmələr aparmaq mümkündür.

Ümumi vəziyyətlə bağlı xatırlatma verən ekspert əlavə edib ki, 2002-ci ildən başlayaraq həyata keçirilməsi üçün hazırlıqlarına başlanılan “Nabukko” layihəsi ilə bağlı proses bəzi iştirakçı ölkələrin, eləcə də Avropanı təbii qazla təmin edən ənənəvi ixracatçıların manipulyativ davranışları, çoxsaylı informasiya təxribatları ilə qarşılaşdı. Türkmənistandan Azərbaycana, buradan isə Avropa İttifaqına, ilk növbədə, Avstriya və Almaniyaya çəkilməsi nəzərdə tutulan 3300 kilometrlik “Nabukko” qaz kəmərinin bu səbəbdən də dalana dirəndiyini deyən müsahibimiz bildirib ki, layihənin həyata keçirilməsinə başlanılması ilə bağlı hər dəfə yeni tarix müəyyənləşdirildi. Bu vəziyyət isə şübhəsiz ki, layihənin həyata keçirilməsində maraqlı olan dövlətləri, xüsusilə də Azərbaycanı və Türkiyəni, eləcə də Avropa İttifaqının birqütblü enerji asılılığında olmasını arzulamayan, bunun geoiqtisadi nəticələrini hesablayan dövlətləri qane edə bilməzdi.

Elçin Mirzəbəyli qeyd edib ki, bu vəziyyəti dəyişmək üçün “Nabukko” layihəsində də iştirak edən bəzi ölkələrin çoxsaylı manevrlərinə baxmayaraq, 2009-cu ildə Avropa İttifaqının enerji ixracatçılarının inhisarına son qoyulması məqsədilə “Üçüncü enerji paketi” qəbul edilib. 2011-ci ildə Azərbaycanla Avropa Komissiyası arasında “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı bəyannamə imzalandı. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə Trans-Anadolu qaz boru kəməri gündəmə gəldi və layihənin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyənin liderləri təzyiq və təxribat xarakterli çoxsaylı kampaniyaların qarşısında vahid mövqe, güclü siyasi iradə nümayiş etdirdilər. Avropa İttifaqında ənənəvi qaz ixracatçıları vasitəsilə əsas qazpaylayıcı şəbəkələrə sahiblənmiş, Avropa İttifaqının enerji siyasətində aparıcı mövqelərini itirməklə barışmayan, eləcə də “Nabukko”dan əli üzülən bəzi ölkələr Azərbaycana və Türkiyəyə qarşı ən müxtəlif bəhanələrlə böhtan və qarayaxma kampaniyalarını gücləndirməyə başladıqlarını deyən ekspert vurğulayıb ki, Avropa Parlamentində Azərbaycan və Türkiyə ilə bağlı aparılan çoxsaylı müzakirələri, bu prosesdə Avstriya və Almaniyadan olan deputatların xüsusi fəallıq göstərmələrini xatırlamaq baş verənlərin mahiyyətini dəyərləndirmək üçün yetərlidir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradəsi, qətiyyətli mövqeyi maneələrin dəf edilməsinə, prosesin tez bir zamanda irəli aparılmasına imkan yaratdı. Məhz bu səbəbdən Prezident İlham Əliyev açılış mərasimində TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəri kimi qiymətləndirdi, hər iki ölkənin birlikdə XXI əsrin enerji tarixini yazdıqlarını vurğuladı. Bu, şübhəsiz, belədir. Layihədə iştirak edən və prosesi dəstəkləyən bütün digər ölkələrin və şirkətlərin əməyi də yüksək dəyərləndirilməlidir. Lakin bu tarixi hadisə, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bölgə xalqlarının rifahına, Avropanın enerji təhlükəsizliyinə, sülhə, əmin-amanlığa, sabit və dayanıqlı inkişafa verdikləri ən böyük töhfədir.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  14-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

17:26
10 Dekabr
Eldar İbrahimov: Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxarmaq üçün böyük üstünlüklərə malikdir
17:00
10 Dekabr
Ulu öndər Heydər Əliyev elm və təhsil sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini təmin edib
16:58
10 Dekabr
Dmitri Savelyev: Azərbaycan öz regionunda təhlükəsizliyin qarantıdır
16:53
10 Dekabr
Diasporla İş üzrə Dövlət Komitəsi və Xaricdəki Rumınlarla İş üzrə Nazirlik arasında əməkdaşlığa dair müzakirələr aparılıb
16:50
10 Dekabr
İnam Kərimov: İnnovasiyaların tətbiqi məhsulun maya dəyərini 50 faizədək ucuzlaşdıra bilər
16:27
10 Dekabr
Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idi
16:23
10 Dekabr
Jurnalistlər hər zaman ulu öndər Heydər Əliyevdən atalıq qayğısı, doğmalıq hiss ediblər
16:16
10 Dekabr
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub
15:58
10 Dekabr
Rusiyalı şagirdlər ölkəmizdə informatika üzrə keçiriləcək beynəlxalq olimpiadayaya dəvət olunublar
15:50
10 Dekabr
2019-cu ildə tikinti sektoruna dövlət investisiyalarının artması iqtisadi və sosial sahələrə yeni nəfəs verəcək
15:49
10 Dekabr
Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan qadınları müxtəlif sahələrdə böyük uğurlara imza atıblar
15:33
10 Dekabr
Sergey Markov: Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir
15:25
10 Dekabr
Fuad Nağıyev: Turizm ölkəmizin əsas prioritet sahələrindən biridir
15:03
10 Dekabr
Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri ilə görüşüb
14:53
10 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Varşavada anılıb
14:49
10 Dekabr
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi
14:36
10 Dekabr
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda sərgi açılıb
14:26
10 Dekabr
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb
14:15
10 Dekabr
YAP Sumqayıt şəhər təşkilatının Heydər Əliyev Məktəbi növbəti məşğələsini Ümummilli Liderin anım gününə həsr edib
14:09
10 Dekabr
Sarayevoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans təşkil edilib
14:04
10 Dekabr
“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
13:52
10 Dekabr
Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə seminar keçirilir
13:50
10 Dekabr
Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
12:52
10 Dekabr
YAP Ağstafa rayon təşkilatında “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda anım tədbiri keçirildi
12:48
10 Dekabr
Türkiyəli nazir: Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır
12:46
10 Dekabr
Səbail rayonunda payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı iclas keçirilib
12:33
10 Dekabr
Şamil Ayrım: Heydər Əliyev şəxsiyyətinin ucalığı hər zaman xalqlarımız tərəfindən ehtiramla xatırlanacaq
12:26
10 Dekabr
Pərviz Şahbazov: 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır
12:24
10 Dekabr
Ölkəmiz Vyanada “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub
12:18
10 Dekabr
Misir və Livan mətbuatı ulu öndər Heydər Əliyev haqqında silsilə məqalələr yayıb
12:16
10 Dekabr
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
12:04
10 Dekabr
AMEA-da “Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda elmi konfrans keçirilib
11:51
10 Dekabr
BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda müzakirələr aparılıb
10:54
10 Dekabr
Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb
10:51
10 Dekabr
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:49
10 Dekabr
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10:47
10 Dekabr
Hafiz Paşayev: ADA Universitetinin kampusu yaşıl enerji və smart texnologiyası əsasında qurulub
10:46
10 Dekabr
Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya müxtəlif sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verəcək
10:43
10 Dekabr
Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:38
10 Dekabr
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb
10:35
10 Dekabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunub
10:30
10 Dekabr
Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər
10:14
10 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub
09:37
10 Dekabr
Boqotada Kolumbiya KİV nümayəndələrinə Azərbaycan haqqında geniş məlumat verilib
09:29
10 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
09:27
10 Dekabr
Elçin Mirzəbəyli: Ermənistan təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yox, həm də MDB-də təklənir
09:26
10 Dekabr
Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
09:23
10 Dekabr
Mixail Qusman: AZƏRTAC mötəbər informasiya mənbəyidir
14:32
08 Dekabr
Hikmət Babaoğlu: Ermənistan hər dəfə Azərbaycanın diplomatik həmlələri ilə autsayder vəziyyətinə salınır
13:31
08 Dekabr
İsa Həbibbəyli: Naxçıvan ərazi etibari ilə qədim türk-Azərbaycan torpağıdır və burada ermənilərin heç bir izi yoxdur
13:29
08 Dekabr
Niyazi Səfərov: Genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi əsas hədəflərdən biridir
13:27
08 Dekabr
Zahid Oruc: Konstantin Zatulin öz mövqeyi ilə Rusiya dövlətinə zərbə vurur
13:24
08 Dekabr
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
13:21
08 Dekabr
Tahir Rzayev: Azərbaycan həm iqtisadi inkişafına, həm də ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir
11:06
08 Dekabr
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib və “Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib
11:03
08 Dekabr
Nazir: İran ilə Azərbaycan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq daha da genişlənəcək
10:58
08 Dekabr
Pərviz Şahbazov: Bu qərar bazarın və neft sənayesinin inkişafı üçün çox mühüm addım oldu
10:56
08 Dekabr
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
10:51
08 Dekabr
Ermənistan silahlı qüvvələri atəşkəsi 28 dəfə pozub
17:54
07 Dekabr
Azərbaycan könüllülərinin həmrəylik festivalında əmək yarmarkası təşkil edilib
17:43
07 Dekabr
Oqtay Əsədov: Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil
17:39
07 Dekabr
Əli Hüseynli: Zatulinin “Lazarev klubu”nda çıxışı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir
17:36
07 Dekabr
Bəxtiyar Əliyev: Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilməlidir
17:31
07 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
17:27
07 Dekabr
Bu il 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
17:20
07 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilib
17:02
07 Dekabr
2019-cu il MDB-də Kitab İli elan olunub
16:51
07 Dekabr
Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri ADNSU-nun imkanlarını yüksək qiymətləndiriblər
16:40
07 Dekabr
Aydın Hüseynov: Hazırkı şəraitdə manatın kursunun dəyişəcəyi gözlənilmir və buna iqtisadi əsaslar da yoxdur
16:38
07 Dekabr
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8