Ana səhifə »  Qəzetin pdf formatı »  Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq
A+   Yenilə  A-
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq

Milli Qurtuluş Günü münasibətilə Suraxanıda “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətində məlumat verilib.

Konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin rayondakı Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edib.

Sonra iştirakçılar Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları və kitablarla tanış olub, “Xilaskar” filminə baxıblar.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş tarixidir. Xalqın arzusu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.

Qeyd edilib ki, Ulu Öndər siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.

İcra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf edib və sabit dövlətə çevirib. Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada, Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu, müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına ulu öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev müasir dövrdə Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.

“Ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi edilməsində Prezident İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Birinci vitse-prezident Mehriban Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir. Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulub və bundan sonra da uca tutulacaq”, - deyə İlqar Abbasov əlavə edib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, ümumilikdə dövlətçiliyin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapıb.

Milli Məclisin deputatları Rafail Cəbrayılov, Fəzail Ağamalı, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşüb. Bu dahi İnsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

Sonda ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs fəxr fərman, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş inşa yazı və rəsm müsabiqəsində fərqlənən şagirdlər isə təşəkkürnamə ilə təltif olunublar.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  13-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Xəzər hövzəsi regionunda əməkdaşlıq keyfiyyətcə yeni tarixi mərhələyə qədəm qoyur

10:40
15 Avqust
Aydın Hüseynov: Zaman ulu öndər Heydər Əliyevin Xəzərin hüquqi statusuna dair ideyalarının həyatiliyini təsdiqlədi
10:30
15 Avqust
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər
10:28
15 Avqust
Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər
10:25
15 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub
17:53
14 Avqust
Bakı avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
17:48
14 Avqust
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
17:21
14 Avqust
Dünya Səhiyyə Təşkilatının Baş direktoru: Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir
17:07
14 Avqust
Türkiyənin Adnan Menderes Universitetinin nümayəndələri Bilik Fondunda olublar
16:55
14 Avqust
Sevinc Fətəliyeva: Sözügedən Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır
16:52
14 Avqust
Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir
16:06
14 Avqust
“Euronews” Bakıdakı “Yaşıl bazar”la bağlı süjet yayımlayıb
15:31
14 Avqust
Türkiyə dövlət istiqrazları və Rusiyadakı investisiyalar Neft Fondunun hazırkı investisiya strategiyası ilə uyğunluq təşkil edir
15:18
14 Avqust
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasında münasibətlərin yeni mərhələsinin əsasını qoydu
14:57
14 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:42
14 Avqust
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq
14:35
14 Avqust
Azərbaycanın yaratdığı müasir infrastruktur Xəzəri mühüm nəqliyyat arteriyasına çevirə bilər
14:04
14 Avqust
Qurban Qurbanov: Uğurlu nəticə qazanmaq üçün meydanda bütün gücümüzü sərf edəcəyik
13:59
14 Avqust
Nazir müavini: TANAP Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək
12:53
14 Avqust
Bu ilin payızında Azərbaycanda Xarici İşlər nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə iclas keçiriləcək
12:47
14 Avqust
Vüqar Bayramov: Konvensiya Azərbaycan daxil olmaq Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edir
12:30
14 Avqust
Ukraynalı deputat: Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır
12:25
14 Avqust
Eldar İbrahimov: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına müstəsna töhfələr verəcək
12:20
14 Avqust
Şahin İsmayılov: Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək
11:56
14 Avqust
Almaniyalı tələbələr ölkəmizin turizm imkanları barədə məlumatlandırılıb
11:49
14 Avqust
Ölkəmiz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin turizm nazirlərinin iclasında təmsil olunub
11:19
14 Avqust
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
10:56
14 Avqust
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək
10:52
14 Avqust
Bilik Fondu Şamaxıda Сümhuriyyət tariximizlə bağlı maarifləndirici tədbirlər təşkil edib
09:46
14 Avqust
Atəşkəs rejimi sutka ərzində 88 dəfə pozulub
09:44
14 Avqust
Rumıniya milli hava yolları Bakı, Tbilisi və Odessaya uçuşlara başlayır
09:35
14 Avqust
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib
09:32
14 Avqust
BMT-nin Baş katibi Xəzərin statusu haqqında Konvensiyanı tarixi sənəd adlandırıb
09:28
14 Avqust
Azərbaycanın nümayəndə heyəti Türkiyənin gənclər sahəsindəki təcrübəsi ilə tanış olub
19:22
13 Avqust
Gənclərimiz ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər
19:06
13 Avqust
Elman Nəsirov: Xəzərin statusu haqqında Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq
18:59
13 Avqust
Sevinc Fətəliyeva: Sözügedən Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır
18:59
13 Avqust
Elman Məmmədov: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə 5 Xəzəryanı dövlət arasında tarixi razılaşma əldə edildi
18:58
13 Avqust
Adil Əliyev: Bu Konvensiyanın imzalanması bir daha sübut edir ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur
18:06
13 Avqust
Mehriban Əliyevanın gördüyü işləri UNESCO-da xoşməramlı səfirlər üçün örnək hesab edirlər
17:55
13 Avqust
Dövlət Neft Fondu bu il “Şahdəniz” kondensatın satışından 94 milyon dollar gəlir əldə edib
17:54
13 Avqust
Ermənistan parlamentinin vitse-spikeri Azərbaycanın diplomatik uğurlarını etiraf edib
17:52
13 Avqust
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Caspian Energy Forum Baku – 2018”-ə rəsmi dəstək göstərir
17:48
13 Avqust
XİN: Azərbaycan qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək
17:46
13 Avqust
Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli”dən 5,6 milyard dollar qazanıb
17:33
13 Avqust
Bu il qeyri-OPEC ölkələrinin neft tədarükü sutkada 59,62 milyon barrel olacaq
17:11
13 Avqust
Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib
16:57
13 Avqust
Vüqar Rəhimzadə: Konvensiya Xəzər hövzəsində yeni əməkdaşlıq platforması yaradacaq
16:44
13 Avqust
Türkiyə KİV-ləri: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi tarixi hadisədir
15:45
13 Avqust
Kənd Təsərrüfatı Nazirliyi: Ötən illə müqayisədə buğda və arpa istehsalında artım qeydə alınıb
15:21
13 Avqust
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub
15:03
13 Avqust
Qeyri-neft sektorunda istehsal 11 faizədək artıb
14:51
13 Avqust
Yaponiyanın NHK telekanalı Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə barədə məlumat yayıb
14:27
13 Avqust
ABŞ rəsmisi: TAP Avropanın təbii qaz tədarükündə güclü mənbə olacaq
14:12
13 Avqust
V Xəzər sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi
14:04
13 Avqust
Con Batçelor: Ermənilər ətraf mühitə qarşı da düşmənçilik edirlər
14:02
13 Avqust
Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir
13:45
13 Avqust
Tahir Mirkişili: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın mövqe ilə tam üst-üstə düşür
13:39
13 Avqust
Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
13:00
13 Avqust
Azərbaycan Prezidenti: Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik
12:35
13 Avqust
Massaçusets Texnologiya İnstitutu Yüksək Texnologiyalar Parkı ilə birgə startap layihələri reallaşdıracaq
12:18
13 Avqust
Akademik İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib
12:09
13 Avqust
Aşura mərasimi dövründə Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
12:03
13 Avqust
AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək
11:50
13 Avqust
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başlayıb
11:26
13 Avqust
Səyyar “ASAN Kommunal” Zabratda
11:12
13 Avqust
Sahil Babayev: İlk DOST mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq
11:10
13 Avqust
Hikmət Babaoğlu: Türkiyə bu imtahandan qalib çıxacaq
10:39
13 Avqust
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib
10:36
13 Avqust
Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
10:35
13 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 79 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+21 +24