Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrail parlamentinin sədri ilə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrail parlamentinin sədri ilə görüşüb

13.06.2018 [10:37]

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailə səfər edib.
Səfər çərçivəsində Knessetin sədri Yuli-Yoel Edelstein, vitse-spiker Yehiel Bar, Patriarx III Theophilos, Knessetin Xarici işlər və müdafiə komitəsinin sədri Avi Dichterlə görüşlər keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsrail dövləti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Mərkəzin qısa müddət ərzində həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib. Təşkilatın beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyətinin üzvləri mərkəzin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu barədə məlumat verib. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə müzakirələr aparılıb. Gələcəkdə İsrail dövlətinin dəstəyi ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Görüşlərdə Mərkəzin mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinin mürəkkəb geosiyasi proseslərin getdiyi müasir dövrdə olduqca mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. İsrail dövlət rəsmiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son illər ərzində təşkil etdiyi tədbirlərin dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından vacib olduğunu qeyd ediblər.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30