Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının toplantısı keçiriləcək

Azərbaycanda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının toplantısı keçiriləcək

23.05.2018 [10:14]

Mayın 30-da Şabran rayonunda yerləşən “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçiriləcək.
13 ölkənin təmsil olunacağı tədbirdə 40-dək mütəxəssis, o cümlədən EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin şəhər və bələdiyyə rəhbərlərinin iştirakı nəzərdə tutulur. Bununla yanaşı, ölkəmizdə sağlamlıq-müalicəvi imkanlarına malik Naxçıvan Muxtar Respublikası, Şabran, Naftalan, Qəbələ, Xaçmaz, Quba, Qusar rayon və şəhərlərindən nümayəndələr də iştirak edəcəklər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Nazirliyin uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31