Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mir Cəlal Paşayev şərəfli müəllim, alim, yazıçı ömrü yaşayıb

Mir Cəlal Paşayev şərəfli müəllim, alim, yazıçı ömrü yaşayıb

22.05.2018 [16:27]

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mir Cəlal - yazıçı, alim və müəllim” respublika elmi konfransı keçirilib. Konfransda ölkəmizin tanınmış və nüfuzlu alimləri, ziyalılar iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə professor Mir Cəlal Paşayevin əsərləri ilə tanış olublar.

Rektor Cəfər Cəfərov Mir Cəlalın həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, böyük alim, örnək pedaqoq, tanınmış yazıçı olan Mir Cəlal Paşayevin yaradıcılığında insan və zaman haqqında düşüncələr xüsusi yer tutur.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Təhsin Mütəllibov “Mir Cəlal xatirələrdə” mövzusunda məruzə ilə çıxış edib.

Professor qeyd edib ki, nəcib və xeyirxah insanların əməlləri onların özlərindən sonra da yaşayır. Bugünkü konfrans bunu bir daha təsdiqləyir. Xatirələr insanın ikinci ömrüdür. Mir Cəlal Paşayev zəngin, mənalı, şərəfli bir müəllim, alim, yazıçı ömrü yaşayıb. Müəllimlik onun fəaliyyətində aparıcı yer tutub. Professor Mir Cəlal Paşayev əsl şəxsiyyət idi. Səbirli, müdrik, alicənab, həssas, sadə və səmimi bir insan olan Mir Cəlal həmişə tələbələrin mövqeyindən çıxış edər, onların qayğısına qalardı. O, səmərəli elmi-pedaqoji fəaliyyət göstərib. Professor Mir Cəlal Paşayevin xatirəsi həmişə bizim üçün əzizdir.

ADPU-nun professoru Buludxan Xəlilov “Yazıçı-alimin və müəllimin manifesti” mövzusunda məruzəsində bildirib ki, Mir Cəlal Paşayev müəllim, alim və yazıçı kimi cəmiyyətə layiqli bir nümunə olub. O, Məhəmməd Füzulini böyük lirik şair kimi təqdim etməyi bacarıb, ədəbi məktəblərin tədqiqində ardıcıllıq yaradıb. Professor Mir Cəlal Paşayevin sadə, səlis dili, özünəməxsus yaradıcılıq üslubu, insanlara və hadisələrə aydın yanaşma tərzi olub. O, dil, Vətən, ana, klassiklərlə müasirlərin varisliyi, vəhdəti məsələlərini gündəmə gətirib. “Bir gəncin manifesti” romanı yazıçının yaradıcılığında xüsusi yer tutur. Bütövlükdə Mir Cəlal Paşayev ədəbiyyatşünaslığın inkişafında mühüm xidmətlər göstərib.

Professorlar Asəf Zamanov, Qəzənfər Paşayev, Şirindil Alışanlı, Cəlil Nağıyev, Təyyar Cavadov, Abdulla Abasov, dosent Məti Osmanoğlu, yazıçı Elçin Hüseynbəyli çıxış edərək Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri kimi səciyyələndirib, onun roman yaradıcılığını yüksək dəyərləndiriblər.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31