Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Laos əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb

Azərbaycan-Laos əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb

22.05.2018 [15:38]

Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ramiz Həsənov Azərbaycanda təhsil alması səbəbindən ölkəmizin xanım S.Sayaçak üçün heç də yad ölkə olmadığını söyləyib. Azərbaycan və Laos arasındakı münasibətlərin tarixi köklərə əsaslandığını qeyd edən nazir müavini iki ölkənin keçmiş Sovet İttifaqı dönəmindən müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib və ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib.

Azərbaycanın və Laosun xarici işlər nazirlərinin qarşılıqlı səfər mübadiləsinə toxunan R.Həsənov bunun münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb. O, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının əməkdaşlıq imkanlarının öyrənilməsi baxımından vacib platforma olacağına ümid etdiyini bildirib. Nazir müavini Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş əsnasında R.Həsənov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Şimal-Cənub nəqliyyat marşrutları haqqında həmsöhbətinə məlumat verərək Laosun da sözügedən layihələrdən yararlana biləcəyini qeyd edib. Habelə “ASAN xidmət” konsepsiyası haqqında danışan R.Həsənov Azərbaycanın bu uğurlu təcrübəni Laos ilə bölüşməyə hazır olduğunu bildirib. O, təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsinin, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb və bu xüsusda ADA Universitetinin xətti ilə tələbə mübadilə proqramlarına toxunub.

Xanım S.Sayaçak ikitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirərək Laos və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcudluğunu diqqətə çatdırıb.

Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən S.Sayaçak bu sahədə əlaqələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Laosda Azərbaycanda təhsil almış laoslu məzunlardan ibarət cəmiyyətin təsis olunduğunu qeyd edərək sözügedən cəmiyyətin münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.

Tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycanın və Laosun işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.

Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31