Ana səhifə »  Qəzetin pdf formatı »  “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib

Tədbir çərçivəsində "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan mediası" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin birgə elan edilmiş "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirin Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Ümummilli Liderin hələ sovetlər birliyi dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli zəmin hazırladığını deyən S.Mikayılov o illərdə Bakı şəhərində böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini, yeni qəsəbələrin, yaşayış massivlərinin salındığını diqqətə çatdırıb.

Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi illərində Bakının Qaradağ rayonunun sürətli inkişaf yolu keçdiyini deyən S.Mikayılov bu siyasətin son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

S.Mikayılov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib .

Fondun icraçı direktoru Vüqar Səfərli ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsində məqsəd dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinə, eləcə də medianın inkişafı sahəsində gördüyü böyük işlərə bir daha nəzər salmaqdır.

V.Səfərli dövlət müstəqilliyinin ilk illərində söz, fikir və məlumat azadlıqlarının təminatı sahəsində də ciddi problemlərin olduğunu, mətbuatın ciddi təzyiqlərlə üzləşdiyini xatırladıb. Bu acınacaqlı vəziyyətin yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra aradan qalxdığını deyən V.Səfərli 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının 50-ci maddəsində hər kəsin söz, fikir, məlumat əldə etmək və yaymaq hüququnun təsbit edildiyini vurğulayıb.

Ümummilli liderin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə mətbuat üzərində senzuranın ləğvini mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirən icraçı direktor sonrakı dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması müasir mətbuat tariximizə ən parlaq səhifələr kimi daxil olub.

V.Səfərli deyib ki, ümummilli liderin mediaya qayğı siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə söz, fikir və məlumat azadlıqlarının təmini, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi medianın inkişafına yeni təkan verib. Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

O, ötən illərdə Fondun mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq davamlı tərəqqi və inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin islahatçı lider olduğunu vurğulayan Ə.Amaşov onun rəhbərliyi ilə 1993-2003-cü illərdə siyasi və hüquqi sahədə genişmiqyaslı islahatların aparıldığını, xüsusilə də müstəqil medianın formalaşdığını diqqətə çatdırıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan dilinin, milli özünüdərkin inkişafı, respublika üçün milli kadrların hazırlanması istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, Heydər Əliyev müstəqillik illərində ölkədə siyasi sabitliyi inzibati üsullarla deyil, məhz milli intellektual resurslar hesabına, informasiyanın gücü ilə təmin etməklə respublikanın dayanıqlı inkişafına nail olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Azərbaycan mətbuatının inkişafının hələ ötən əsrin 70-80-ci illərindən ulu öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində olduğunu xatırladıb. H.Həsənov bildirib ki, müstəqillik illərində ölkədə söz, fikir və məlumat azadlıqlarının yüksək səviyyədə mövcud olduğu pluralist cəmiyyətin formalaşması məhz Ümummilli Liderin tarixi xidmətləri ilə bağlıdır.

"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə çıxışında bildirib ki, müasir Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaması və böyük uğurlara imza atması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Vüqar Rəhimzadə, həmçinin bildirib ki, son 15 ildə Ulu Öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında və mövcud problemlərinin həllində medianın rolu və imkanlarını yüksək dəyərləndirir.

Çıxışlardan sonra Fondun Qaradağ Rayon İcra hakimiyyəti ilə birgə keçirdiyi "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqənin təşkilində məqsəd medianın Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqələrinin daha da genişləndirilməsi, rayonda əldə olunmuş nailiyyətlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır. İcraçı direktor 2018-ci il fevralın 23-dən aprelin 27-dək davam edən müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 42 yazının təqdim edildiyini bildirib. V.Səfərli deyib ki, müsabiqənin elanında əksini tapmış şərtlərə əsasən 6 nəfər jurnalistə əsas, 10 nəfər jurnalistə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulmuşdu: “Lakin Qaradağ rayon rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, sonradan həvəsləndirici mükafatların sayı 20-yə çatdırılıb. Bu gün 26 nəfər müsabiqə iştirakçısının mükafatlandırılması nəzərdə tutulur”.

Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  18-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

17:32
16 İyul
Fərrux Haqverdiyev: “Təxribat cəhdlərinin qarşısının alınmasında hər zaman dövlətimizin yanında olacağıq”
16:58
16 İyul
Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16:40
16 İyul
Bu ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib
16:32
16 İyul
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
16:29
16 İyul
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatı
16:25
16 İyul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
15:55
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
15:52
16 İyul
Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar
15:49
16 İyul
Rusiya-Azərbaycan dostluğunun gələcəyini gənclər müəyyən edir
15:48
16 İyul
Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır
15:19
16 İyul
Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+24 +27