Ana səhifə »  Qəzetin pdf formatı »  Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
A+   Yenilə  A-
Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə

Azərbaycan paytaxtı mütəmadi olaraq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib. Burada dünyanın müxtəlif guşələrindən nümayəndələr gəlib, qlobal səviyyədə aktuallıq kəsb edən problemlərin müzakirəsini aparır, konkret qərarlar qəbul edirlər. Aprelin 5-6-da Bakı növbəti vacib tədbirə – "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına ev sahibliyi edib. Tədbirdə Azərbaycan Prezidenti geniş və əhatəli nitq söyləyib. Dövlət başçısı həm Hərəkatın əhəmiyyətini, həm də Azərbaycanın fəaliyyətini analiz edib. Prezident İlham Əliyev Ermənistanın təcavüzkarlığını bir daha dünya dövlətləri nümayəndələrinin diqqətinə çatdırıb. Xatırladaq ki, Bakıdakı konfransda 120 ölkənin nümayəndəsi iştirak edib. Əlavə olaraq, xüsusi qonaq qismində şəxslər də tədbir iştirakçıları sırasına qatılıblar. Konfransın əhəmiyyətini nəzərə alaraq, onun bir sıra məsələlərə münasibəti üzərində geniş dayanmağa ehtiyac gördük.

Davamlı inkişaf və təhlükəsizlik: Bakı müzakirələrinin əsas məqamları

Azərbaycanda müxtəlif mövzularda beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkə rəhbərliyi davamlı olaraq müasir dünya üçün aktual olan məsələləri yüksək səviyyədə müzakirə edən konfrans, forum, seminar və s. kimi tədbirləri reallaşdırır. Onlarda təhlükəsizliyə, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa, geosiyasi əməkdaşlığa, enerji sferasında əlaqələrə, iqtisadi əməkdaşlığa həsr edilmiş məsələlərə aid geniş fikir mübadiləsi aparılır.

Bu il də bir-birinin ardınca maraqlı və aktual tədbirlərə Bakı ev sahibliyi etməkdədir. Son olaraq, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib (bax: Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib/AZƏRTAC, 5 aprel 2018).

Konfransda ümumilikdə 800-dən artıq nümayəndə iştirak edib. Onlar Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələridir. Əlavə olaraq, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri tədbir iştirakçılarına qatılıblar.

Xatırladaq ki, Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə yaradılıb. Onun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdan ibarətdir. Öncədən bu Hərəkat "soyuq müharibə" və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsədlərindən biri kimi qəbul edib. O, qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Qoşulmama Hərəkatının geosiyasi əhəmiyyəti BMT-də gözlənilən islahatların aparılmaması ilə daha da çoxalıb. Belə ki, onu alternativ fəaliyyət meydanı kimi qəbul ediblər. Təsadüfi deyil ki, son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv seçilib.

2016-cı ildə Qoşulmama Hərəkatının XVII zirvə toplantısı olub. Onun vacib nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsidir. 2019-cu ildə isə XVIII zirvə toplantısı Azərbaycanda keçirilməlidir. Ekspertlər Bakıda nəzərdə tutulan tədbirin konkret rəmzi mənasını da vurğulayırlar. Belə ki, 1989-cu il Belqrad sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyini Avropa qitəsi edəcək.

Bütün bunlara görədir ki, aprelin 5-6-da Bakıda keçirilən nazirlər konfransına maraq böyük olub. Azərbaycan paytaxtında aparılan müzakirələr növbəti zirvə toplantısının gündəliyini də konkretləşdirib. Beynəlxalq miqyasda sülh və təhlükəsizliyə davamlı inkişafın təmin edilməsi kontekstində nəzər salınıb. Aralıq konfransda yekun sənəd də qəbul edilib. Orada tədbir iştirakçıları beynəlxalq miqyasda geosiyasi, təhlükəsizlik və s. proseslərə münasibət bildiriblər, aktual hesab etdikləri məsələləri ayrıca vurğulayıblar. Diqqətəlayiqdir ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi də xüsusi bəndlə qeyd edilib. Orada dünyanın 120 dövləti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dəstəyini ifadə edib.

Sözdən əmələ: Hərəkatın konkret hədəfləri

Bu, heç şübhəsiz, Azərbaycan diplomatiyasının böyük uğurlarından biridir. Onu vurğulayaq ki, dövlət başçısı İlham Əliyev konfransdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində geniş dayanıb. Prezident İlham Əliyev ifadə edib: "Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır" (bax: əvvəlki mənbəyə).

Prezident sözünə davam edərək Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Həmin soyqırımı dünyanın 10 dövləti tərəfindən tanınıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni müzakirə edəcək və insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklər" (bax: əvvəlki mənbəyə).

Bu fikirlər təsirsiz ötüşməyib. Konfrans iştirakçıları Ermənistanın təcavüzünü pisləyiblər və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini vurğulayıblar. Bununla da demək mümkündür ki, dünya ictimaiyyəti bir daha Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstək nümayiş etdirib.

Lakin təəssüf ki, hələlik təcavüzkara qarşı konkret tədbirlər görmək mexanizmindən istifadə olunmur. Bu baxımdan Qoşulmama Hərəkatının gələcəkdə hansı addımlar ata biləcəyi üzərində ekspertlər düşünürlər. BMT-də islahatlar aparılmasa, məhz bu Hərəkatın praktiki təsir mexanizmləri işlənə bilər. Yəni Hərəkat sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi istiqamətlərində çox işlər görməlidir. Bu uzunmüddətli məqsədlərin tam olaraq həyata keçirilməsinə ehtiyac az deyil.

Tədbir iştirakçıları yuxarıda vurğulanan məqamlarla əlaqəli öz fikirlərini bildiriblər. Konfransda daha geniş kontekstdə sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilib. Bu bağlılıqda Azərbaycanın "Bakı prosesi"ni konfrans çərçivəsində təqdim etməsi də diqqəti çox çəkib. Çünki bu proses mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun reallaşmasının etibarlı meydanıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan "Bakı prosesi" artıq 10 ildir ki, fəaliyyəti ilə böyük nüfuz qazanıb. Bununla da Azərbaycan bir beynəlxalq fəaliyyət mexanizmi ilə Qoşulmama Hərəkatı arasında ciddi bağlantı qurub. Konkret ifadə etsək, artıq "Bakı prosesi" dünyanın 130-a yaxın dövləti üçün maraq doğuran hadisədir.

Bunlardan əlavə, Qoşulmama Hərəkatının Bakı konfransında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatılması ilə əlaqəli məsələlər də müzakirə edilib. Bütövlükdə dünyada sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi üçün hansı addımların atıla biləcəyi ətrafında fikir mübadiləsi aparılıb. Belə təəssürat yaranır ki, Qoşulmama Hərəkatını yeni səviyyəyə yüksəltmək məqsədi qarşıya qoyulub. Onun fəaliyyətinin artırılması qlobal geosiyasi proseslərə müsbət təsir etməlidir. Ən əsası isə dünya dövlətlərinin kollektiv surətdə yaranmış gərgin vəziyyətə müdaxiləsi üçün əlavə imkanlar meydana gəlir. Görünür, burada böyük dövlətlərin həmin məsələyə münasibətindən çox şey asılı olacaq.

Hər bir halda, Qoşulmama Hərəkatının Bakı konfransını uğurlu hesab etmək olar. Bu tədbir göstərdi ki, dünya dövlətlərinin böyük əksəriyyəti həqiqi mənada sülh arzulayırlar. Onlar münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardırlar. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı vurğuladığı fikirlərə konfransda maraq çox olub. Hiss olunur ki, bir sıra siyasi liderlərin vurğuladığı "dünya beşdən böyükdür" tezisinin real əsasları vardır. Azərbaycana gəldikdə isə, bir daha təsdiq olundu ki, o, Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə həmişə sadiqdir. Bakı sədrliyi dövründə Hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsi naminə çalışmaqda davam edəcək.

Newtimes.az

 
  • Oxunub:  2760  |  
  • Tarix:  21-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir

11:22
27 May
Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanat yayıb
11:20
27 May
Prezident İlham Əliyev: biz ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik
11:10
27 May
Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
11:07
27 May
Oqtay Əsədov: Əminəm ki, Cənubi Qafqazdakı münaqişələrin həlli burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcək
11:01
27 May
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olunması üçün tapşırıqlar verilib
10:55
27 May
Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır
10:47
27 May
Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edib
10:45
27 May
Psevdodemokratlar və "beşinci kolon": antiazərbaycan kampaniyasının bir özəlliyi haqqında
10:41
27 May
Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə İstanbulda rəsmi qəbul təşkil olunub
10:38
27 May
Sahibə Qafarova: “Qafqaz üçlüyü” filmində Azərbaycana və azərbaycanlılara qarşı aqressiv münasibət açıq-aydın görünür
10:36
27 May
İstanbulda Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub
10:26
27 May
Yunanıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib
10:25
27 May
Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
10:16
27 May
ASAN E-gov modeli Koreya Respublikasında təqdim olunub
10:12
27 May
Fəttah Heydərov: Xalqına nifrət edən biri xalqın fəxri adını daşıya bilməz
10:10
27 May
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə poçt markası buraxılıb
10:06
27 May
Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir
10:04
27 May
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən parlaq səhifəsidir
10:03
27 May
“YARAT”da yeni sərgi: “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə”
10:00
27 May
Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın
09:55
27 May
Arye Qut: “Yüz il əvvəl baş vermiş hadisələrlə İsrail parlamentariləri deyil, tarixçilər məşğul olmalıdır”
00:59
26 May
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir
00:59
26 May
Xain Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir
17:53
25 May
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyindəki rolundan danışılıb
17:52
25 May
Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib
17:36
25 May
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb
17:25
25 May
Bakı Ali Neft Məktəbinin tələbələri “Baker Hughes”də fəaliyyətə başlayırlar
17:20
25 May
Gənclərin sosial mediada fəallığının Azərbaycan həqiqətlərinin təbliğində roluna dair tədbir keçirilib
17:01
25 May
Baş prokuror Masallı şəhərində vətəndaşları qəbul edib
16:39
25 May
Akademik İsa Həbibbəyli: Şükrü Haluku Akalın müasir türkologiyanın əsas simalarından biridir
16:36
25 May
Milli Aviasiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir
16:28
25 May
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
15:51
25 May
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək
15:44
25 May
Birləşmiş Millətlər Təşkilatı: müasir çağırışlar, intersosiallıq və islahatların zəruriliyi işığında
15:34
25 May
Elmira Süleymanova: Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub
15:33
25 May
Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"
15:21
25 May
Los-Ancelesdə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə məlumat verilib
15:13
25 May
Mirzəcan Xəlilov: Satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir
15:08
25 May
Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib
14:49
25 May
Milli Məclisin komitə iclasında bir sıra qanun layihələrinə baxılıb
14:33
25 May
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
14:23
25 May
Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib
14:21
25 May
Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb
14:18
25 May
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq
14:05
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
14:04
25 May
2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur
13:02
25 May
Dini radikalizmlə mübarizədə dini icmaların və gənclərin üzərinə böyük vəzifə düşür
12:41
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Qırğızıstanda da qeyd edilib
12:40
25 May
Dünya Xəbər Agentliklərinin 6-cı Konqresi gələn il iyunun 13-14-də keçiriləcək
12:36
25 May
Energetika Nazirliyində Avropa Enerji Cəmiyyəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib
12:28
25 May
Professor Nərgiz Paşayeva: Oksford Universitetində keçirilən imzalanma mərasimini elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda "Əsrin kontraktı" adlandırmaq olar
12:24
25 May
“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib
12:19
25 May
Vilnüsdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul və konsert təşkil olunub
12:12
25 May
MM komitəsində “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə olunub
11:55
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
11:49
25 May
31 mayadək cehizlik əldə etməyə tələsin!
11:29
25 May
ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
11:26
25 May
Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
11:24
25 May
AZƏRTAC növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib
11:18
25 May
Nursultan Nazarbayev: Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb
11:12
25 May
MM-in komitə sədri: “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması vacib və əhəmiyyətlidir
11:11
25 May
Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
11:09
25 May
Si Cinpin: Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır
11:02
25 May
Vladimir Putin: Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var
11:01
25 May
Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupunun növbəti iclası da Qazaxıstanda keçiriləcək
10:43
25 May
Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub
10:41
25 May
Nazir: “Ərazi bütövlüyümüzün bərpasından sonra Ermənistanla yaxşı münasibət qurmağa hazırıq”
10:37
25 May
Ermənistanda növbəti hay-küy: təcriddən yalançı qurtuluş planları
10:33
25 May
Mingəçevirdəki “ASAN Peşə” Təhsil Mərkəzində dörd ixtisas üzrə tədris aparılacaq
10:32
25 May
Azərbaycanın təhsil işçiləri Avropa ali təhsil məkanı nazirlərinin konfransında iştirak edirlər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA