Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
A+   Yenilə  A-
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün tarixi nailiyyətləri sübut edir ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla möhkəm vəhdət sayəsində qarşıya qoyulmuş ümummilli hədəflərə çatmaq mümkündür.

Yeni makroiqtisadi çağırışlara adekvat olaraq dövlət başçısı qlobal siyasi-iqtisadi təlatümlərdən sığortalanmaq məqsədilə qanunvericiliyin təkmilləşməsindən tutmuş sosial-iqtisadi sahədə mühüm yeniliklərə, vacib təşəbbüslərə imza atmışdır. Hədəflər aydın, təməl möhkəm, xalqın inamı və etimadı sarsılmaz olanda siyasi liderin uğurları daha böyük olur.

Görkəmli fransız yazıçısı Viktor Hüqo deyirdi ki, gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyəti olan odur ki, haqq kimin tərəfindədir. Aprelin 11-də keçirilən seçkidə Azərbaycan xalqı ölkəni idarə etmək haqqını, səlahiyyətini özünün mətin və sınanmış lideri cənab İlham Əliyevə verdi. Bu etimad son 15 ildə görülən işlərin məntiqi yekunu idi. Ötən illərin təcrübəsi və qazanılan möhtəşəm uğurlar göstərdi ki, cənab İlham Əliyev əsl vətənpərvərdir, qurucu lider əzmi ilə çalışan Prezidentdir, görkəmli dövlət xadimidir. Onun rəhbərlik etdiyi müasir Azərbaycan inkişaf edir, güclənir, mürəkkəb və ziddiyyətlərlə dolu olan dünyada mətin addımlarla irəliləyir, qüdrətli dövlətə çevrilir. 11 aprel seçiminin fəlsəfəsi, qayəsi fundamental elmi-siyasi, sosial-iqtisadi əsaslara söykənir. Xalq bu seçimlə davamlı sabitliyə, rifaha, gələcək uğurlara, inkişaf və tərəqqiyə etibarlı təminat yaratmış oldu.

Milli dövlətçilik maraqlarının qorunmasında, ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Lakin mövcud potensial və geosiyasi zəmindən maksimum yararlanmaq dünyada baş verən proseslərin ciddi araşdırılmasını, düşünülmüş, hərtərəfli əsaslandırılmış, bütün incəlikləri, dəyişən reallığın irəlicədən proqnozlaşdırılması mümkün olmayan situasiya yaratmasına çevik reaksiya verə biləcək mükəmməl daxili və xarici siyasət yeridilməsini tələb edir. Demokratikləşmə, dünyaya inteqrasiya və modernləşmə fundamental geostrateji seçimin əsas meyarı olmalıdır.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində ölkəmizin milli inkişaf strategiyasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusi vurğulanır, müasir dünyanın reallıqları, Azərbaycanın burada yeri və rolu, təhlükəsizliyin təmin olunmasında mövqeyi, milli inkişafımızın əsas hədəflərini əhatə edən dövlət siyasətinin konseptual istiqamətləri dərin təhlil olunur.

Sosial-iqtisadi islahatların davam etdirilməsi, müasir texnologiyaların tətbiqi, elmi-texnoloji yeniliklərin mənimsənilməsi, sənayenin, xüsusilə qeyri-neft sektorunun üstün inkişafı, ordu quruculuğu, torpaqlarımızın işğaldan azad olunması, infrastrukturun yeniləşdirilməsi, xalqın rifahının durmadan yüksəldilməsi, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması Prezident İlham Əliyevin gələcək fəaliyyətinin mühüm prioritetləridir.

Müasir dünyanın inkişaf təcrübəsi göstərir ki, ümummilli səviyyədə yeni keyfiyyət mərhələsinə keçid postmodern cəmiyyət quruculuğu prosesinin əsas hərəkətverici qüvvəsi olan informasiya kommunikasiya texnologiyalarının davamlı inkişafını tələb edir. Prezident İlham Əliyev də iqtisadiyyatın struktur modernləşdirilməsi zamanı məhz bu aspektin xüsusi diqqət mərkəzində saxlanacağını bildirir, qlobal çağırışlara adekvat olaraq postindustrial təsərrüfat tipinin formalaşdırılması vəzifəsini qarşıya qoyur.
Dövlət başçısının sənayeləşmə siyasətindən gözləntilər çox böyükdür, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması makroiqtisadi sabitlik modelinə də keyfiyyətcə yeni impuls verəcək. Transformasiyanın rəvan gedişi baxımından son dövrdə həyata keçirilən islahatların davamlılığı mühüm əhəmiyyətə malikdir. Qloballaşan dünyada makroiqtisadi sabitliyi təhdid edən risklərin nəzərə alınması və ona çevik reaksiya verilməsi Azərbaycanın modern və dinamik tərəqqi parametrlərinə müsbət təsir göstərir, iqtisadiyyatı neqativ təmayüllərdən etibarlı surətdə qoruyur.

İnauqurasiya mərasimində Prezident İlham Əliyev ölkədə sabitliyin bərqərar olmasının əhəmiyyətini vurğulayaraq xüsusi qeyd edir ki, sabitliyin təminatçısı Azərbaycan xalqıdır, bizim siyasətimizdir. Ona görə də xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçısının yeritdiyi hücum diplomatiyası sayəsində Ermənistanın işğalçılıq siyasəti ifşa edilmiş, Azərbaycan beynəlxalq təşkilatların dəstəyini qazanmışdır. Azərbaycan Prezidenti haqqın, ədalətin qalib gələcəyinə, ordumuzun qüdrətinə arxalanaraq qətiyyətlə bəyan edir ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın.

Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fəaliyyətinin siyasi-praqmatik müstəvidən real müstəviyə keçməsi bir daha təsdiq edir ki, dövlətimizin başçısının bitkin, siyasi, iqtisadi və sosial cəhətdən yüksək peşəkarlıqla əsaslandırılmış strateji fəaliyyət proqramları vardır. Siyasi və hüquqi liberallaşdırmaya, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən islahatların sürətləndirilməsi millətin intellektual potensialının reallaşdırılmasına, ölkənin tərəqqisinə və innovasiyalı modernləşdirməyə istiqamətlənmişdir. Elə buna görə də Azərbaycan qarşıda duran ümummilli məqsədlərin reallaşdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yüksəliş fenomeninə çevrilməkdədir.

Həsən Həsənov

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist

 
  • Oxunub:  2940  |  
  • Tarix:  20-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA