Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb

Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb

20.04.2018 [16:19]

Estoniyanın Tartu şəhərində keçirilən VI Beynəlxalq Aqroforumda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Layihə nəzarəti və qiymətləndirilməsi meneceri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov təmsil edib.

İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, forumda "Qlobal kənd təsərrüfatının rəqəmsal gələcəyi" mövzusunda müzakirə aparılıb. Konfransın əsas məqsədi kənd təsərrüfatının strateji inkişafının siyasi və inzibati səviyyələrdə müzakirəsi üçün Baltik ölkələrin, Avrasiya Gömrük İttifaqına üzv olan ölkələrin və Şərq Tərəfdaşlığı proqramının üzvləri olan ölkələrin rəhbərlərini bir araya gətirməkdir.

Namiq Şalbuzov müzakirələrdə Azərbaycanda "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması və Rəqəmsal Ticarət Qovşağı vasitəsilə kənd təsərrüfatı məhsulları ixracatçılarına müvafiq sertifikatların verilməsi məsələləri barədə ətraflı danışıb. Son illərdə Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransda Estoniyanın kənd təsərrüfatı naziri Tammo Tam, Almaniyanın kənd təsərrüfatı naziri Bernhard Polten, Ukraynanın kənd təsərrüfatı siyasəti naziri Olqa Trofimtseva, Moldovanın kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasile Luca iştirak edib. Forum iştirakçıları plenar iclaslarda və "dəyirmi masa"da kənd təsərrüfatında istehsalın rəqəmsallaşması, Avropada kənd təsərrüfatının rəqəmsal transformasiyası kimi mövzuları müzakirə edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31