Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb

Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb

20.04.2018 [15:11]

Aprelin 20-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi haqqında müzakirələr aparılıb.

Bildirilib ki, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2017-ci il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Daha sonra “Kütləvi informasiya vasitələri haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31