Ana səhifə »  Qəzetin pdf formatı »  “Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
A+   Yenilə  A-
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli

“Adətən beynəlxalq təşkilatlar Azərbaycanda olmayan hadisələrlə bağlı uydurma hesabatlar hazırlayıb dünyaya təqdim etməyə çalışırlar. Amma indiki şəraitdə Ermənistanda baş verənlər növbəti dəfə ayrı-ayrı insan hüquq müdafiəsi təşkilatlarının riyakarlığını və simasızlığını ortaya qoyur”.

Bunu hafta.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloqun sözlərinə görə, prosesi nə qədər gizlətməyə cəhd göstərsələr də, sussalar da baş verən hadisələrin miqyası genişdir. Yəni, İrəvanda bir neçə gündür ki, davam edən mitinqlər nə Sarkisyan hakimiyyəti, nə də onu müdafiə edən qüvvələr üçün ötəri proses olmayacaq:

“İrəvanda baş verən hadisələrin gedişində prosesə bir neçə dəfə polis müdaxiləsi olub. Şəhərin mərkəzi küçələrinə hərbi texnika yerdilib. Bu isə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Digər tərəfdən, Serj Sarkisyanın uzun müddətdir ki, konstitusiya “islahatları” adı altında manipulyasiya etdiyi onun öz fikirlərində orta çıxıb. Sarkisyan qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişilməyib, idarəçilik forması dəyişib. Bu da onu sübuta yetirir ki, Ermənistanda parlament idarəçiliyi adı altında həyata keçirilən “islahatların” mahiyyəti əslində Sarkisyan hakimiyyətinin vəzifə adının dəyişməsinə xidmət edir. Prinsip etibarı ilə Ermənistanda heç nə dəyişməyib. Mahiyyət olduğu kimi qalır. Ermənistanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin manipulyasiyadan başqa bir şey olmadığı ortadadır. Şübhəsiz ki, bütün bunlara beynəlxalq aləm tərəfindən reaksiya verilməməsinin müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, proseslər kənardan izlənilir. Amma baş verən hadisələrə, polis müdaxiləsinə, dinc nümayişçilərin həbs edilməsinə, siyasi liderlərin övladlarının həbsə atılmasına beynəlxalq ictimaiyyətin reaksiyası olmalıdır”.

Elçin Mirəzbəyli indiki proseslər fonunda İrəvanda Qərblə Rusiyanın maraqlarının toqquşması, onun qarşıdurma həddinə çatıb-çatmama ehtimalı barədə fikirlərini də bölüşüb. Politoloq bildirib ki, məsələyə birmənalı münasibət bildirmək bir qədər çətindir. Çünki hadisələrin gedişini dəqiq şəkildə öyrənmək lazımdır:

“Əvvala, nəzərə çatdırım ki, prosesə rəhbərlik edən parlamentdəki “YELK” fraksiyası üç partiyadan təşkil olunub. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, həmin fraksiyaya daxil olan partiyaların rəhbərlərindən yalnız biri – Nikol Paşinyan başçılıq edir. Digər iki partiyanın – Maariflənmiş Ermənistan və Respublika partiyalarının rəhbərləri proseslərdə aktiv şəkildə qatılmırlar. Bu müyyən mənada baş verənlərə şübhə ilə yanaşmağa imkan yaradır. Digər tərəfdən, “YELK” fraksiyasının tezisləri – avrasiyaçılığa qarşı çıxış etməkdən və avrointeqrasiya yolunu seçməkdən ibarətdir. YELK Ermənistanda Rusiyanın liderliyi ilə yaradılan təşkilata inteqrasiyanın əleyhinə olan yeganə fraksiya sayılır. Bunun reallıqda nə qədər gerçək olduğunu söyləmək bir qədər çətindir. Amma aksiyaların gündən-günə güclənməsi, xüsusən də gənclərin aktiv şəkildə proseslərdə iştirakı sübuta yetirir ki, Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür. Bu indiki prosesdə olmasa da, nə zamansa özünü biruzə verəcək”.

Politolqun sözlərinə görə, poilsin aksiyalara kobud şəkildə müdaxiləsi daha sərt şəkil alarsa, Sarkisyan hökümətinə başqa problemlər də yarada bilər:

“Çünki Sarkisyan Avropa İttifaqından maliyyə yardımı gözləyirdi. Onun himayəçisi Kremlin üzləşdiyi sanksiyalar nəticəsində Rusiyanın iqtisadiyyatında ciddi problemlər baş verib. Şübhəsiz ki, bu datasiya hesabına yaşayan Ermənistana da ciddi təsir göstərir. İndiki şəraitdə Sarkisyan ümid bəsləyirdi ki, Avropa İttifaqı ilə münasibətlərin yumşalması nəticəsində Ermənistana olan maliyyə yardımları artacaq. Amma proseslər aqressiv müstəviyə qədəm qoyarsa, bu da Ermənistan üçün müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Amma indiki şəraitdə istər Birləşmiş Ştatların, istərsə də Qərb insitutlarının susması təəccüb doğurur. Ümid edək ki, onlar İrəvanda baş verən bu hadisələrin mahiyyətinə diqqət yetirməyə çalışacaqlar. Əslində Sarkisyan onları da ciddi şəkildə aldadıb. Konstitusiya islahatları adı altında öz hakimiyyətini qoruyub saxlamağa çalışdığını açıq şəkildə bəyan edib”.

Qeyd edək ki, artıq on bir gündür ki, Ermənistanın paytaxtı İrəvanda sadə vətəndaşlar etiraz aksiyası keçirirlər. Ötən gün axşam və bu gün səhər saatlarında İrəvandakı aksiyalarda hökümət qüvvələri ilə etirazçılar arasındakı toqquşmalarda 46 nəfər yaralanıb. Yaralananlar arasında etiraz aksiyalarının ilk günlərindən lideri olmuş Nikol Paşinyan da var. Yollarda barrikadalar qurulduğundan hüquq-mühafizə orqanları yaralılara yardım üçün təcili tibbi yardım maşınlarının etirazçıların mövqelərinə yaxınlaşmasına icazə verməyib. Bu barədə etirazçılar Tv1 kanalının əməkdaşına bildiriblər.

Hal-hazırda etirazçıların hökümət binasından Dövlət Sirkinə doğu hərəkət etdikləri deyilir. Onlar taktikanı dəyişərək Sarkisyanın iqamətgahına doğru irəliləməyi planlaşdırdıqlarını bəyan ediblər.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  19-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi və strateji əhəmiyyətə malik hadisədir

18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq
10:37
16 Avqust
Azərbaycan əhalisinin sayı açıqlanıb
10:32
16 Avqust
“Azeri Light”ın bir barreli 71,68 dollara satılır
10:24
16 Avqust
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:04
16 Avqust
Hadi Rəcəbli: Azərbaycan hökuməti güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir
09:54
16 Avqust
Kürdəmirli fermer: Dövlətimizin dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatı genişləndirməyə ruhlandırır
17:57
15 Avqust
Rumıniya və Bolqarıstan KİV-ləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından yazır
17:42
15 Avqust
Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası kümçüləri damazlıq barama toxumları ilə tam təmin edəcək
17:37
15 Avqust
Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı
17:20
15 Avqust
“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj
16:50
15 Avqust
Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək
16:26
15 Avqust
Misirli jurnalistlərə Azərbaycanda təhsilalma imkanları barədə geniş məlumat verilib
16:03
15 Avqust
Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi
15:16
15 Avqust
Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək
15:05
15 Avqust
Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb
14:49
15 Avqust
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14:31
15 Avqust
“Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kompleksi istifadəyə verilib
14:30
15 Avqust
SOCAR-ın idarə və müəssisələrində səyyar müşavirələr keçirilib
14:14
15 Avqust
Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək
14:09
15 Avqust
Rüfət Məmmədov: Azərbaycan daha beş ölkədə Ticarət Evi açacaq
14:04
15 Avqust
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
14:01
15 Avqust
Ölkə ərazisində havanın temperaturu 34 dərəcəyədək yüksələcək
12:49
15 Avqust
Badmintonçularımız Bolqarıstanda keçirilən beynəlxalq turnirdə iştirak ediblər
12:06
15 Avqust
“YARAT”da uşaqlar üçün növbəti ustad dərsləri təşkil ediləcək
11:48
15 Avqust
Bu gün UEFA Super Kubokunun 44-cü qalibi müəyyənləşəcək
11:33
15 Avqust
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il ötür
11:08
15 Avqust
Elnur Soltanov: Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək
11:04
15 Avqust
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hədəfi Xəzər dənizini ekoloji inkişaf və sabitlik zonasına çevirməkdir
10:49
15 Avqust
Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
10:46
15 Avqust
Bakı Beynəlxalq Caz Festivalının proqramı zəngindir
10:40
15 Avqust
Aydın Hüseynov: Zaman ulu öndər Heydər Əliyevin Xəzərin hüquqi statusuna dair ideyalarının həyatiliyini təsdiqlədi
10:30
15 Avqust
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər
10:28
15 Avqust
Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər
10:25
15 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub
17:53
14 Avqust
Bakı avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
17:48
14 Avqust
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
17:21
14 Avqust
Dünya Səhiyyə Təşkilatının Baş direktoru: Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir
17:07
14 Avqust
Türkiyənin Adnan Menderes Universitetinin nümayəndələri Bilik Fondunda olublar
16:55
14 Avqust
Sevinc Fətəliyeva: Sözügedən Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır
16:52
14 Avqust
Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir
16:06
14 Avqust
“Euronews” Bakıdakı “Yaşıl bazar”la bağlı süjet yayımlayıb
15:31
14 Avqust
Türkiyə dövlət istiqrazları və Rusiyadakı investisiyalar Neft Fondunun hazırkı investisiya strategiyası ilə uyğunluq təşkil edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA