Ana səhifə »  Qəzetin pdf formatı »  TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb
A+   Yenilə  A-
TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 610 kilometrində borular torpağa basdırılıb.

Xatırladaq ki, bu il Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğın 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə təxminən 70 faizi yekunlaşıb.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirən İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometr yol qət edib və 23 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

 
  • Oxunub:  1920  |  
  • Tarix:  19-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi və strateji əhəmiyyətə malik hadisədir

18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq
10:37
16 Avqust
Azərbaycan əhalisinin sayı açıqlanıb
10:32
16 Avqust
“Azeri Light”ın bir barreli 71,68 dollara satılır
10:24
16 Avqust
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:04
16 Avqust
Hadi Rəcəbli: Azərbaycan hökuməti güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir
09:54
16 Avqust
Kürdəmirli fermer: Dövlətimizin dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatı genişləndirməyə ruhlandırır
17:57
15 Avqust
Rumıniya və Bolqarıstan KİV-ləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından yazır
17:42
15 Avqust
Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası kümçüləri damazlıq barama toxumları ilə tam təmin edəcək
17:37
15 Avqust
Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı
17:20
15 Avqust
“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj
16:50
15 Avqust
Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək
16:26
15 Avqust
Misirli jurnalistlərə Azərbaycanda təhsilalma imkanları barədə geniş məlumat verilib
16:03
15 Avqust
Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi
15:16
15 Avqust
Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək
15:05
15 Avqust
Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb
14:49
15 Avqust
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14:31
15 Avqust
“Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kompleksi istifadəyə verilib
14:30
15 Avqust
SOCAR-ın idarə və müəssisələrində səyyar müşavirələr keçirilib
14:14
15 Avqust
Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək
14:09
15 Avqust
Rüfət Məmmədov: Azərbaycan daha beş ölkədə Ticarət Evi açacaq
14:04
15 Avqust
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
14:01
15 Avqust
Ölkə ərazisində havanın temperaturu 34 dərəcəyədək yüksələcək
12:49
15 Avqust
Badmintonçularımız Bolqarıstanda keçirilən beynəlxalq turnirdə iştirak ediblər
12:06
15 Avqust
“YARAT”da uşaqlar üçün növbəti ustad dərsləri təşkil ediləcək
11:48
15 Avqust
Bu gün UEFA Super Kubokunun 44-cü qalibi müəyyənləşəcək
11:33
15 Avqust
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il ötür
11:08
15 Avqust
Elnur Soltanov: Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək
11:04
15 Avqust
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hədəfi Xəzər dənizini ekoloji inkişaf və sabitlik zonasına çevirməkdir
10:49
15 Avqust
Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
10:46
15 Avqust
Bakı Beynəlxalq Caz Festivalının proqramı zəngindir
10:40
15 Avqust
Aydın Hüseynov: Zaman ulu öndər Heydər Əliyevin Xəzərin hüquqi statusuna dair ideyalarının həyatiliyini təsdiqlədi
10:30
15 Avqust
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər
10:28
15 Avqust
Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər
10:25
15 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub
17:53
14 Avqust
Bakı avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
17:48
14 Avqust
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
17:21
14 Avqust
Dünya Səhiyyə Təşkilatının Baş direktoru: Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir
17:07
14 Avqust
Türkiyənin Adnan Menderes Universitetinin nümayəndələri Bilik Fondunda olublar
16:55
14 Avqust
Sevinc Fətəliyeva: Sözügedən Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır
16:52
14 Avqust
Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir
16:06
14 Avqust
“Euronews” Bakıdakı “Yaşıl bazar”la bağlı süjet yayımlayıb
15:31
14 Avqust
Türkiyə dövlət istiqrazları və Rusiyadakı investisiyalar Neft Fondunun hazırkı investisiya strategiyası ilə uyğunluq təşkil edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA