Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Muxtar respublikaya gələn əcnəbilərin qeydiyyatının aparılması sadələşdirilib

Muxtar respublikaya gələn əcnəbilərin qeydiyyatının aparılması sadələşdirilib

16.04.2018 [17:03]

“Duzdağ” otelində mehmanxana nümayəndələrinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və qeydiyyat proseduru” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə xidmətin əməkdaşı Zakir Məmmədov çıxış edərək, muxtar respublikaya gələn əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyatının aparılması qaydaları haqqında məlumat verib.

Bildirilib ki, miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrindəki miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır.

Zakir Məmmədov muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Xidmət arasında yaradılmış “Elektron hökumət” portalı üzərindən gerçəkləşən elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rol oynadığını vurğulayıb.

Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov və “Duzdağ” otelin icraçı direktoru Novruz Novruzov çıxış edərək bildiriblər ki, mehmanxana təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Belə ki, burada turistlərə lazım olan əsas yerləşmə xidmətləri göstərilir. Bu baxımdan Naxçıvandakı mehmanxanalarda yaradılmış komfortlu şərait regiondakı turizm və qonaqpərvərlik xidmətlərinin yüksək səviyyəsindən xəbər verir. Bu otellərdə göstərilən xidmətlər, ümumilikdə, regionda turizmin inkişafına mühüm təsir edir.

Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növünün müəyyənləşdirildiyini diqqətə çatdıran Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Qiyas Paşayev deyib ki, artıq bu sahələr Xidmət tərəfindən avtomatlaşdırılıb, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə verilib. Həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, Azərbaycan Respublikası vətəndaşlığına bərpa, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarx nümayiş olunub.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31