Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri bu gün də yaşayır
A+   Yenilə  A-
Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri bu gün də yaşayır

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir. AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu, həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub. Bu gün özünü demokratiyanın keşikçisi kimi görən xalqların əksəriyyətinin demokratik prinsiplərlə tanışlığı çox-çox sonralar baş verib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova bildirib.

Milli Məclisin deputatı deyib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nın dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın bayrağıdır.

Başqa bir mühüm məqam ondan ibarətdir ki, 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr vermişdir. Əlbəttə, biz bu gün AXC-nin xalqımızın tarixi taleyində rolundan bəhs edərkən milli mənəvi dəyərlərimizin, tarixi kimliyimizin qorunması istiqamətində görülən işlərin də müstəsna əhəmiyyətini qeyd etməliyik. Belə ki, ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdur. O dövrdə təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olmuşdur. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. AXC parlamentinin 1919-cu ilin sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi Qanun isə ölkəmizdə milli təhsil sisteminin inkişafı və vətənpərvər milli kadrların hazırlanması baxımından müstəsna rola malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 1918-ci il 27 iyun tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanlarında və digər qurumlarda vəzifə daşıyanların ancaq bu dili bilənlər olacağı bəyan edilmişdir.

Təəssüf ki, növbəti işğal və müstəqil dövlətimizin süqutu AXC-nin başlatdığı bu geniş proseslərin yarımçıq qalmasına səbəb oldu. Bununla belə, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, sonradan Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında AXC-nin yaradılmasının mühüm rolu olmuşdur. Eyni zamanda, AXC-nin inzibati sərhədləri əsrin sonunda yenidən müstəqilliyini elan edən Azərbaycanın dövlət sərhədlərini müəyyənləşdirən hüquqi əsaslardan biri olmuşdur. Yəni, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Bütün bunlar bir daha AXC-nin Azərbaycanın dövlətçilik tarixində mühüm yerinin və rolunun nə qədər böyük olduğu qənaətini ifadə etməyə imkan verir.

Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli Liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir. Bu çərçivədə cari il ərzində geniş tədbirlər keçiriləcək ki, həmin tədbirlər vasitəsilə Azərbaycan xalqının zəngin tarixi, dövlətçilik ənənələri, demokratik inkişaf yolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Bəli, bu gün böyük qürurla deyirik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Baxmayaraq ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi, XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmuş, lakin çox qısa zaman sonra yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqil dövlətimiz əsrin əvvəllərində yaşadığı aqibətlə yenidən üz-üzə qala bilərdi. Artıq 27 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Bu gün ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü faktora çevrilib, bütün dünyada etibarlı ölkə kimi tanınır. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan o ölkələrdəndir ki, özünün milli maraqlarının keşiyində qətiyyətlə dayanır. Azərbaycan xalqı öz parlaq tarixi ilə hər zaman haqlı qürur duyur. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib ki, biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir.

 
  • Oxunub:  720  |  
  • Tarix:  16-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
15:31
19 Aprel
Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
15:28
19 Aprel
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaflığından danışılıb
14:59
19 Aprel
Pekində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib
14:49
19 Aprel
İordaniya Dövlət Televiziyası: “Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir”
14:44
19 Aprel
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
14:41
19 Aprel
Mübariz Qurbanlı: Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
14:35
19 Aprel
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub
14:32
19 Aprel
Azərbaycan ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək
14:30
19 Aprel
Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib
14:26
19 Aprel
Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14:22
19 Aprel
Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
14:19
19 Aprel
Azərbaycanın nümayəndə heyəti Beşinci Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forumda iştirak edir
14:17
19 Aprel
Qırğızıstanlı diplomat UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirib
14:10
19 Aprel
Mevlüt Uysal: Seçkilərdəki inamlı qələbə Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasında möhkəm birliyin təzahürüdür
14:08
19 Aprel
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
14:06
19 Aprel
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 516 milyon manatlıq məhsul istehsal edilib
14:04
19 Aprel
Prezident İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:03
19 Aprel
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
14:01
19 Aprel
TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb
13:58
19 Aprel
Hikmət Babaoğlu: İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
13:57
19 Aprel
Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları müzakirə olunub
13:55
19 Aprel
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13:51
19 Aprel
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
13:48
19 Aprel
Xətai rayonunda 81 minə yaxın sakin tibbi müayinədən keçib
13:46
19 Aprel
Lev Spivak: Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
13:43
19 Aprel
Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib
12:14
19 Aprel
Mübariz Qurbanlı: "Din xadimlərinə maddi dəstək veriləcək"
12:04
19 Aprel
Günəş elektrik stansiyalarında 7,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub
11:58
19 Aprel
Azərbaycanda propilen istehsalı 11,5 faiz artıb
11:54
19 Aprel
“700 min ağac əkək!” kampaniyası çərçivəsində Bərdədə növbəti aksiya keçirilib
11:46
19 Aprel
Vətən uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri keçirilir
11:42
19 Aprel
Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
11:26
19 Aprel
ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar
11:23
19 Aprel
İRƏVANDA SAXLANILANLARIN SAYI 91-Ə ÇATDI
11:21
19 Aprel
Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir postunu mənimsəməsinə etiraz edir
11:17
19 Aprel
Bu il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,2 milyon ton neft göndərilib
11:15
19 Aprel
Birinci rübdə Azərbaycanda 4,4 milyard kubmetr əmtəəlik təbii qaz istehsal edilib
11:07
19 Aprel
Dini radikalizmlə və ekstremizmlə mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür
10:52
19 Aprel
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi yaxşılaşdırılır
10:43
19 Aprel
Azərbaycan OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq
10:40
19 Aprel
Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi Bakıda keçiriləcək
10:30
19 Aprel
Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə dair “dəyirmi masa” keçirilib
10:27
19 Aprel
İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub
10:22
19 Aprel
Ermənistan silahlı bölmələri snayper tüfənglərindən və minaatanlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
10:20
19 Aprel
İsveçrə Prezidenti Alain Berset: İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur
10:15
19 Aprel
Tahir Rzayev: Ölkədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir
10:11
19 Aprel
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
10:08
19 Aprel
Yaponiyanın Baş naziri: Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA