Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azəbaycanın inkişaf yolunda inamla, «İlhamla irəli»

Azəbaycanın inkişaf yolunda inamla, «İlhamla irəli»

24.03.2018 [12:37]

Martın 23-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsi rayonun Ərəbmehdibəy, Qasımbəyli kəndlərində seçicilərlə görüşlər keçirib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş bu proqramın bundan sonra da davam etdirilməsi, dövlətimizin qüdrətinin və əzəmətinin artırılması məqsədilə seçicilərimiz bu siyasəti dəstəkləyəcək, növbəti 7 ildə də onun uğurla həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə layiqli namizədə - İlham Əliyevə səs verəcəklər: «Prezident İlham Əliyevin son 15 ildə həyata keçirdiyi qlobal layihələr ölkəmizin müstəqilliyini möhkəmləndirib və onu daimi edib. Azəbaycanın inkişaf yolunda daha inamla irəliləməsi, mövcud problemlərin həlli üçün cənab İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşməliyik. Bu səbəbdən də hər bir azərbaycanlının vətəndaşlıq borcudur ki, ölkəsinin cənab İlham Əliyev kimi alternativsiz liderini dəstəkləsin. Bununla da onlar həm dövlətin, həm də öz övladlarının işıqlı gələcəklərini təmin etmiş olacaqlar.»

Tədbirdə təbliğat–təşviqat qrupunun üzvləri Camaləddin Zeynalov, Tahir Xasi, Seyfəddin Abdullayev, Əmrulla Kərimov, Sehrayə Hümbətova çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin son 15 il ərzində gördüyü işlər haqqında söhbət açıblar.

Çıxış edən seçicilər 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar: «11 aprel prezident seçkilərini bütün ölkə əhalisi kimi biz ağsulular da səbirsizliklə gözləyirik. Hər bir kəs bu prosesdə fəal iştirak etməli, cənab İlham Əliyevi dəstəkləməlidir.»

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31