Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BAMF Braziliyada 8-ci Dünya Su Forumunda iştirak edir

BAMF Braziliyada 8-ci Dünya Su Forumunda iştirak edir

21.03.2018 [09:34]

Braziliyada Dünya Su Şurasının (DSŞ) təşkil etdiyi su ehtiyatları üzrə dünyanın ən böyük tədbirlərindən biri sayılan Səkkizinci Dünya Su Forumu öz işinə başlayıb.

Tədbirdə ölkəmizi, Azərbaycandan BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında əsas məşvərətçi statuslu beynəlxalq təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və onun köməkçisi Anastasia Lavrina təmsil edir.

BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumun rəsmi açılış mərasimində Braziliya Prezidenti Mişel Temer, dövlət başçıları, o cümlədən, Monako şahzadəsi Alber və Yaponiya şahzadəsi Naruhito ilə yanaşı, UNESCO-nun baş katibi Odri Azulay da iştirak edib.

Forum çərçivəsində Odri Azulay əhali artımı və iqlim dəyişikliyinin su təchizatı sahəsində yaratdığı problemlərin həllində su resurslarının idarə olunması üçün yeni həll yolları tapmağın zəruriliyi barədə danışıb.

Beş gün davam edən iclaslarda 160 ölkədən on mindən çox iştirakçı panel müzakirələrə qatılacaq.

BAMF nümayəndələri Azərbaycanın cəbhəyanı rayonlarında su təchizatı probleminin yaranmasına gətirib çıxaran, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarındakı ekoloji və humanitar fəlakət haqqında iştirakçılara məlumat verməyi planlaşdırır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalı nəticəsində meliorasiya və su ehtiyatlarının idarə olunması sistemi dağıdılıb, iqtisadiyyat və eləcə də, regionun ekoloji tarazlığı pozulub. Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində inşa edilmiş Sərsəng su anbarının suyundan düzgün istifadə olunmaması Azərbaycanın cəbhə bölgələrində yaşayan insanların öz torpaqlarını suvarmasına mane olur. Bu həm də təxminən 500 min insanın susuz yaşamağa məcbur olması deməkdir.

Avropa Şurası Parlament Assambleyası "Azərbaycanın sərhəd bölgələrində yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi" adlı 2085 saylı qətnamə qəbul edib ki, bu da Ermənistanın Azərbaycana qarşı ekoloji təcavüzü dayandırmasını tələb edir. Təəssüf ki, rəsmi Yerevan qətnaməni yerinə yetirmir.

BAMF dünya ictimaiyyətinin diqqətini Qafqazda, Yaxın Şərqdə, Afrikada davam edən münaqişələrə və onların dağıdıcı nəticələrinə, habelə su çatışmazlığına və regionun ekosisteminin məhv edilməsinə cəlb etməyə çalışır. Təcavüzkarlara qarşı dərhal tədbirlər görülməsə ekoloji fəlakətlər mövcud vəziyyəti daha da gərginləşdirəcək.

Səfər çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun istehsal etdiyi "Su-müharibə maşını" ("War- a war machine") kiçikmetrajlı filmi də forum iştirakçılarına nümayiş etdiriləcək. Filmin çəkilişləri Tərtər rayonun Ermənistan ordusu tərəfindən işğal olunan Azərbaycan ərazilərinə, cəbhə xəttinə yaxın kəndlərdə aparılıb. Məhz bu ərazilərin ekologiyası və insanları Ermənistan tərəfinin Sərsəng su anbarından gələn suyu buraxmaması nəticəsində daha çox əziyyət çəkir. Filmdə bu rayonların sakinləri ilə yanaşı dünyaca tanınmış media nümayəndəsi, beynəlxalq siyasi ekspert, Britaniya Lordlar palatasının fəxri jurnalisti Adel Dərvişin müsahibəsi də yer alıb.

Eyni zamanda, martın 22-də Dünya Su Günü qeyd olunduğu tarixdə bu günə həsr olunmuş xüsusi iclas keçiriləcək.

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31