Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sofiyada Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Sofiyada Novruz bayramına həsr olunmuş tədbir keçirilib

17.03.2018 [10:44]

Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bolqarıstanın Prezident Administrasiyasının, Xarici İşlər, Daxili İşlər, Təhsil və Elm nazirliklərinin, eləcə də digər dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanda akkreditə olunmuş diplomatik missiyaların və ali təhsil müəssisələrinin rəhbərləri, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxarieva və Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına göndərilmiş təbrik məktubları oxunub. Tədbirin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bildirib ki, Novruz 300 milyondan çox insanın qeyd etdiyi əziz bayramdır. Bu bayramın fəlsəfəsində məhz həmrəylik dayanır. Səfir qeyd edib ki, bu əziz bayramın missiyası insanlar arasında körpü və dialoq yaratmaqdan ibarətdir.

Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli hökmdar və şair Şah İsmayıl Xətainin “Dəhnamə” poemasında Novruzun fəlsəfəsinin gözəl təsvir olunduğunu bildirən səfir bu bayramın ümumbəşəri əhəmiyyətindən söz açıb. Səfir çıxışında Novruz bayramının Azərbaycanda qeyd olunması tarixindən də danışıb. O, BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğunu xatırladaraq Novruzu həmrəylik və birliyin rəmzi kimi dəyərləndirən təşkilatın sabiq Baş katibi Pan Gi Munun fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra bolqar musiqiçisi Minko Lambovun rəhbərliyi ilə musiqi qrupunun ifasında Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Rain Sultanov və digər caz musiqiçilərinin əsərləri səsləndirilib. Tədbir çərçivəsində N.Qurbanova Bolqarıstan Teleqraf Agentliyinə, Focus xəbər agentliyinə və “Lifestyle” jurnalına müsahibə də verib, Novruz bayramının tarixi, əhəmiyyəti, adət-ənənələri barədə danışıb. Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruzun rəmzləri olan şirniyyatlar təqdim edilib.

Tədbir Bolqarıstanın mətbuatında geniş işıqlandırılıb.

Paylaş:
Baxılıb: 278 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30