Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vyanada Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirlib

Vyanada Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirlib

17.03.2018 [10:31]

Martın 16-da Vyanada ALMA qalareyasında Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirilib. Avstriyada yaşayan həmyerlimiz Arzu Karunun hazırladığı təqdimatda Azərbaycanda ənənəvi qadın baş örtüyü barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bir çox Şərq və müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycan qadınları ipək saplardan toxunmuş və özünəməxsus naxışları olan baş örtüyünə - kəlağayıya üstünlük veriblər. Təqdimatda kələğayının tarixi ilə yanaşı onun istehsal, rənglənmə və naxışlanma üsulları, həmçinin ağac və metal qəlib formaları barədə danışılıb, müxtəlif ölçülü və rəngli kəlağayılar nümayiş etdirilib.

Həmçinin qeyd edilib ki, Azərbaycan kəlağayısı baş örtüyü olmaqla yanaşı, bir sıra rəmzi mənalar da daşıyıb. Bu örpəklər qadınların həya və ismət simvolu, eyni zamanda sülh və əmin-amanlıq rəmzidir.

Sonra kəlağayının istehsalı, rənglənməsi və naxışlanmasını, eləcə də baş örtüyü kimi bağlanma üsullarını əks etdirən videoçarxlar göstərilib. Azərbaycanın milli-mədəni dəyərlərindən biri olan bu örpəklərlə bağlı təqdimatda "Basqal" kəlağayı emalatxanasının kəlağayılarından ibarət kolleksiya da nümayiş olunub.

Tədbirdən sonra qonaqlara Novruz şirniyyatları təqdim olunub, Azərbaycan milli musiqisi səsləndirilib.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30