Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Kərimli xalqın onu dəstəkləmədiyini necə etiraf etdi, yaxud ictimai rəylə manipulyasiya etmək artıq mümkün deyil
A+   Yenilə  A-
Əli Kərimli xalqın onu dəstəkləmədiyini necə etiraf etdi, yaxud ictimai rəylə manipulyasiya etmək artıq mümkün deyil

Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mətbuat orqanlarının birinə müsahibə verib. Müsahibədə o, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı iştirak məsələlərinə toxunaraq seçkini boykot etdiyini elan edib. Əlbəttə ki, bu qərar heç kəsdə təəccüb doğurmur. Bu qərar dəfələrlə Azərbaycanın ən müxtəlif analitik mərkəzləri tərəfindən müxtəlif formalarda izah olunub və bütün bu izahlarda əsas arqument kimi bu şəxsin rəhbərlik etdiyi siyasi təşkilatın elektoratının siyasi prosesdə iştiraka hazırlığının olmadığı göstərilib. Əlbəttə ki, bunu fərqli qiymətləndirənlər də var. Belə ki, təkcə siyasi hazırlığın olmaması məsələsi deyil, bütövlükdə siyasi aktiv elektorat tərəfindən bu təşkilatın prsinsipsizliyinin qəbul edilməməsi, bu təşkilatın fəliyyətinin Azərbaycanın milli maraqları ilə uzlaşmaması, bu təşkilatın süni siyasi mühacir ixracı ilə məşğul olması və beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə Azərbaycana qarşı antitəbliğat aparması faktı ilə izah olunur. Ancaq məsələ ondandır ki, bütün bunları gizlətməyə çalışan Əli Kərimli müsahibəsində yol verdiyi bu antimilli və dövlətçilik maraqlarına qarşı yönəlmiş fəaliyyətini, sadəcə, ölkədə demokratik ab-havanın olmaması kimi fikirlərlə ört-basdır etməyə cəhd göstərir.
Əvvəla, seçkilərin demokratik keçirilib-keçirilməməsinə qiyməti xalq, cəmiyyət, obyektiv siyasi institutlar və beynəlxalq təşkilatlar verir. Ə.Kərimli isə həmişə olduğu kimi, yenə subyektiv mövqedən çıxış edərək həqiqəti demir.
Kərimlinin birinci arqumenti ondan ibarətdir ki, guya seçkilərin demokratik keçirilməsi üçün ölkədə demokratik əsaslar yoxdur. Ancaq bütün beynəlxalq təşkilatların və Azərbaycan cəmiyyətinin aktiv siyasi institutlarının, qeyri-hökumət təşkilatlarının mövqeyi bunun tamamilə əksinədir. Çünki seçkinin demokratik keçirilməsi üçün tələb olunan ilk şərt sabitlikdir. Azərbaycan dövləti isə elə Kərimlinin özünün ifadə etdiyi kimi, sabitlik adasıdır. Bu faktın özü də istər beynəlxalq aləm, istər regional ölkələr, istərsə də cəmiyyət tərəfindən qətiyyətlə vurğulanır.
İkincisi, seçkinin demokratik keçirilməsini təmin edən hüquqi bazanın mövcud olmasıdır. Üçüncü və ən mühümü isə, bu prosesin demokratikliyini təmin edəcək müxtəlif demokratik institutların fəallığı və seçki prosesində öz mövqelərini bildirməsi, nəhayət, seçkiyə münasibətdə Azərbaycan xalqının öz siyasi iradəsini ortaya qoymasıdır. Hazırda isə bu şərtlərin hamısı seçkiöncəsi mərhələdə mövcuddur. Belə olduqda Kərimli Azərbaycan ictimai rəyilə manipulyasiya edərək onu çaşdırmağa cəhd göstərir. Ancaq heç bu manipulyasiyanı da doğru-dürüst və inandırıcı şəkildə edə bilmir. Çünki bir yalanı danışarkən onu gerçək kimi göstərmək üçün digər yalana əl atmalı olur. Yalanı yalanlarla əsaslandırmaq taktikası isə Azərbaycan cəmiyyəti üçün keçərli deyil. Çünki Azərbaycan cəmiyyətinin ictimai yaddaşı çox dərindir, kifayət qədər intellektualdır. Dərindir ona görə ki, bu gün də Azərbaycan cəmiyyətində seçkiyə və liderə olan münasibətin əsası müstəqillik dövründən başlayır. Elə yeni gələn gənc nəsil elektorat da bu əsaslara söykənərək siyasi sistemdə baş verən hadisələrə münasibətini müəyyənləşdirir, öz liderini müəyyənləşdirərkən dediyimiz əsaslardan çıxış edərək proseslərə qoşulur. Ona görə də 90-cı illərin əvvəllərində Kərimlinin də daxil olduğu siyasi komandanın sonrakı mərhələdə Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirməsi, ölkədə anarxiya yaratması dövləti qeyri-peşəkar formada idarə etməsi ancaq bütün bunları daima müxtəlif qeyri-real arqumentlərlə əsaslandırmağa çalışması Azərbaycan seçicisinin gözündən yayınmır. Amma çox təəssüf ki, hamı bunu dərk etdiyi halda, Kərimli bunu dərk etmir və yenidən 1993-cü ildən bu günə qədər davam etdirdiyi manipulyasiya vasitələri ilə Azərbaycan cəmiyyətinin ictimai rəyini aldatmağa çalışır.
Az qala hər həftəsonu sərbəst toplaşma azadlığından istifadə edən Əli Kərimli nəyə görə sərbəst toplaşma hüququnun olmadığından danışır?
Hamıya bəllidir ki, az qala hər həftəsonu Əli Kərimli müxtəlif bəhanələrlə mitinq keçirməyə çalışır. Ancaq bu, uğurlu alınmır. Çünki onun çağırışı ilə mitinqə gələnlərin sayı 1000-1500 nəfəri keçmir. Ancaq Əli Kərimli bunu guya Azərbaycan cəmiyyətində xalqın sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi qələmə verir. Ancaq hər bir Azərbaycan vətəndaşı görür ki, az qala hər həftənin sonu bu qüvvələrə mitinq üçün icazə verilir, şərait yaradılır, təhlükəsizlikləri təmin olunur. Lakin bu mitinq heç cür alınmır ki, alınmır. Hər növbəti cəhd digərindən uğursuz olur. Bunun səbəbi isə sərbəst toplaşmaq azadlığı ilə bağlı deyil. Bunun səbəbi Kərimlinin cəmiyyət tərəfindən, elektorat tərəfindən qəbul olunmamasıdır.
Əslində xalq Əli Kərimlini boykot edir. Belə olanda onun nəyi isə boykot etməsi qeyri-ciddi görünür
Kərimli qeyd edir ki, Azərbaycan xalqı mitinqlərə aktiv şəkildə qoşulmur. Xalqın mitinqə kütləvi şəkildə qatılmamasının səbəbinə gəldikdə isə, Azərbaycandakı real vəziyyəti geopolitik vəziyyətdən izah edir, düşünürük ki, bu da doğrudur. Çünki ölkədəki vəziyyət sabitdir, həqiqətən də, mitinqləri zəruri edəcək qədər və hakimiyyətdən kütləvi narazılıqlar yaradacaq qədər əsas yoxdur. Çünki Azərbaycan cəmiyyətində hər bir şəxs özünün azadlıqlarının hüquqlarının təmin olunduğunu dərk edir və eyni zamanda, sosial və maddi problemlərin həlli ilə bağlı ciddi dövlət siyasətinin həyata keçirildiyini görür, ona görə də Azərbaycandakı real vəziyyəti qiymətləndirərək bu qərarı qəbul edir. Çünki Azərbaycan çox nadir ölkələrdəndir ki, orada işsizliyin və yoxsulluğun faizi 5 faizdən aşağıdır. İkinci səbəb isə, əlbəttə ki, doğrudan da, geopolitik səbəbdir. Savadlı Azərbaycan cəmiyyəti dərk edir ki, geopolitik vəziyyət olduqca gərgindir, xüsusən mənşə etibarilə eyni mədəniyyətə, ortaq dini və tarixi mədəniyyətə mənsub olduğumuz geopolitik coğrafiyada qlobal mərkəzlər süni şəkildə qarşıdurma yaradırlar və lidersizləşdirmə və dövlətsizləşdirmə siyasəti həyata keçirərək xalqın resurslarını istismar edirlər. Dövləti dağıdırlar və müxtəlif enik əlamətlərə görə (məsələn, məzhəb əlamətlərinə görə) cəmiyyətdə daxili qarşıdurma yaratmaqla funksional dövləti sıradan çıxararaq, əhalini idarə olunan icmalara bölərək xaosu həyata keçirirlər. Azərbaycan xalqı bunun fərqindədir, ona görə də düşünür ki, Əli Kərimlinin bu etirafı da doğrudur ki, Azərbaycan xalqı mövcud geopolitik reallığı nəzərə alaraq kütləvi şəkildə mitinqlərə çıxmır və buna ehtiyac görmür.
Belə olan halda, Kərimli, əslində, seçki prosesini boykot etmir, Azərbaycan xalqı Kərimlini və onun ətrafında olan bir qrup insanın fəaliyyətini boykot edir. Əks təqdirdə Azərbaycan xalqı elə seçkiyə getdiyi fəallıqla Kərimli mitinqinə də gələr. Çox təəssüf ki, bu dəmir məntiq onun gözündən yayınır. Amma ədalət naminə qeyd edək ki, bu ötən illər ərzində Kərimli müəyyən şeyləri etiraf etməyi də öyrənmişdir. Biz düşünürük ki, bu, pozitiv istiqamətdə müəyyən ümidlər yaradır ki, bu etiraflar gələcəkdə daha geniş miqyasda olacaq.
“Siyasi məhbus” silahı antimilli mərkəzlərin “yumşaq güc” vasitəsi kimi artıq effektiv deyil
Müsahibəsinin başqa bir yerində Kərimli siyasi məhbus məsələsinə toxunur və Azərbaycanda guya siyasi məhbus olduğunu diqqətə çatdırmağa cəhd göstərir. Uzun illərdir ki, Azərbaycan siyasi münasibətlərinə xüsusi termin kimi daxil olan siyasi məhbus termininin nə Avropa hüququnda, nə milli hüquqda heç bir əsası yoxdur. Eyni zamanda, Azərbaycanı bu məsələ ilə bağlı ittiham edən bəzi beynəlxalq təşkilatlarda olan ayrı-ayrı anti-azərbaycançı mərkəzlərin ən intellektual, hüquqi baxımdan ən savadlı olan şəxsləri belə siyasi məhbus anlayışını, onun kimə şamil edildiyini izah edə bilmirlər. Ona görə də artıq Kərimliyə direktiv göndərən xarici mərkəzlər bu ifadəni işlətməkdən yavaş-yavaş imtina edirlər. Ancaq görünür ki, qeyri obyektiv heç bir əsası olmayan terminin leksikonundan çıxarılması və işlədilməməsi üçün Kərimliyə hələ bir neçə il də lazım olacaq. Çünki siyasi məhbus termini qlobal və imperialist mərkəzlərin gücü olmaqla cəmiyyətdə qarşıdurma yaratmaqda silah kimi istifadə olunur.
Tərəfdarı olmayan siyasətçi hakimiyyətə iddia edə bilməz
Kərimli ölkədə demokratik seçkilərin keçirilməsi şəraitinin olmaması ilə bağlı öz məntiqinə görə məsələləri şərh edərkən iddia edir ki, Azərbaycanda bu seçkiləri keçirmək mümkün deyil. Bu prosesdə təbliğat-təşviqat kampaniyasının müddətinin az olmasını bəhanə gətirir. Biz bilirik ki, min nəfərə yaxın insan mitinqlərə gəlir. Lap tutaq ki, Əli Kərimlinin dediyi kimi, mitinqlərə 10 min nəfər adam gəlir. Bu, kifayət qədər az rəqəmdir. Demokratiya çoxluğun hakimiyyətidir, azlığın deyil. Kərimli özü də etiraf edir. Deyir ki, 10 min nəfərlə hakimiyyəti dəyişikliyə məcbur etmək olmaz, əgər siz praqmatik siyasətçi kimi bunu dərk edirsinizsə, onda niyə tərəfdarlarınızın sayını artırmaq barədə düşünmürsünüz?
Tam əksinə, anti-azərbaycançı mərkəzlərdən aldığınız tapşırıqlarla və direktivlərlə hərəkət etməyə çalışırsınız. Axı siz uzun müddət Azərbaycan siyasi həyatına özünüzü yamamağa çalışırsınız. Bu illər ərzində əldə etdiyiniz “təcrübə” belə şeylərin fərqində olmağı sizə öyrətməli idi. Madam ki, çoxluq sizin tərəfinizdə deyil, demək ki, başqa bir liderin tərəfindədir və bu tərəfi siz çox gözəl bilirsiniz. Xalqın yanında olduğu və lider kimi mənimsədiyi tərəf bugünkü hakimiyyətdir.
Azərbaycanın siyasi sistemi demokratikdir, çoxpartiyalıdır və plüralistdir
Ölkəmizdə digər siyasi azlıqların prezidentliyə namizədliyinin irəli sürülməsi, həmçinin qeydə alınması üçün hüquqi əsaslar yaradılır və bu gün artıq biz bilirik ki, Azərbaycanda xeyli müxalif namizədlər prezident seçkilərində iştirak emək üçün qeydə alınıb. Bir ovuc azlıqla sizin Azərbaycanda demokratik seçki keçirilib-keçirilməməsi ilə bağlı rəyiniz ictimai əhəmiyyətli olmayacaq. Nə də beynəlxalq təşkilatlar adı ilə müxtəlif qeyri-hökumət təşkilatlarının Azərbaycanın seçki prosesini şantaj etdiyi rəylərdən sizə bir mədət olmayacaq. Ona görə ki, Azərbaycanda seçkinin taleyini nə bir qrup marginalın rəyi, nə də hansısa anti-azərbaycançı mərkəzlərin beynəlxalq təşkilat adı ilə cəmiyyətə sırınan rəyi müəyyənləşdirir. Azərbaycanda demokratiyanın legitimliyi Azərbaycan xalqının iradəsi ilə formalaşdırılır ki, onun iradəsi də seçkilər vasitəsilə ortaya çıxır. Bir sözlə, Azərbaycanın siyasi sistemi demokratikdir, çoxpartiyalıdır və plüralistdir. Yəni, bu ittihamların heç bir əsası yoxdur. Yaxşı olar ki, seçkidə nəyə görə iştirak etmədiyinizi bizim də səslənən arqumentlərə görə səmimi şəkildə qəbul edəsiniz və deyəsiniz ki, bizim elektoratlarımız yoxdur, biz buna görə də seçki prosesində iştirak etmək istəmirik.
Başqa bir yerdə Ə.Kərimli sanki bu fikirlərin təsdiqi kimi çıxış edib ki, hansı səbəblərdən xalq onlara qoşulmur. Bu səbəbləri, məncə, Kərimli hamıdan yaxşı bilir. Birincisi, bu səmimi etiraf çox yaxşıdır ki, xalqın onlara qoşulmadığını etiraf edir, yaxşı olardı ki, niyə qoşulmadığını da etiraf edəydi. Xalq bilir ki, hakimiyyətdə olduğu dövrdə AXCP-”Müsavat” cütlüyü ölkədə qarşıdurma yaradıb, milli sərvətlərimizi talayıb, Azərbaycanı beynəlxalq güclərin poliqonuna çevirib və s. Bütün bunları yadında saxlayan Azərbaycan xalqı, əlbəttə ki, sizə ikinci şansı verməyəcək. Siz də bilirsiniz ki, uğursuzluğunuzun səbəbi həm ötən illərdəki fəaliyyətinizlə, həm də sonrakı mərhələdə heç olmasa baş verən proseslərdən nəticə çıxarıb düzgün siyasi kurs müəyyənləşdirə bilməməyinizlə bağlıdır.
Və sonda...
Əli Kərimliyə bəzi xatırlatmaları etməyi də özümüzə borc bildik. Onun siyasi fəhminin bu qədər zəif ola biləcəyini güman etsək də, artıq faciəvi hal aldığını düşünməzdik. Bəzi məqamlarda özünün hisslərinə, emosiyalarına qapılaraq daha “uzaqlara” gedib çıxan Kərimli gah özünü ifşa edir, gah boykot qərarı ilə bağlı cəmiyyətin fikrini bilərəkdən və ya bilməyərəkdən təsdiqləyir, gah da başqalarının qazandıqlarını belə özünün adına çıxmağa çalışır.
Məsələn, Əli Kərimli bildirir ki, seçkilərin payızda deyil, aprel ayında keçirilməsi onlara seçicini “özlərinə inandırmaq üçün” zaman məhdudiyyəti yaradır. Demək ki, aradakı zaman müddətinin 5 ay olduğunu nəzərə alsaq, Əli Kərimli böyük zaman itkisinə uğradığını fikirləşir və anlatmağa çalışır. Bəs bu adam, görəsən, arxada qoyduğu illərdə nə ilə məşğul olub? Özü müsahibəsində 2000-ci ildən partiya sədri olduğunu bildirir. Ötən 18 ildən bu yana Kərimli siyasi fəaliyyətlə məşğul olmayıbmı?
Və ya Əli Kərimli iddia edir ki, hakimiyyətdə çox qalmaq qeyri-demokratiklik göstəricisidir. Bu gün Qərbi Avropada artıq 15 ilə yaxındır ki, hakimiyyətdə olan siyasi qüvvələr və liderlər var. Demək ki, həmin siyasi qüvvələr və ya liderlər qeyri-demokratikdirmi?
Ən nəhayət, Kərimli iddia edir ki, 2005-ci ildə o, rəsmi mandat qazanıb və ondan imtina edib. Əli Kərimli ya ötən 13 ildə unutqanlıq xəstəliyinə düçar olub, ya da keçmiş müttəfiqinin haqqını yeməyə çalışır. Kərimlinin diqqətinə çatdırmaq istərdik ki, 2005-ci ildə mandatdan imtina edən şəxs onun keçmiş müttəfiqi Lalə Şövkət Hacıyeva olub.
Bir kiçik xatırlatma da... Elə həmin seçkidə Əli Kərimlinin də daxil olduğu blokun qərarlarına zidd olaraq parlamentin fəaliyyyətinə qatılan Cəmil Həsənli indi Əli Kərimlinin müttəfiqinə çevrilib...
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  5310  |  
  • Tarix:  17-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA