Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanlı şəhid övladları Türkiyədədirlər

Azərbaycanlı şəhid övladları Türkiyədədirlər

16.03.2018 [12:10]

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilir.

Layihə çərçivəsində azərbaycanlı şəhid övladları Ankara şəhərinə gəliblər.

Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova deyib ki, layihə Türkiyə Nazirlər Kabinetinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Məqsəd Türkiyə və Azərbaycanda olan şəhid uşaqlarını iki ölkənin tarixi və mədəni abidələri ilə tanış etmək, şəhidlərimizin övladlarını görüşdürməklə onların arasındakı qardaşlıq duyğularını gücləndirməkdir.

Şəhid övladları səfər çərçivəsində ASELSAN şirkətində olublar. Onlara şirkət haqqında məlumat verilib. Daha sonra uşaqlar Azərbaycanın Türkiyədəki səfirliyində olublar. Səfirliyin müşaviri Ramil Qurbanov layihənin əhəmiyyətindən danışıb və azərbaycanlı şəhid övladlarını səfirlikdə görməkdən məmnun olduqlarını söyləyib.

Sənaye və Texnologiya Muzeyi ilə tanış olan azərbaycanlı şəhid övladları 15 iyul şəhidlərinin ailələri ilə də görüşüblər.

Martın 27-dək davam edəcək səfər zamanı 38 azərbaycanlı şəhid övladı Türkiyənin 6 şəhərində bir sıra görüşlər keçirəcək, gəzməli-görməli yerlərdə olacaqlar.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30