Ana səhifə »  Qəzetin pdf formatı »  31 mart soyqırımı erməni vandalizminin növbəti nümunəsidir
A+   Yenilə  A-
31 mart soyqırımı erməni vandalizminin növbəti nümunəsidir

31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır
Bəllidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Onlar bu məqsədlə misli görünməmiş metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq “Böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
31 mart soyqırımının coğrafiyası Bakı ilə məhdudlaşmır
Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdılıb. Məlumat üçün qeyd edək ki, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.
31 mart soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Mart hadisələrinin əsas təşkilatçısı olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”.
Göründüyü kimi, ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti sistemli xarakter daşıyıb və bu, erməni vandalizminin növbəti nümunəsi olmaqla yanaşı, bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir.
Ermənilərin xalqımıza qarşı soyqırımı aktları sonrakı dövrdə də davam edib
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb.
Xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib.
1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir.
Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub. Məhz bütün bu faktlar onu göstərir ki, ermənilər tarix boyu xalqımıza qarşı müxtəlif xarakterli soyqırımları törədiblər.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.
Göründüyü kimi, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilmiş bütün faciələr kimi, 31 mart soyqırımına da ilk dəfə siyasi və hüquqi qiymət verilməsinə nail olub.
Hazırda Azərbaycan həqiqətlərinin, o cümlədən 31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu soyqırımına dair həqiqətlərin dünyaya çatdırılması vasitəsilə ermənilərin formalaşdırdıqları stereotiplər dağıdılır, xalqımıza qarşı törədilmiş qətllər bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə tədbirlər planına müvafiq işlər görülür.
Ümumiyyətlə, görülən işlərin qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq qətnamələr qəbul olunur. Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görülür. Yeri gəlmişkən, Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Bütövlükdə, 1918-ci il 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır. Məhz Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  2640  |  
  • Tarix:  13-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır

17:47
14 İyun
Eldar İbrahimov: 15 iyun 1993-cü il əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir
17:45
14 İyun
Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
17:39
14 İyun
Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri
17:35
14 İyun
Tarix Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
17:22
14 İyun
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
17:20
14 İyun
Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
17:17
14 İyun
Bayram günlərində Bakı metrosu xüsusi rejimdə çalışacaq
17:14
14 İyun
Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib
17:07
14 İyun
XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır
17:01
14 İyun
İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb
16:35
14 İyun
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
16:27
14 İyun
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
16:18
14 İyun
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
16:14
14 İyun
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır
16:11
14 İyun
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
16:05
14 İyun
Denis Daniilidis: "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır
15:54
14 İyun
Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfəyədək artıb
15:44
14 İyun
Azərbaycan Texniki Universitetində yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir
15:20
14 İyun
Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb
15:16
14 İyun
Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
15:08
14 İyun
Sevinc Fətəliyeva: TANAP Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub
14:57
14 İyun
Əli Əhmədov: Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur
14:52
14 İyun
Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub
14:51
14 İyun
Baş nazirin müavini: Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər
14:47
14 İyun
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
14:35
14 İyun
Əli Əhmədov: Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var
14:34
14 İyun
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14:28
14 İyun
Bakıda ilk dəfə "CANSO-2020" Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
14:23
14 İyun
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14:17
14 İyun
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir
14:16
14 İyun
Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub
14:09
14 İyun
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd edilib
14:05
14 İyun
Dövlət Statistika Komitəsində Milli Qurtuluş Günü qeyd olunub
12:39
14 İyun
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib
12:33
14 İyun
"Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarının yeni standartları ilə bağlı tanışlıq turu keçirilib
12:08
14 İyun
SOCAR-ın prezidenti: TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir
12:07
14 İyun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edəcək
11:53
14 İyun
Gürcüstandakı azərbaycanlı ağsaqqallarla görüş olub
11:49
14 İyun
Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq
11:42
14 İyun
Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək
11:31
14 İyun
Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir
11:12
14 İyun
Bu gün respublikanın ümumtəhsil məktəblərini bitirən 80 mindən çox məzun üçün “son zəng” çalınır
10:55
14 İyun
Təhsil naziri məzunları təbrik edib
10:52
14 İyun
İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır
10:40
14 İyun
Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub
10:28
14 İyun
Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib
09:57
14 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 82 dəfə pozub
09:40
14 İyun
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
09:39
14 İyun
İspaniya mətbuatı TANAP layihəsinin açılış mərasimindən yazır
09:35
14 İyun
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
09:30
14 İyun
Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi İtaliya KİV-lərinin diqqətindədir
09:21
14 İyun
Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar gümüş nişan buraxılıb
18:00
13 İyun
Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
17:59
13 İyun
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb
17:58
13 İyun
Regional İnkişaf İctimai Birliyi Astarada turizm bələdçiləri üçün tematik tur təşkil edib
17:50
13 İyun
Məlahət İbrahimqızı: Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir
17:48
13 İyun
Rauf Əliyev: Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir
17:41
13 İyun
Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıblar
17:38
13 İyun
Xələf Xələfov: "Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulur"
17:26
13 İyun
Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma protokolları imzalanıb
17:24
13 İyun
Cənub Qaz Dəhlizi Avropada mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək
17:17
13 İyun
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq
17:14
13 İyun
Ekspert: TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir
16:55
13 İyun
Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib
16:51
13 İyun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
16:46
13 İyun
Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər
16:40
13 İyun
Çiğdem Şahin: Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini ciddi qəbul etmirəm
16:30
13 İyun
15-18 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür
16:12
13 İyun
ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər
16:09
13 İyun
Milli Qurtuluş Günü dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA