Ana səhifə »  Qəzetin pdf formatı »  Mingəçevir “ASAN Həyat” kompleksi 337 mindən çox vətəndaşa xidmət göstərir
A+   Yenilə  A-
Mingəçevir “ASAN Həyat” kompleksi 337 mindən çox vətəndaşa xidmət göstərir

Media nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub
Son illər ölkəmizdə iqtisadi inkişafa nail olunmaqla yanaşı, mütərəqqi xarakterli sosial layihələr də uğurla həyata keçirilir. Bu sırada dünyaya Azərbaycan brendi kimi təqdim olunan “ASAN Xidmət” nümunəsi böyük maraq doğurur. Müvəffəqiyyətlə reallaşdırılan layihənin əsas məqsədi vətəndaşlara göstərilən müxtəlif xidmətlərin səviyyəsini ən yüksək həddə qədər yüksəltməklə əlavə xərclərin və vaxt itkisinin azaldılmasına, dövlət strukturlarına etimadın artırılmasına, şəffaflığın təmin olunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, bütövlükdə xidmət sahələrində aparılan genişmiqyaslı islahatların səmərəliliyinə nail olmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb. Agentlik “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində təmsil olunan dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və nəhayət, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir. Xidmətin mütərəqqi forması kimi fəaliyyət göstərən “ASAN Xidmət” dövlətin öz vətəndaşına qayğı və diqqətinin ifadəsi kimi qiymətləndirilir. Agentlik yarandığı 6 il ərzində böyük uğurlara imza atıb. Son illər “ASAN Xidmət”in əhatə dairəsi sürətlə genişlənib. Mingəçevir “ASAN Həyat” kompleksi ölkəmizdə fəaliyyət göstərən sayca 13-cü regional qurumdur. Onlardan 5-i Bakıda, digər 8-i isə regionlarda - Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevirdə yerləşir.

Prezident İlham Əliyev fevralın 27-də Mingəçevir şəhərinə səfəri çərçivəsində yüksək zövqlə inşa edilən, bu gözəl diyarın hüsnünə yeni naxış vuran “ASAN Həyat” kompleksinin açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olub. Mingəçevir “ASAN Həyat” kompleksi martın 12-dən başlayaraq vətəndaşlara uğurla xidmət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 13-də KİV nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub, mətbuat konfransı keçirilib.

Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib ki, Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyətə başladığı gündən bəri bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib. Mingəçevir regional “ASAN Həyat” kompleksində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət təqdim olunur. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Anar Hüseynov bildirib ki, kompleksdə çalışan əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərir. Mərkəzin müasir üslubda inşa olunmuş möhtəşəm üçmərtəbəli binası yaraşığı, gözəl görkəmi ilə göz oxşayır.

Qeyd edək ki, mərkəzdə xidmət göstərən dövlət orqanlarının əhatə dairəsi kifayət qədər genişdir. Burada Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər. Bundan əlavə, mərkəz 68 növ funksional yardımçı xidmət (bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları) də həyata keçirir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan mərkəzin fəaliyyətinin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, dövlət məmuru-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır.

Mingəçevir “ASAN Həyat” kompleksinin ilk müştərisi olan İlqar Həsənli jurnalistlərə müsahibəsində deyib: “16 yaşı tamam olan oğlum Fərid üçün şəxsiyyət vəsiqəsi aldım. Doğrusu, burada təsəvvürümə gətirə bilmədiyim bir mühitə düşmüşəm. Bizə göstərilən yüksək nəzakətdən, qayğı və diqqətdən çox məmnunuq. Vaxt itirmədən şəxsiyyət vəsiqəmi aldım. Burada xidmət həqiqətən də çox sadələşdirilib və asanlaşdırılıb. Bura gələn vətəndaşların rahatlığı və xidmətdən razı qalmaları üçün ən ideal şərait yaradılıb. Bizə yaradılan şəraitə görə Prezidentimizə təşəkkür edirik.”

Akif Qəmbərov də Mingəçevir sakinidir. “Birinci dəfədir ki, “ASAN xidmət” mərkəzinə üz tuturam. Bir çox idarələrdə olmuşam. Heç bir yerdə belə şərait, belə nümunəvi kompleks xidmət görməmişəm. Gəlişimin məqsədi Rusiyadan mənə göndərilən sənədi tərcümə etdirərək notariusda təsdiqlətməkdir. Nə vaxt itirdim, nə də əlavə vəsait xərclədim. “ASAN Həyat”, sözün həqiqi mənasında, alqışa layiqdir”, - deyə o bildirib.

Qeyd edək ki, Mingəçevir “ASAN Həyat” kompleksinin nəzdində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektləri də fəaliyyət göstərir. Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, kinoteatr, “ASAN Peşə” və “ASAN Kafe” istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi üçün ayrılan 1,21 hektar ərazidə park, fontan və oturacaqlar, avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası salınıb.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  13-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA