Ana səhifə »  Qəzetin pdf formatı »  Məntəqə seçki komissiyalarının sədr və üzvləri maarifləndirilir
A+   Yenilə  A-
Məntəqə seçki komissiyalarının sədr və üzvləri maarifləndirilir

47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasında (DSK) məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün təşkil edilən maarifləndirici treninqlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 13-də keçirilən treninqdə plana uyğun olaraq daha 6 məntəqə seçki komissiyasının sədrləri və üzvləri iştirak edib. 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədov Mərkəzi Seçki Komissiyasının təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin əhəmiyyətindən danışıb. Məlumat verilib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən yerlərdə keçirilən treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. İştirakçılar səsvermə günü seçki məntəqələrinin açılışına hazırlıqla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırılır. Həmçinin seçki günü əsas qanunamüvafiq seçki hərəkətləri, eləcə də qanunsuz hərəkətlərin qarşısının alınması barədə məlumat verilir.

Treninqdə 47 saylı Mingəçevir seçki dairəsi DSK-nın treninq qrupunun üzvü Ramiz İbrahimli çıxış edərək prezident seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması prosesi və səsvermənin nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən danışıb.

Tədbirdə seçici siyahıları ilə iş qaydasından və seçici siyahılarının dəqiqləşdirilməsindən də söz açılıb. Diqqətə çatdırılıb ki, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasında seçici siyahıları və bildirişlər artıq hazırdır. Seçicilərin hamısının adı seçici siyahısında öz əksini tapıb. Bildirişlərin qanunda nəzərdə tutulmuş vaxtda seçicilərə çatdırılması təmin olunacaq.

Çıxış edənlər prezident seçkilərinin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasının önəmini qeyd ediblər. Bildirilib ki, səsvermə günü qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq. Seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.

Sonra trenerlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Treninqlər zamanı hər bir məntəqə seçki komissiyası üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilir.

DKS sədri Oqtay Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qeyd edib ki, aprelin 11-də dairə üzrə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri uğurla aparılır. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. 37 min 490 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 408 nəfəri ilk dəfə səs verəcək gənclər, 493 nəfəri yaşı 80-dən yuxarı olan insanlardır. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib.

Aşağı seçki komissiyaları üçün treninqlər martın 12-dən 14-dək 47 saylı Mingəçevir seçki dairəsi üzrə 30 məntəqə seçki komissiyasının sədri və 150 üzvü üçün müvafiq qaydada davam edəcək. Martın 14-də daha 12 məntəqə seçki komissiyasının nümayəndələri treninqlərə cəlb olunacaq.

Qeyd edək ki, treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunur.

 
  • Oxunub:  3870  |  
  • Tarix:  13-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

12:52
10 Dekabr
YAP Ağstafa rayon təşkilatında “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda anım tədbiri keçirildi
12:48
10 Dekabr
Türkiyəli nazir: Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır
12:46
10 Dekabr
Səbail rayonunda payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı iclas keçirilib
12:33
10 Dekabr
Şamil Ayrım: Heydər Əliyev şəxsiyyətinin ucalığı hər zaman xalqlarımız tərəfindən ehtiramla xatırlanacaq
12:26
10 Dekabr
Pərviz Şahbazov: 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır
12:24
10 Dekabr
Ölkəmiz Vyanada “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub
12:18
10 Dekabr
Misir və Livan mətbuatı ulu öndər Heydər Əliyev haqqında silsilə məqalələr yayıb
12:16
10 Dekabr
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
12:04
10 Dekabr
AMEA-da “Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda elmi konfrans keçirilib
11:51
10 Dekabr
BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda müzakirələr aparılıb
10:54
10 Dekabr
Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb
10:51
10 Dekabr
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:49
10 Dekabr
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10:47
10 Dekabr
Hafiz Paşayev: ADA Universitetinin kampusu yaşıl enerji və smart texnologiyası əsasında qurulub
10:46
10 Dekabr
Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya müxtəlif sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verəcək
10:43
10 Dekabr
Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:38
10 Dekabr
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb
10:35
10 Dekabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunub
10:30
10 Dekabr
Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər
10:14
10 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub
09:37
10 Dekabr
Boqotada Kolumbiya KİV nümayəndələrinə Azərbaycan haqqında geniş məlumat verilib
09:29
10 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
09:27
10 Dekabr
Elçin Mirzəbəyli: Ermənistan təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yox, həm də MDB-də təklənir
09:26
10 Dekabr
Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
09:23
10 Dekabr
Mixail Qusman: AZƏRTAC mötəbər informasiya mənbəyidir
14:32
08 Dekabr
Hikmət Babaoğlu: Ermənistan hər dəfə Azərbaycanın diplomatik həmlələri ilə autsayder vəziyyətinə salınır
13:31
08 Dekabr
İsa Həbibbəyli: Naxçıvan ərazi etibari ilə qədim türk-Azərbaycan torpağıdır və burada ermənilərin heç bir izi yoxdur
13:29
08 Dekabr
Niyazi Səfərov: Genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi əsas hədəflərdən biridir
13:27
08 Dekabr
Zahid Oruc: Konstantin Zatulin öz mövqeyi ilə Rusiya dövlətinə zərbə vurur
13:24
08 Dekabr
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
13:21
08 Dekabr
Tahir Rzayev: Azərbaycan həm iqtisadi inkişafına, həm də ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir
11:06
08 Dekabr
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib və “Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib
11:03
08 Dekabr
Nazir: İran ilə Azərbaycan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq daha da genişlənəcək
10:58
08 Dekabr
Pərviz Şahbazov: Bu qərar bazarın və neft sənayesinin inkişafı üçün çox mühüm addım oldu
10:56
08 Dekabr
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
10:51
08 Dekabr
Ermənistan silahlı qüvvələri atəşkəsi 28 dəfə pozub
17:54
07 Dekabr
Azərbaycan könüllülərinin həmrəylik festivalında əmək yarmarkası təşkil edilib
17:43
07 Dekabr
Oqtay Əsədov: Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil
17:39
07 Dekabr
Əli Hüseynli: Zatulinin “Lazarev klubu”nda çıxışı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir
17:36
07 Dekabr
Bəxtiyar Əliyev: Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilməlidir
17:31
07 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
17:27
07 Dekabr
Bu il 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
17:20
07 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilib
17:02
07 Dekabr
2019-cu il MDB-də Kitab İli elan olunub
16:51
07 Dekabr
Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri ADNSU-nun imkanlarını yüksək qiymətləndiriblər
16:40
07 Dekabr
Aydın Hüseynov: Hazırkı şəraitdə manatın kursunun dəyişəcəyi gözlənilmir və buna iqtisadi əsaslar da yoxdur
16:38
07 Dekabr
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib
16:33
07 Dekabr
Belçikanın Gent şəhəri Avropanın Gənclər Paytaxtı olmuş Gəncənin təcrübəsini öyrənməkdə maraqlıdır
16:28
07 Dekabr
Dubayda "Azərbaycan Ticarət Evi" açılacaq
16:27
07 Dekabr
Mənşə ekspertizalarının mahiyyəti, prosedurları və ixrac zamanı güzəştlərin tətbiqi müzakirə olunub
16:13
07 Dekabr
Leonid Yakuboviç: Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi
16:08
07 Dekabr
Azərbaycan Cənubi Qafqazda və dünyada ictimai-siyasi sabitliyin, sülhün bərqərar olmasında maraqlıdır
16:05
07 Dekabr
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
15:29
07 Dekabr
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
15:26
07 Dekabr
Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
15:20
07 Dekabr
Fövqəladə hallar naziri İmişlidə dörd rayonun vətəndaşlarını qəbul edib
15:06
07 Dekabr
Daha 13 rayon üzrə 1404 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
14:42
07 Dekabr
Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi
14:34
07 Dekabr
Bakıda Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib
14:32
07 Dekabr
“Jewish Journal” Hanuka bayramı və Azərbaycanda tolerant cəmiyyətdən yazıb
14:29
07 Dekabr
Elmira Süleymanova: Aparılan islahatlar dövlət qurumları tərəfindən insan hüquqlarının qorunmasına dəstək verir
14:20
07 Dekabr
Vaqif Əliyev: Dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı diqqət mərkəzindədir
14:17
07 Dekabr
Elman Məmmədov: "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır
14:14
07 Dekabr
Bakıda “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib
14:11
07 Dekabr
Bahar Muradova: Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir
12:52
07 Dekabr
Şəkinin daha bir kəndinə təbii qaz verilib
12:49
07 Dekabr
Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb
12:35
07 Dekabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
12:26
07 Dekabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasında debatlarda beynəlxalq hüquq normalarını pozanlar barəsində tədbir görməyin zəruri olması haqda danışıb
12:24
07 Dekabr
Milli Məclisin plenar iclası keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8