Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəkidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Şəkidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

13.03.2018 [10:51]

Respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait, möhkəm hüquqi baza yaradılıb. Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində öz fəallığı ilə seçilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Şəkidə Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən toplantıda şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və filialın direktoru Rafiq Rəsulov çıxış edərək, aprelin 11-nə təyin edilmiş prezident seçkilərinin ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıdığını bildiriblər.

Tədbirdə gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edilib. Vurğulanıb ki, Şəki gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallığı ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

Sonra 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə ilk dəfə səs verəcək gənclərin seçki hüququ ilə bağlı suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 282 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30