Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şahin Mustafayev: Azərbaycan islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir

Şahin Mustafayev: Azərbaycan islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir

21.02.2018 [14:51]

İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

İclasda Azərbaycanı iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya kral II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında xüsusilə önəmlidir.

Şahin Mustafayev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe tutan İordaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. İordaniyanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulması qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verə bilər.

Azərbaycanın islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran Şahin Mustafayev 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb.

İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə maraq göstərdiyini, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. O, İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah imzalayıb. Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31