Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin deputatı Barbara Krennlə görüşüb

Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin deputatı Barbara Krennlə görüşüb

21.02.2018 [10:35]

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan İkitərəfli Parlament Qrupunun sədri xanım Barbara Krennlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli Şuraya keçirilmiş son seçkilərdən sonra yeni heyət tərkibi hələ ki formalaşmamış dostluq qrupunun Avstriya tərəfindən sədri B.Krenn bu vəzifəni üzərinə götürdüyünə görə çox məmnun olduğunu və iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün müsbət rol oynamaq imkanı əldə etdiyinə görə qürur hissi duyduğunu ifadə edib.

Avstriyanın Ştiriya federal əyalətindən olan Avstriyalı deputat həmin əyalətdə yerləşən, tarixi əhəmiyyətə malik turistik bir məkan kimi tanınan Pürq-Trautenfels inzibati rayonunun 8 il ərzində meri vəzifəsində işlədiyini, bu fəaliyyəti zamanı xarici əlaqələrə xüsusi diqqət yetirdiyini və bu təcrübəsinə əsaslanaraq yeni vəzifəsində də parlamentlərarası əlaqələrə prioritet verəcəyini vurğulayıb.

Görüşdə C.Qurbanov Azərbaycanla bağlı həqiqətlərə, dövlətçiliyimizin tarixinə nəzər salaraq, ölkəmizdəki dinamik inkişafın müxtəlif aspektləri, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iri infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıq perspektivləri və imkanlarından danışıb, onun avstriyalı həmkarının rəhbərliyi ilə parlament qrupunu yaxın gələcəkdə Azərbaycana səfərə dəvət edib.

Sonda Cavid Qurbanov öz adından B.Krennin adına ünvanlanan EXPO-2025 ümumdünya sərgisinə ev sahibliyi ilə bağlı Bakı şəhərinin namizədliyinin dəstəklənməsinə mümkün töhfə verilməsi barədə müraciət məktubunu həmsöhbətinə təqdim edib, avstriyalı deputatından bu məsələdə mümkün köməklik göstərilməsini xahiş edib.

Paylaş:
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30