Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rezidenturaya sənəd qəbulu davam edir

Rezidenturaya sənəd qəbulu davam edir

20.02.2018 [11:40]

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 20-si saat 10:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 438, rus bölməsi üzrə 73, ümumilikdə 511 nəfər elektron ərizəsini təsdiqləyib.

Qəbul imtahanında iştirak üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak üçün namizəd 2018-ci il fevralın 22-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 22-si saat 23:59-dək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiqləyir (təsdiqlətdirir).

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31