Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəbələdə prezident seçkiləri ilə əlaqədar ixtisaslaşdırılmış kurslara başlanılıb

Qəbələdə prezident seçkiləri ilə əlaqədar ixtisaslaşdırılmış kurslara başlanılıb

19.02.2018 [16:54]

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasınının katibi, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslara başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 19-da 116 saylı Qəbələ DSK-nin inzibati binasında seçki hüququ üzrə təşkil edilən ixtisaslaşdırılmış kursda dairə seçki komissiyasının katibi və 9 üzvü, 54 seçki məntəqəsinin sədri iştirak edib.

Kursun ilk günü 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədov seçici siyahıları ilə iş qaydasından danışıb. O, aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə kurs iştirakçılarına məlumat verib. Ramiz Əsədov DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması məqsədilə keçirilən bu kursların əhəmiyyətini yüksək qiymətləndirib.

Kursda Qəbələ rayon məhkəməsinin sədri Vahid Sadıqov çıxış edərək seçkidə iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, həmçinin vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqları barədə ətraflı bəhs edib.

Sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 54 seçki məntəqəsi üzrə 43 min 743 seçici qeydiyyata alınıb. Onlardan 2-nin yaşı 100-dən yuxarıdır, 228 nəfər isə səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Seçki məntəqəsi lazımi texniki avadanlıqlar, metodiki vəsaitlər, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub.

Qeyd edək ki, fevralın 19-da 47 saylı Mingəçevir, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş, 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyalarının inzibati binalarında da ixtisaslaşdırılmış kurslara start verilib.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31