Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib

Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib

19.02.2018 [16:41]

İnzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə fevralın 18-də keçirilən test imtahanından qazanmış və müsabiqənin müsahibə mərhələsinə qatılmaq istəyən namizədlərin nəzərinə çatdırılır ki, dövlət orqanlarındakı vakant vəzifələr Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün mərkəzə tərəfindən müsahibələr elan edilir.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir.

DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə beş elan verilib. İki müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitib. Qeyd edək ki, elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.

Hazırda yanvarın 26-da və fevralın 7-8-də elan olunmuş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq fevralın 23-dək, martın 8-9-dək davam edəcək.

Yanvarın 26-da elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, fevralın 8-də elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub.

Sertifikat əldə etmiş, həmçinin fevralın 18-də keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında uğur əldə edənlər də müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Elektron bazada namizəd haqqında məlumat olduqda qeydiyyat zamanı fiziki olaraq sertifikat tələb edilmir. Namizədlər məlumatların bazaya daxil edilməsi üçün https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan olunmuş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31