Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur

Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur

19.02.2018 [15:38]

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 19-dan şimal bölgəsini əhatə edən altı seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birində üç gün davam edəcək kurslara start verilib.

Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, DSK sədrləri ilə yanaşı, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələrlə çıxış edirlər.

55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının (DSK) inzibati binasında təşkil edilmiş kurslara bu dairə seçki komissiyasının üzvləri və dairəyə daxil olan 42 məntəqə seçki komissiyasının sədrləri qatılıblar. Kursların ilk günü Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda ətraflı çıxış edib.

Kurslarda mühazirələrlə çıxış edən MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva və qurumun təşkilat şöbəsinin baş məsləhətçisi Sergey Sidorenko bildirib ki, prezident seçkilərində vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün heç bir problem yoxdur. Ölkəmizdə seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur.

Diqqətə çatdırılıb ki, Avropanın bir hissəsi olan Azərbaycanda prezident seçkiləri seçki qanunvericiliyinə və demokratik dünyada qəbul olunmuş standartlara uyğun, yüksək səviyyədə keçirilir. Dairə seçki komissiyaları seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atır. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin və üzvlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var.

İştirakçılar seminarın gedişində DSK sədri Bəhram Ömərovun “Seçici siyahıları ilə iş qaydası (seminar)” mövzusunda məruzəsini dinləyib.

Kurslar, eyni zamanda, şimal bölgəsindəki 56 saylı Xaçmaz kənd, 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar və 54 saylı Şabran-Siyəzən seçki dairələrində də başlayıb.

MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar fevralın 21-dək davam edəcək.

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31