Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür

23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür

19.02.2018 [15:27]

Fevralın 19-da 23 saylı Nəsimi-Səbail seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış üçgünlük kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar təşkil edilib.
Kursların açılışında çıxış edən dairə seçki komissiyasının sədri Ağabala Quliyev aprelin 11-də keçiriləcək prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu söyləyib. O bildirib ki, Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq 23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Seçici siyahıları yenilənib. Siyahıların təkmilləşdirilməsi, habelə asayişin qorunmasında güc strukturlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər davam etdirilir. Dairə seçki komissiyası prezident seçkilərinin Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydaya, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
İxtisaslaşdırılmış kurslarda, həmçinin prezident seçkilərinə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.
Qeyd edilib ki, qanunvericiliyə əsasən prezident seçkiləri günü məntəqələrdə görülən işlər və səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.
Sonra kurs iştirakçılarının sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30