Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb
A+   Yenilə  A-
Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşdirilmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyət, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlara uyğun olaraq qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb edilməsi məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Elektron hərrac sisteminin tətbiqi, bu sahədə elektron xidmətlərin sayının artırılması, prosedurların sadələşdirilməsi özəlləşdirmədə əlçatanlığı təmin edir, prosesi sürətləndirir. Özəlləşdirmə nəticəsində dövlət büdcəsinin üzərinə düşən yük və əlavə xərclər azalır, belə sahələrə böyükhəcmli investisiyalar qoyulur, həmçinin yeni müəssisələrin, iş yerlərinin açılmasına şərait yaranır. Bu məqsədlə keçirilən hərraclar isə özəlləşdirmədə operativliyi təmin edir.

Yeni hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinə paytaxtda və regionlarda yerləşən ərzaq mağazalarını, emalatxanaları, restoranları, ictimai iaşə obyektlərini, aqrar sahəsi üçün yararlı olan yardımçı təsərrüfatları nümunə kimi göstərmək olar. Bu əmlaklar Bakı ilə yanaşı, Gəncə, Yevlax, İmişli, Mingəçevir, Quba, Şəmkir və digər bölgələrdə yerləşir. Paytaxt üzrə 13 mağaza, 7 emalatxana, 1 yeməkxana və digər sahələrə aid obyektlər özəlləşdirilməyə çıxarılıb. Regionlar üzrə isə 9 emalatxana, 18 mağaza, 3 ictimai iaşə obyekti, 14 mədəniyyət evi və klublar, 5 restoran, 3 yardımçı təsərrüfat və digər əlverişli əmlaklar sahibini axtarır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 20 kvadratmetr ilə 3 min kvadratmetr arasında dəyişir.

Hərracda ticarət obyekti kimi investorlar üçün əlverişli olan əmlaklar sırasında Sumqayıtda yerləşən "Bolluq" bazası xüsusi göstəricilərə malikdir. Həmin əmlakın torpaq sahəsi 13 min kvadratmetrdən çox, ümumi faydalı sahəsi isə 1445 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 28 min kvadratmetrdən çoxdur.

Yüngül sənaye üçün əlverişli əmlaklardan olan Qovlar tikiş fabrikinin Goranboy sahəsi də investora yaxşı qazanc gətirə bilər. Bu əmlakın ümumi faydalı sahəsi 660 kvadratmetr, torpaq sahəsi isə 3 min kvadratmetrdir. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə müəssisələr sırasında “Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq”, ”Yevlax Kəndnəqliyyat”, “İmişli Yağ Pendir” kimi səhmdar cəmiyyətlər var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində də yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 53-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərindədir. Regionlar üzrə qeyri-yaşayış sahəsi Daşkəsəndə, Mingəçevirdə, Göyçayda və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kvadratmetr ilə 400 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsindən əldə etmək olar.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşdirmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  19-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır

17:47
14 İyun
Eldar İbrahimov: 15 iyun 1993-cü il əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir
17:45
14 İyun
Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
17:39
14 İyun
Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri
17:35
14 İyun
Tarix Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
17:22
14 İyun
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
17:20
14 İyun
Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
17:17
14 İyun
Bayram günlərində Bakı metrosu xüsusi rejimdə çalışacaq
17:14
14 İyun
Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib
17:07
14 İyun
XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır
17:01
14 İyun
İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb
16:35
14 İyun
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
16:27
14 İyun
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
16:18
14 İyun
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
16:14
14 İyun
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır
16:11
14 İyun
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
16:05
14 İyun
Denis Daniilidis: "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır
15:54
14 İyun
Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfəyədək artıb
15:44
14 İyun
Azərbaycan Texniki Universitetində yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir
15:20
14 İyun
Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb
15:16
14 İyun
Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
15:08
14 İyun
Sevinc Fətəliyeva: TANAP Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub
14:57
14 İyun
Əli Əhmədov: Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur
14:52
14 İyun
Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub
14:51
14 İyun
Baş nazirin müavini: Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər
14:47
14 İyun
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
14:35
14 İyun
Əli Əhmədov: Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var
14:34
14 İyun
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14:28
14 İyun
Bakıda ilk dəfə "CANSO-2020" Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
14:23
14 İyun
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14:17
14 İyun
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir
14:16
14 İyun
Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub
14:09
14 İyun
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd edilib
14:05
14 İyun
Dövlət Statistika Komitəsində Milli Qurtuluş Günü qeyd olunub
12:39
14 İyun
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib
12:33
14 İyun
"Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarının yeni standartları ilə bağlı tanışlıq turu keçirilib
12:08
14 İyun
SOCAR-ın prezidenti: TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir
12:07
14 İyun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edəcək
11:53
14 İyun
Gürcüstandakı azərbaycanlı ağsaqqallarla görüş olub
11:49
14 İyun
Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq
11:42
14 İyun
Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək
11:31
14 İyun
Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir
11:12
14 İyun
Bu gün respublikanın ümumtəhsil məktəblərini bitirən 80 mindən çox məzun üçün “son zəng” çalınır
10:55
14 İyun
Təhsil naziri məzunları təbrik edib
10:52
14 İyun
İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır
10:40
14 İyun
Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub
10:28
14 İyun
Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib
09:57
14 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 82 dəfə pozub
09:40
14 İyun
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
09:39
14 İyun
İspaniya mətbuatı TANAP layihəsinin açılış mərasimindən yazır
09:35
14 İyun
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
09:30
14 İyun
Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi İtaliya KİV-lərinin diqqətindədir
09:21
14 İyun
Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar gümüş nişan buraxılıb
18:00
13 İyun
Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
17:59
13 İyun
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb
17:58
13 İyun
Regional İnkişaf İctimai Birliyi Astarada turizm bələdçiləri üçün tematik tur təşkil edib
17:50
13 İyun
Məlahət İbrahimqızı: Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir
17:48
13 İyun
Rauf Əliyev: Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir
17:41
13 İyun
Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıblar
17:38
13 İyun
Xələf Xələfov: "Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulur"
17:26
13 İyun
Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma protokolları imzalanıb
17:24
13 İyun
Cənub Qaz Dəhlizi Avropada mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək
17:17
13 İyun
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq
17:14
13 İyun
Ekspert: TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir
16:55
13 İyun
Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib
16:51
13 İyun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
16:46
13 İyun
Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər
16:40
13 İyun
Çiğdem Şahin: Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini ciddi qəbul etmirəm
16:30
13 İyun
15-18 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür
16:12
13 İyun
ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər
16:09
13 İyun
Milli Qurtuluş Günü dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA