Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib

“Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib

17.02.2018 [11:34]

ABŞ-dakı aktiv neft quyularının sayı artır.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı dəyişməyərək 975 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 224 ədəd çoxalıb.

Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 7 ədəd artaraq 798 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı ardıcıl 4 həftədir ki artır. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 201 ədəd çoxalıb. Bundan əlavə, son 1 ildə ABŞ-dakı neft quyularının ümumi sayı 34 faizdən çox artıb.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 7 ədəd azalaraq 177 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 24 ədəd artım göstərib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30