Ana səhifə »  Qəzetin pdf formatı »  Radikal müxalifət ermənipərəst dairələrin sifarişi ilə yenidən "fəallaşır"
A+   Yenilə  A-
Radikal müxalifət ermənipərəst dairələrin sifarişi ilə yenidən "fəallaşır"

Anti-Azərbaycan qüvvələrin əlaltısı qismində çıxış edən "beşinci kolon" nümayəndələrinin uğursuz petisiya cəhdi iflasa məhkumdur
Azərbaycanın sabit və dayanıqlı inkişafının ölkəmizə qarşı olan antimilli qüvvələri daim narahat etdiyi heç kimə sirr deyil. Bu mənada, ölkəmizdə baş tutan önəmli siyasi hadisələr öncəsi xaricdəki ermənipərəst dairələrin və onların əlaltısı rolunda çıxış edən daxildəki ünsürlərin "qara piar" kampaniyaları aparmaları, şəxsi maraqlarından çıxış etmələri və bu çirkin kampaniyalarını təzyiq rıçağı şəklində istifadə etməyə çalışmaları onların əsl məqsədlərini üzə çıxarır. Ölkəmizin əldə etdiyi iqtisadi uğurlar, regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilməmiz xaricdəki bəzi dairələrin maraqları ilə uzlaşmır və bu səbəbdən də zaman-zaman həmin mərkəzlər onlara xidmət edən "beşinci kolon" nümayəndələri vasitəsilə siyasi spekulyasiyalara əl atırlar. Təbiidir ki, bu kimi kampaniyalar hər zaman iflasa uğrayır və xalqın etimadını itirmiş radikal ünsürlərin xəyanətləri növbəti dəfə ifşa olunur.
Öz növbəsində aprelin 11-də keçiriləcək prezident seçkiləri öncəsi anti-Azərbaycan qüvvələrin yenidən "fəallaşması", həmçinin onlara xidmət edən "beşinci kolon" nümayəndələrini də "səfərbər" etməsi məhz bu amillə bağlıdır. Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Onu da qeyd edək ki, seçkilərin vaxtının təyini məsələsi ölkə başçısının Konstitusiya ilə hüququdur və bu, Azərbaycan qanunları ilə tənzimlənir. Gücsüz, elektoratı olmayan, xalqın etimadını itirmiş radikal qüvvələr isə qanunları gözardı edərək sadəcə xarici anti-Azərbaycan dairələrin sifarişi ilə yenidən "fəallaşdırılıblar".
Bunun bir misalı da www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılmasıdır. Qeyd edək ki, petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan "Dünya Azərbaycanlıları Məclisi"nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. Petisiya AŞPA-ya, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.
Öncə onu vurğulamaq yerinə düşər ki, petisiya tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş doğurur. Adıçəkilən şəxslərin hər biri zaman-zaman fəaliyyətləri ilə Azərbaycana qarşı aparılan antimilli kampaniyaların tərkib hissəsi kimi çıxış edib. Onların belə bir "ideya" ilə çıxış etmələrinin arxasında isə birmənalı şəkildə xarici qüvvələrin sifarişləri dayanır. İkinci bir tərəfdən, nəzərə alsaq ki, seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur və ölkə Konstitusiyasının maddələri ilə tənzimlənir, ona qarşı çıxmaq, yaxud bunu qanundankənar hesab etmək özü belə bu işin təşkilatçılarının hüquqi savadlarının və dünyagörüşlərinin məhdudluğunu aydın göstərir. Yəni, Avropa və müasir dünya dəyərlərindən danışan həmin şəxslərin bu cür addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına zidd olan bir hərəkətdir. Vurğulanmalıdır ki, Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub və ölkə qanunvericiliyi, Konstitusiya ilə tənzimlənir. Azərbaycan Konstitusiyası hüquq və azadlıqların təsbiti baxımından dünyanın ən təkmil qanunlar toplusudur. Bu baxımdan, öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu insanlar guya "təqib təhlükəsi altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığındıqlarını" iddia etsələr də, məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır. Bu şəxslərin hər biri korporativ maraqlarına, eləcə də sifariş aldıqları xarici anti-Azərbaycan dairələrin direktivlərinə əsaslanaraq belə bir əsassız iddia ilə ortaya düşüblər.
Çünki bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata keçirilir. Azərbaycan dövlətində qanunun aliliyi təmin olunub. O cümlədən, vətəndaşların azad seçib-seçilmək hüququna hörmətlə yanaşılır. Ölkəmizdə əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik var. Azərbaycanın Seçki Məcəlləsi Avropanın bir sıra beynəlxalq təsisatları tərəfindən təhlil olunub və mükəmməl bir seçki qanunvericiliyi statusuna malikdir. Bununla yanaşı, ölkəmizdə seçkilərdə iştirak edən hər bir şəxsə bərabər imkanlar yaradılır.
Lakin "beşinci kolon" təmsilçiləri bütün bunları görməzdən gələrək öz çirkin məqsədlərindən əl çəkmirlər. Məhz bunun nəticəsidir ki, prezident seçkisi öncəsi anti-Azərbaycan mövqeyi ilə "ad çıxarmış" radikal ünsürlərin yenidən ölkəmizə qarşı açıq şantaj və böhtan kampaniyaları başlayıb. Bu şəbəkəyə aid olan bir sıra "insan hüquqlarının qorunması" sahəsində (əslində isə imperialist qüvvələrə xidmətçilik etməkdə) "ad çıxarmış", ölkəmizin müstəqil siyasi xətt yürütməsindən narahat olan mərkəzlərin "dilmanclığını" həyata keçirən şəxslər və təşkilatlar yenidən öz amplualarındadırlar. Amma onların bu cəhdləri də öncəki cəhdləri kimi faydasızdır. Çünki ölkəmizdə milli maraqların keşiyində dayanan xalq-hakimiyyət birliyi formalaşıb. Azərbaycanda indiyə qədər keçirilən seçkilərin nəticələrinə əsaslanaraq xalqımızın radikal müxalifətə və onların arxasında dayanan ermənipərəst dairələrə qarşı hansı münasibətdə olduğunu demək mümkündür. Bu gün dərnək şəklində fəaliyyət göstərən həmin radikal ünsürlərin keçirdikləri "mitinqlərə" qatılmamaqla, dağıdıcıların danışdıqları yalanları, törətməyə çalışdıqları təxribatları ifşa etməklə Azərbaycan xalqı dövlətçiliyin, milli maraqlara əsaslanan siyasi kursun dəstəkçisi olduğunu hər zaman sübuta yetirib. Bu mənada bir daha qətiyyətlə bildirmək lazımdır ki, Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini pisləyir. Belə cəhdlərə ən yaxşı cavab onun təşəbbüsçülərinin xalq tərəfindən bütün dəstəkdən məhrum olmasıdır.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2130  |  
  • Tarix:  14-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA