Ana səhifə »  Qəzetin pdf formatı »  Milan Məhkəməsinin qərarı ilə Luka Volontenin bəraət alması anti-Azərbaycan qüvvələrinin "qara piar" kampaniyasını iflasa uğratdı
A+   Yenilə  A-
Milan Məhkəməsinin qərarı ilə Luka Volontenin bəraət alması anti-Azərbaycan qüvvələrinin "qara piar" kampaniyasını iflasa uğratdı

Demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar

Xəbər verildiyi kimi, İtaliyanın Milan Məhkəməsində 2 ildən çoxdur şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan, AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volontenin "çirkli" pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmə ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib. Tanınmış siyasətçi Luka Volonte Milan Məhkəməsinin qərarı ilə bəraət alıb. Qeyd edilməlidir ki, Luka Volontenin İtaliya məhkəməsi tərəfindən bəraət alması həm də ölkəmizə qarşı aparılan şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənipərəstlərə verilən cavabdır. Çünki hər zaman Azərbaycanın haqlı mövqeyinin müdafiəçisi kimi tanınan Luka Volontenin bəraət alması Azərbaycana qarşı aparılan çirkin kampaniyanın əsassız olduğunu, ermənipərəst mərkəzlərin və erməni lobbisinin oyunlarının iflasa uğradığını növbəti dəfə sübuta yetirdi. 

Bu məqamda vurğulamaq lazımdır ki, yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti sayılan Azərbaycan bu gün sosial-iqtisadi inkişafı ilə yanaşı, sabitliyi, siyasi kataklizmlərdən uzaq olması ilə də dünyanın nümunə sayılacaq ölkələrindəndir. Bu gün Azərbaycan dövləti seçdiyi demokratik inkişaf xəttinə sadiqdir, vətəndaşlarının hüquq və azadlıqları qanunvericiliklə qorunur. Digər tərəfdən, Azərbaycanın seçdiyi demokratik inkişaf yolu ölkəmizdə fərqli düşüncənin azad şəkildə ifadə olunmasına şərait yaradıb. Eləcə də müstəqil xarici siyasət kursumuz birmənalı şəkildə ölkəmizin maraqlarını ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi kurs Azərbaycanın sabit inkişafını təmin etməklə, beynəlxalq aləmdə ölkəmizin tanınmasına, o cümlədən iqtisadi inkişafımızın daha da yüksəlməsinə xidmət göstərməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində üstünlüklərimizin daha da möhkəmlənməsinə şərait yaradır. Azərbaycanın iqtisadi rıçaqlardan məharətlə istifadə etməsi, qlobal enerji layihələrində işğalçı Ermənistanın yer almamasına nail olması, o cümlədən bu ölkə daxilində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını faktlarla sübuta yetirməsi həm erməniləri, həm də onların havadarlarını "mat" vəziyyətində qoyub. Bu gün Ermənistanın rəhbərliyi məcburi şəkildə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, haqq səsimizin dünyada dəstəklənməsini etiraf edir. Düşmən ölkənin mətbuatı isə artıq həyəcan təbili çalır. Təsadüfi deyil ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun gücünü, Azərbaycan Prezidentinin apardığı uğurlu hücum diplomatiyasını, Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində aparılan siyasətdəki qətiyyəti dönə-dönə vurğulayır və bütün sferalarda dövlətimizin əldə etdiyi üstünlüklərdən bəhs edir.
Beləliklə, hazırda Azərbaycan regionun sabitlik qarantı olması ilə yanaşı, bölgənin inkişafının əsas lokomotivi rolunda çıxış edir. Ölkəmizin iştirakı və təşəbbüsü ilə reallaşan regional və qlobal layihələr istər iqtisadi, istərsə də siyasi cəhətdən mühüm üstünlüklərə malikdir. Son bir neçə ildə reallaşan Şimal-Cənub dəhlizi, Bakı-Tbilisi-Qars və bu kimi əhəmiyyətli layihələr ölkəmizin iqtisadi gücünü göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki yerinin də möhkəmləndiyinin faktoloji sübutuna çevrilir. Bu gün Azərbaycanın dünyanın aparıcı dövlətlərinin əsas ticarət tərəfdaşı qismində çıxış etməsi ac, yoxsul, yalnız ianələrə ümid edən Ermənistanın və onun havadarlarının işini çətinə salır. Bu səbəbdəndir ki, ermənipərəst dairələr ölkəmizin maraqlarına zərbə vurmaq, beynəlxalq imicini ləkələmək üçün çirkin kampaniyalar həyata keçirir. Xatırlatmaq yerinə düşər ki, Luka Valonte ilə bağlı proses də məhz bunun nəticəsi idi. Belə ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin "Azərbaycanın pulyuyan maşını" adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı. Həmin dövrdə Azərbaycan dövləti açıqlama yayaraq OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdi. Təbii ki, aparılan araşdırmalar nəticəsində haqq öz yerini tapdı və Milan məhkəməsinin obyektiv qərarı da bunu bir daha təsdiqlədi. Təbii ki, bu yalanların ifşası, əsl həqiqətlərin üzə çıxması isə ermənipərəstlərin növbəti dəfə oxunu daşa vurdu və onların arzularını ürəklərində qoydu.
Təəssüfləndirici haldır ki, bəzi transmilli media strukturlarının, eləcə də özünü "demokratiya carçısı", "insan hüquq və azadlıqlarının qoruyucusu" kimi təqdim edən, korporativ maraqların əsirinə çevrilmiş "beynəlxalq" yarlıqlı təşkilatların ölkəmizə qarşı apardığı bu çirkin kampaniyanın iştirakçıları arasında "sapı özümüzdən olan baltalar" - radikal müxalifət düşərgəsi də yer alır. "Beşinci kolon" adlanan və ermənipərəst mərkəzlərə xidmət göstərən radikal ünsürlər nəzarətlərində olan media, o cümlədən sosial şəbəkələr vasitəsilə məhz bu cür çirkin oyunları təbliğ etməyə, bu cür feyk-məlumatları cəmiyyətə sırımağa çalışırlar. Lakin Milan Məhkəməsinin qərarı, Luka Volonteyə qarşı irəli sürülən iddiaların əsassız və yalan olmasının sübuta yetirilməsi xidmət etdikləri ermənipərəst mərkəzlərdən aldıqları direktivlər əsasında ölkəmizə qarşı xəyanətkar mövqe tutan "beşinci kolon"un xəyanətkar mövqedə dayandığını bir daha təsdiqlədi. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dövləti də öz növbəsində ölkəmizə qarşı aparılan əsassız və çirkin kampaniyanın təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan Məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil: "Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar".
Bəli, bu gün ölkəmizdəki sabitliyə, inkişafa qarşı böhtan kampaniyası aparan ermənilərlə, ermənipərəst xarici mərkəzlərlə eyni sırada yer alan radikal ünsürlər və onun nəzarətindəki mətbu rıçaqlar öz amplualarındadırlar. Lakin Azərbaycana qarşı aparılan kampaniyalarda yer almaqla hansı "havaya oynadıqlarını" növbəti dəfə sübuta yetirən "beşinci kolon" nümayəndələri, "maddi təminat mənbələrindən" daha çox maliyyə almaq üçün xalqına, dövlətinə xəyanət edənlər anlamalıdırlar ki, "özgə atına minənlərin" aqibəti heç də yaxşı olmur. Azərbaycan xalqı satqınlığı özünə peşə seçmiş belələrinə qarşı hər zaman birmənalı münasibət göstərməklə onlara öz yerlərini göstərir...
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2490  |  
  • Tarix:  14-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21