Ana səhifə »  Qəzetin pdf formatı »  Milli Məclisin növbəti plenar iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti plenar iclası keçirilib

Fevralın 13-də parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 19 məsələdən ibarət gündəlik təsdiqlənib.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədə əlavə olunan 73.9-cu maddəyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Bu dəyişiklik Avropa Məhkəməsinə seçilmiş hakimin Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadəsinə hüquqi əsas yaradır. Sənəd səsə qoyulub və qəbul edilib.

Sonra iclasda Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələlərinə baxılıb. Milli Məclis hər iki təyinata razılıq verib.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nə dair hesabatı parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşməsində Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayan məruzəçi bildirib ki, 2017-ci ildə qəbul edilmiş “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun, həmçinin bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında qanunlara edilmiş dəyişikliklər bu sahədə şəffaflığın artmasına, əmək münasibətlərinin tənzimlənməsinə şərait yaradıb.

Ədliyyə Nazirliyi Milli Məclisin Regional məsələlər komitəsi və Bələdiyyələrin Milli Assosiasiyaları ilə birgə regionlarda təşkil edilən konfranslarda bələdiyyə üzvlərinin və qulluqçularının fəal iştirakını, eləcə də bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsini təmin edib. 2017-ci ildə 220 maarifçilik tədbiri keçirilib. Həmin tədbirlərə 9 min 649 bələdiyyə üzvü və qulluqçusu cəlb olunub.

Deputatlara məlumat verilib ki, hesabat dövründə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb. Şikayətlər əsasında araşdırmalar aparılıb, müvafiq tədbirlər görülüb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə daxil olan 64 min 788 bələdiyyə aktının hər biri hüquqi ekspertizadan keçirilib, qanunvericiliyə uyğunluğu yoxlanılıb. 1979 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müraciət olunub, 740 akt ləğv edilib, 714 akt dəyişdirilib.

Nazir müavini bələdiyyələrin fəaliyyətində rast gəlinmiş nöqsanlardan da söz açıb. Torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, bələdiyyə vəsaitlərinin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı qanun pozuntuları ilə bağlı 15 fakt üzrə cinayət işi başlanıldığını qeyd edib. Vurğulanıb ki, ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.

İllik məruzə dinlənildikdən sonra müzakirələr başlanıb. Deputatlar Elmira Axundova, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, Kamran Bayramov, İsa Həbibbəyli məruzə haqqında fikirlərini bildiriblər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2017-ci ildə səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Səsvermə yolu ilə parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.

Sonra iclasda Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, bu sənəd 3 komitənin – Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ətraflı müzakirə olunub. Qanun layihəsi Prezident Sərəncamına əsasən təşkil edilmiş işçi qrupu tərəfindən hazırlanıb. 5 fəsil, 30 maddədən ibarət qanun layihəsini geniş şərh edən işçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, sənəd hazırlanarkən mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Məlumat dinlənildikdən sonra birinci oxunuşda müzakirələrə başlanıb. Sənədin əhəmiyyətini yüksək dəyərləndirən deputatlar Əli Məsimli, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Mahir Abbaszadə təkliflərini səsləndiriblər. Layihə konseptual baxımdan məqbul sayılıb. Çıxışlarda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini hazırlayan işçi qrupuna təşəkkür ifadə olunub.

Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Ələt azad iqtisadi zonasının fəaliyyəti ölkəmizin ixrac potensialını gücləndirəcək, iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətliliyinin artmasına təkan verəcək. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, azad iqtisadi zonaların yaradılması və belə bir qanunun qəbul edilməsi iqtisadiyyatın inkişafının və liberallaşdırılmasının indiki mərhələsində irəliyə doğru atılmış çox böyük addımdır. Deputatlar Elşən Musayev, Şəmsəddin Hacıyev, İlham Əliyev qeyd ediblər ki, layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq, azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da töhfə verəcək.

Fikir mübadiləsinə yekun vuran Valeh Ələsgərov deputatları narahat edən məqamlara aydınlıq gətirib, bu sahədə mövcud beynəlxalq qanunvericiliyə istinadən sualları cavablandırıb.

İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan hökuməti ilə Benilüks Dövlətləri hökuməti arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişi şərh edib. Sənəd təsdiq olunub.

İclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan hökuməti ilə Macarıstan hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Saziş barədə məlumat verib. Milli Məclis sənədi ratifikasiya edib.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun şərhi dinlənildikdən sonra parlament “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” və “Qaz təchizatı haqqında” qanunlara təklif olunan dəyişiklikləri qəbul edib.

İclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Meliorasiya və irriqasiya haqqında”, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanun layihələrinə təklif olunan dəyişikliklər barədə məlumat veriblər. Bildirilib ki, hər iki sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, ötən il Su Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlıdır. Deputatlar hər iki qanun layihəsinin qəbulunu məqsədəuyğun sayıblar.

Plenar iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci və 20-ci maddələrinə dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olunub.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verib. Deputatlar qanunun lehinə səs veriblər.

Plenar iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini şərh edən komitə sədri Əli Hüseynli bildirib ki, 598-ci maddədə söhbət cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulduğu hallardan gedir. Məcəlləyə edilən bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb. Milli Məclis qanunun qəbul edilməsini məqsədəuyğun hesab edib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, 8 fəsil, 40 maddədən ibarət qanun layihəsi komitənin iclasında ictimaiyyətin və əlillərin iştirakı ilə geniş müzakirə olunub və təqdir edilib.

Müzakirələrdə belə bir qanunun vacibliyini önə çəkən deputatlar Fazil Mustafa, Tahir Rzayev, Elşən Musayev, Jalə Əliyeva, Qənirə Paşayeva, Hikmət Məmmədov irad və təkliflərini bildiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatları maraqlandıran suallara cavab verib.

Yekunda “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsi səsə qoyulub və konseptual baxımdan birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

 
  • Oxunub:  4170  |  
  • Tarix:  13-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5